13 mart1372-ci ildə Fransa kralıV Karlın ikinci oğlu olaraq doğuldu. 1374-cü ildə Macarıstan kralıI Lüdovikin 4 yaşlı qızı və ehtimal olunan varisi Ketrinlə nişanlandı. Macarıstan kralıI Lüdovikin oğul varisi yox idi və bu yolla krallığın gələcəkdə bu cütlük tərəfindən idarə olunması planlaşdırılırdı. Ancaq qızcığazın hələ 7 yaşında ikən vəfat etməsiylə bütün bu planlar alt-üst oldu. Ardından vəliəhdin kralın digər qızı Mariya ilə evlənməsi müzakirə edilsə də, bu plan da baş tutmadı. Belə ki, Mariya artıq Lüksemburqlu Sigismundla nişanlı idi.
1380-ci ildə atasının vəfatının ardından böyük qardaşı VI Karl taxta çıxdı. Ancaq qardaşının əqli zəifliyi və bəzi psixiatrik tutmaları vardı. Bu səbəblə dövlətin idarəsi qardaşı Lüdovik və xanımı Bavariyalı İzabellanın əlində cəmləndi. 1392-ci ilin iyununda Orlean hersoqu ünvanı alan Lüdovik, ertəsi il toplanan məşvərət məclisinə üzv seçildi və ölkə bu məclis tərəfindən idarə olunmağa başlandı. Ancaq kralın ilk naiblərindən olan əmisi Burqundiya hersoquCəsur Filipp ölkənin idarəsini əldən vermək istəmirdi. Bu səbəblə, öncə əmisi Cəsur Filipp, onun ölümünün ardından isə oğlu Qorxusuz Conla taxt mübarizəsi aparmalı oldu. Əslində kralın qardaşı olması onun üçün ən güclü avantaj idi. Ancaq qadınlara olan düşkünlüyü, üstəlik kraliça Bavariyalı İzabella ilə haqqında şayələrin çıxması onun nüfuzunu azaltdı.
Üstəlik Burqundiya hersoqluğu ilə Fransa krallığı arasında sıx qohumluq əlaqələri vardı. Burqundiya hersoquQorxusuz Con qızı Marqaritanı dəli kralın yaşca böyük oğlu Lüdoviklə, oğlu Filippi isə dəli kralın qızlarından Mişellə evləndirmişdi. Üstəlik özünü kralın böyük oğlu olan kürəkəni Lüdovikin qoruyucusu elan etmişdi.
Əmisi oğlu Qorxusuz Conla olan taxt mübarizəsi 20 noyabr1407-ci ildə qarşılıqlı and içilərək formal olaraq sonlandı. Ancaq bundan 3 gün sonra Lüdovik əmisi oğlunun əmriylə Paris küçələrində vəhşicəsinə qətlə yetirildi. 23 noyabr1407-ci ildə Burqundiya hersoqunun əmrindəki 15 nəfərlik cinayətkar dəstə tərəfindən ata minərkən bıçaqlanan Lüdovik hadisə yerində vəfat etdi. Paris əhalisi və saray tərəfindən göz yumulan bu hadisə Burqundiya-Fransa münasibətlərini tamamilə pisləşdirdi. 28 il boyunca davam edən düşmənlik 1435-ci ildə bağlanan qarşılıqlı sülhlə başa çatdı.
Ailəsi
17 avqust1389-cu ildə bibisi Valualı İzabella və Milan hersoquJan Qaleazzonun qızı olan Valentina ilə Melöndə evləndi. Qohum olmaları səbəbilə, evlilik üçün Roma papasından gələcək icazəni gözləyən cütlüyün nikah sözləşməsi 27 yanvar1387-ci ildə Parisdə imzalandı. Ancaq yeganə varisini Fransaya göndərmək istəməyən atası Jan Qaleazzo, o əsnada hamilə olan xanımının doğumuna qədər müxtəlif bəhanələr göstərərək qızını yanında saxladı. Nəhayət, ögey qardaşı Jan Mariyanın7 sentyabr1388-ci ildə dünyaya gəlməsinin ardından, Valentina Vizkonti 300 nəfərlik cəngavər alayı ilə birlikdə Fransaya yola düşdü. Vaxtilə anasına cehiz verilən Vertus qraflığı bu evlilik yoluyla cütlüyə hədiyyə edildi. Xanımının ölümünün ardından sahib olduğu Vertus qraflığı ikinci oğlu Filippə, onun vəfatından sonra isə evləndiyi əsnada cehiz olaraq yeganə qızı Marqaritaya verildi.
Cütlüyün 8 övladı doğulsa da, bunlardan yalnız dördü yetkinlik yaşına çatdı.
Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p. 20
d'Avray, David (2015). Papacy, Monarchy and Marriage 860–1600. Cambridge University Press
Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnerships, 1274-1512. Palgrave Macmillan