IV Nikomed

IV Nikomed
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. II əsr
Vəfat tarixi e.ə. 74
Vəfat yeri
Fəaliyyəti monarx
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IV Nikomed Filopatr (e. ə. II əsre.ə. 74, Nikomediya, Vifiniya) – e.ə. 94 - e.ə. 74 illər arasında Vifiniya kralı. III Nikomedin oğlu və varisidir.[1]

Bioqrafiyası

Nikomedin taxta çıxana qədərki həyatı barədə heç bir məlumat yoxdur. Taxta çıxması atasının ölümündən sonra reallaşmışdır. Hakimiyyətinin ilk illərində ölkəsində sülh hakim ikən, qısa müddət sonra ölkənin sərhədləri Roma Respublikasının ən böyük düşmənlərindən olan Pont kralı IV Mitridat tərəfindən hücuma məruz qalmağa başladı.

Nikomedin ordusu e.ə. 90-cı ildə Mitridatın qardaşı Sokrates tərəfindən məğlub edilincə Nikomed İtaliyaya qaçmağa məcbur oldu. Burada Roma senatının da cəsarətləndirməsi ilə yenidən Midridatın üstünə hücum etdi, lakin e.ə. 88-ci ildə yenidən məğlub olaraq Romaya qaçdı.[2]

Roma ilə yaxın olan münasibətlərinə görə yardım tələbi qəbul edildi və güclü konsul Lusius Kornelius Sullanın Kiçik Asiyaya göndərilməsi ilə Birinci Mitridat müharibəsi başlamış oldu. Sulla ilə Mitridat bir necə dəfə döyüşdülər və nəhayət e.ə. 85-ci ildə Mitridat sülh istədi. Pont krallığı böyük müqdarda təzminat ödəyərək məhv olmaqdan qurtula bildi.[3]

Nikomed e.ə. 84-cü ildə Vifiniyada hakimiyyətini yenidən təsis etdi. İrəliləyən illər sülh şəaitində keçsə də, krallıq daha da çox Roma nəzarətinə keçirdi. E.ə. 80-cı ildə gənc Qay Yuli Sezar elçi olaraq Nikomedin sarayında oldu. Bundan sonra onun Nikomed ilə sevgili olduğu şaiyələri yayılmağa başladı. Bu şaiyələr gələcəkdə siyasi rəqibləri tərəfindən özünə verilmiş "Vifiniya kraliçası" ləqəbi ilə Sezara xeyli problem yaratdı.

Nikomedin Vifiniya kralı olaraq son böyük işi e.ə. 74-cü ildə krallığını Roma Respublikasına vısiyyət etməsi oldu. Roma Senatı bu fürsəti əldən vermədi və Vifiniya yeni Roma əyaləti olaraq Senatda qəbul edildi.

İstinadlar

  1.  McGing, The foreign policy of Mithridates VI Eupator, King of Pontus, s. 143
  2. "Suetonius: JULIUS CAESAR II. XLV-LIII". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-02.
  3. J. Hind, 'Mithridates', in Cambridge Ancient History, Volume IX (1994), səh.143–4

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!