II Süleyman

II Süleyman
osman. سليمان ثانى
osman. Süleymân-ı sânî
8 noyabr 1687 – 22 iyun 1691
ƏvvəlkiIV Mehmed
SonrakıII Əhməd
Şəxsi məlumatlar
Doğum tarixi 15 aprel 1642(1642-04-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 22 iyun 1691(1691-06-22) (49 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəhbər
Atası I İbrahim
Anası Saliha Dilaşub Sultan
Ailəsi Osmanlı xanədanı
Dini islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Süleyman (15 aprel 1642[1][2][…], Konstantinopol22 iyun 1691, Ədirnə) — 20-ci Osmanlı padşahı və 99-cu İslam xəlifəsidir.

Həyatı

Taxta çıxışı

15 aprel 1642 tarixində İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim, anası Saliha Dilaşub Sultandır. Sünnət mərasimi o əsnada taxtda olan qardaşı Sultan Mehmedlə birlikdə 21 oktyabr 1649 tarixində baş tutdu. Sultan Mehmed dövrünün ilk illərində böyük validə Kösəm Sultanla kiçik validə Turhan Sultan arasında gedən mübarizədə adı taxt namizədi olaraq çəkildi və bundan sonra digər qardaşlarıyla birlikdə sarayın Şimşirlik adlanan hissəsində ciddi nəzarət altında yaşadı. Tez-tez Sultan Mehmedin çıxdığı səfərlərə və ov mərasimlərinə qatılır, çox vaxt Ədirnə sarayına aparılırdı.1683 tarixli Vyana məğlubiyyəti ilə başlayan torpaq itkisi səbəbilə ordunun, üləmanın və dövlət xadimlərinin Sultan Mehmedə qarşı birləşməsi nəticəsində taxta namizəd seçildi. Mənbələrdə, təxminən 40 ildir ki, Şimşirlikdə qalan Şahzadə Süleymanın öldürülməkdən qorxaraq "İzâlemiz emrolunduysa söyle, iki rek‘at namaz kılayım. Kırk yıldır her gün ölmektense bir gün evvel ölmek yeğdir" ("Hökmümüz əmr edilibsə deyin, iki rükət namazımı qılım. Qırx ildir hər gün ölməkdənsə, bir dəfə ölərəm.") dediyi və otağından çıxmadığı qeyd olunur. Nəhayət, kiçik qardaşı Şahzadə Əhmədin də köməyilə razı salınan Şahzadə Süleyman əvvəlcə hovuz başındakı taxta oturduldu, ardından səhər saatlarında Osmanlı ənənəsinə uyğun olaraq Babüssəadə qapısı önündəki səltənət taxtına əyləşdi (8 noyabr 1687). O əsnada cülus mərasimində naqibüləşraf (Hz Məhəmmədin ailəsindən olanların hüquqlarını qoruyan dövlət məmuru), İstanbul naibi, nişançı vəzir, başqazılar, şeyxülislam, yüksək rütbəli üləma və ordu rəhbərləri iştirak edirdi.

