I Artafern — Lidiyanın fars satrapı, I Daranın kiçik qardaşı.
Həyatı
Artafern I Daranın çox güman ki yaşca kiçik qardaşı idi, çünki onun Bisütun kitabəsində təsvir olunan vətəndaşlıq müharibəsində iştirakı barədə heç bir məlumat qeyd olunmamışdır.
O, Herodotun "Tarix" əsərində dəfələrlə xatırlanır. Klisfenin dövründə Afina səfirləri məhz ona, fars padşahına itaət və onun hökmdarlığının tanınmasının rəmzi olan "torpaq və su"yu təqdim etmişdilər.[1]
Lidiya satrapı olaraq İoniya üsyanı zamanı qiyamçı yunan şəhərlərinə qarşı vuruşurdu. Üsyan zamanı onun idarə etdiyi satrapiyanın paytaxtı Sardis yunanlar tərəfindən işğal edildi.[1] Qiyam yatırıldıqdan sonra sülh üçün məqbul şərtlərlə danışıqlar aparmaq üçün səfir tərəfindən onun yanına Hekatey göndərildi. Siciliyalı Diodora görə, Hekatey öz məqsədinə uğurla nail oldu.[2]
Artaferndən sonra Lidiyanın hökmdarı onun oğlu II Artafern oldu, hansı ki farslar üçün uğursuz başa çatan Marafon döyüşü zamanı fars ordusuna komandanlıq edirdi.
İstinadlar
Lüğətlər və ensiklopediyalar | |
---|