I Leopold (9 iyun 1640[1][2][…], Vyana[4] – 5 may 1705[1][2][…], Vyana[4]) — Müqəddəs Roma imperatoru. 46 il 9 ay davam edən səltənətiylə Habsburq sülaləsinin ən uzun müddət taxtda qalan monarxıdır.
İmperator III Ferdinand və onun ilk xanımı Mariya Annanın ikinci oğlu olan Leopold, böyük qardaşı Ferdinandın ölümünün ardından 1654-cü ildə taxtın varisi oldu. Atasının ölümünün ardından keçirilən seçimlərdə qalib gəldi və 1658-ci ildə Müqəddəs Roma imperatoru seçildi. Onun səltənəti Osmanlı imperiyası ilə gedən müharibə və uzaq qohumu olan Fransa kralı XIV Lüdoviklə olan çəkişmələri ilə bilinir. 10 il davam edən müharibənin ardından şərq cəbhəsində qələbə qazandı və bağlanan Karlovitsa sülhüylə, 1526-cı ildən bəri Osmanlı idarəsində olan Macarıstan krallığının, demək olar ki, tamamilə geri aldı.