I Henri (port. Henrique I de Portugal) (31 yanvar 1512, Lissabon[1] – 31 yanvar 1580 və ya 29 yanvar 1580[3]) — Portuqaliya kralı və Roma-katolik kilsəsinin kardinalı. Din adamı olduğu üçün heç vaxt evlənməmiş və övladı olmamış, bu səbəblə özündən sonra varis qoymadığı üçün mənsub olduğu Aviz sülaləsi sonlanmışdır. 1580-ci ildə ölümünün ardından Portuqaliya taxt-tacı Habsburqların himayəsinə keçdi və 60 il boyunca Pireney yarımadası vahid imperiya altında birləşdi. 60 ildən sonra qardaşı Duartenin nəticəsi IV Con adıyla Portuqaliya taxt-tacını bərpa etdi.