Səltənət illəri

Sultan Süleymanın taxta çıxdıqdan sonra qarşılaşdığı ilk məsələ əsgərə paylanmalı olan cülus bəxşişi oldu. Bu əsnada Əndərun məktəbinin bəzi sinifləri ləğv edilərək bu sinifin nümayəndələri saraydan uzaqlaşdırıldı. Onların gördükləri saray işləri isə qapı ağasının səlahiyyətlərinə daxil edildi. XVI əsrdən bəri dəyişdirilən saray ağaları və zülüflü baltaçıların libasları əvvəlki formaya gətirildi. Yeddi ildir ki, boş qalan has odabaşı vəzifəsi Misirli Hacı Mustafa ağaya verildi. Sədarət naibi Körpülü Mustafa Paşanın vasitəçiliyi ilə Süleymaniyyə məscidinin hafizi olan Ərəbzadə Əbdülvəhab Əfəndi padşahın müəllimi təyin edildi və hər gün padşaha dərs deməsi müəyyənləşdirildi. Yeniçəri ağalarının təzyiqi ilə İstanbula gələrək Sancağ-ı Şərifi yeni padşaha təslim edən Abxaz Siyavuş Paşa sədarətdə saxlanıldı və üsyançıların üzərinə göndərildi. Belə ki, o əsnada paytaxtda Əhməd çavuş və Kiçik Mehmed adlı iki şəxsin rəhbərliyindəki dəstələr quldurluqla məşğul olurdular. Digər yandan Atmeydanında toplanan sipahilər gecikmiş ülufələrinin ödənilməsini istəyirdilər. Ancaq ödənilməli olan məbləğ xəzinədə olmadığından Əndərun xəzinəsindəki gümüş və qızıl qab-qacaq, qılınclar vəs . Əşyalar zərbxanaya təslim edildi və yeni sikkələr zərb olundu. Ancaq bu da bəs etmədi və bəzi dövlət adamlarından "imdadiye" adlı vergi yığılması qərarlaşdırıldı. Yeni padşah 27 noyabr 1687 tarixində Əyyub Sultan məscidində şeyxülislam Dabbaqzadə Mehmed Əfəndiyeniçəri ağası Mustafa ağanın əlindən qılınc qurşandı, ertəsi gün isə ilk cümə salamlığına çıxdı. Bu əsnada ülufəcülus bəxşişi məsələsi səbəbilə qapıqulları yenidən ayaqlandı. Çünki Misirdən gələn xəzinəylə toplanan "imdadiye" vergisi də kifayət etməmişdi. Nəhayət, ödənişlər çətinliklə də olsa, tamamlandı və 22 dekabrda ilk normal divan məclisi toplandı.

Bütün bunlar olarkən, digər yandan da səfər hazırlıqları davam edirdi. 22 yanvar 1688 tarixində səfər elan ediləndə isə yeni bir iğtişaş baş verdi. Yeniçəri ağası Harputlu Süleyman ağanın, sədrəzəmin əmrinə zidd olaraq şəhərdəki qoçuları cəzalandırması və Əhməd Çavuşu öldürməsinin ardından Hacı Əli ağanın təşviqi ilə ayaqlanan üsyançılar yeniçəri ağasını öldürdükdən sonra sədrəzəmdən sədarət möhürünü tələb etdilər. ancaq Abxaz Siyavuş Paşa möhürü yalnız padşaha təslim edəcəyini deyərək köşkünə sığındı və burada müdafiə tədbirləri gördü. Sədarət möhürünü isə şeyxülislam Seyid Feyzullah Əfəndiyə təslim etdi. Nəhayət üsyançılar padşaha gedərək Abxaz Siyavuş Paşanın vəzifədən alınmasına razı saldılar və ertəsi gün köşkünə hücum edərək paşanı qətlə yetirib mallarını yağmaladılar.

