II Artafern — fars qoşun başçısı, Lidiya satrapı Artafernin oğlu. I Daranın qardaşı oğlu.
Həyatı
Artafern Əhəmənilər İmperiyasının bir sıra hərbi yürüşlərində iştirak etmişdir. Mardoninin Elladaya uğursuz yürüyüşündən sonra e.ə. 492-ci ildə Datis ilə birlikdə yeni kampaniyanın rəhbəri təyin edildi.[1]
Əvvəlcə kampaniya yaxşı gedirdi. Datis və Artafrenlər Naksos[1] və digər bir neçə adanı fəth etdilər, Eretriya şəhərini yandırdılar[2] və Marafona çatdılar. Farslar üçün Marafon döyüşü məğlubiyyətlə başa çatdı.
Asiyaya qayıtdıqdan sonra Artafern öz nüfuzunu qorudu. I Kserksin Yunanistana yürüşü zamanı, yəni Marafon döyüşündən 10 il sonra, lidiyalılar və misiyalılara rəhbərlik edirdi.[3]
İstinadlar
Lüğətlər və ensiklopediyalar | |
---|