İstanbul əhalisi isə bu vəziyyətdən narahat idi. 1 martda vəziyyətin sakitləşdiyini görən tacirlər dükanlarını açdılar ancaq quldurların bura hücum etməsi ilə dükanlar yenidən bağlandı. Ardından tacirlər və böyük əhali kütləsi birləşərək saraya getdi və quldurların cəzalandırılmasını istədi. İrəvan köşkündə keçirilən məşvərət məclisindən sonra Sancağ-I Şərif Babüssəlam qapısının iki qülləsi arasına asıldı. Elan edilən fərmanla müsəlman olan hər kəsin bu sancağın altında toplanması deyildi. Sancaq hadisəsi adlanan bu hadisənın sonunda yeniçəri ocağındakı nüfuzlu şəxslər padşaha itaət etdiklərini bildirdi. Çaşbaş qalan üsyançılar isə Sultan Süleymanı taxtdan endirib, qardaşı Şahzadə Əhmədi və ya qardaşı oğlu Şahzadə Mustafanı taxta çıxarmaq istədilər. Hətta bunlardan bəziləri bütün Osmanlı sülaləsinin aradan qaldırılaraq taxta Krım xanının dəvət olunmasını təklif etdi. Əhalinin təkidiylə sədarət naibi Nişançı İsmayıl Paşa sədarətə, Dabbaqzadə isə şeyxülislamlığa gətirildi. Bu əsnada möhürü təslim edən sabiq şeyxülislam Seyid Feyzullah Əfəndi Sultan Mehmed tərəfdarı olaraq görüldü və Ərzuruma sürgün edildi. Xalqın təmsilçisi olan Osman Fəzli Əfəndinin tövsiyəsilə Bosniyalı Həsən ağanın yeniçəri ağası olması əhalini sakitləşdirdi. Ertəsi gün saray ətrafına toplana əhali bü dəfə də hərbi dəstə rəhbərlərinin dəyişdirilməsini istədi. Nəhayət üsyançı dəstə rəhbərlərinin də zərərsizləşdirilməsinin ardından Sultan Süleymanın taxta çıxışından bəri 4 aydır ki, davam edən iğtişaşlı dövr başa çatdı.

İstanbulda bu hadisələr baş verərkən sərhəd bölgələrindən qalaların bir-bir əldən çıxması xəbərləri gəlirdi. Osmanlının Avropadakı torpaqları AvstriyalılarınVenesiyalıların əlində bölüşdürülmüşdü. Digər yandan paşalığa gətirilən erməsi əsilli üsyançı Osman Paşa İstanbula yaxın bir ərazidə öz ordusu ilə toplanmış, paytaxtdakı üsyançılara dəstək verirdi. Mərkəzdən uzaqlaşdırılması üçün əvvəlcə Rumeli bəylərbəyi olaraq Belqradın mühafizəsi ilə vəzifələndirildi, ardından Macarıstan sərdarı təyin olundu. Bu təyində yeni sədrəzəmin səfərə getmək istəməməsi böyük rol oynadı. Ancaq getdiyi hər yerdə əhalini xərac verməyə zorlayan Osman Paşa sancağ-ı şəriflə birlikdə sədarət möhürünü istəyərək kəndxudasının da Qaraman bəylərbəyliyinə gətirilməsini tələb etdi. Sərdarlıqdan alınan Osman Paşanın ələ keçirilməsi üzrə əhalidən əsgər toplandı və sərdarlığa xəzinədar Həsən Paşa gətirildi. Sədrəzəm Nişançı İsmayıl Paşa isə əyalətlərdəki üsyançıların gizlicə qətlə yetirilməsi üçün əyalət rəhbərlərinə fərmanlar yollamış, bu səbəblə padşahın müəllimi və Darüssəadə ağasının da tövsiyəsilə vəzifədən alınmışdı (2 may 1688). Yeni sədrəzəm Bəkri Mustafa Paşa isə üsyançıların sülhlə aradan qaldırılması üçün onlara əyalətlərdə vəzifələr verdi. Osman Paşa isə bağışlanaraq Bosniyaya göndərildi. Ancaq vəzifə yerinə getməyən Osman Paşa Belqraddakı Macarıstan sərdarı Həsən Paşanın üzərinə hücum edərək özünü sərdar təyin etdi (9 iyul 1688) və mərkəzi hökumət bununla razılaşdı.

Bəkri Mustafa Paşanın sədarəti dövründə Avstriya və müttəfiqləri ilə sülh bağlanmasına qərar verilmişdi. Sülh danışıqlar üçün divan katiblərindən Zülfiqar Əfəndi Vyanaya elçi olaraq göndərildi. Elçiyə dəstək olaraq Ədirnəyə qədər onunla gedən Sultan Süleyman burada səfər elan etdi (25 iyul 1688). Ancaq xəzinədə səfər üçün lazım olan pul məbləği yox idi. Çünki Osmanlı xəzinəsi Avropadakı torpaqların əldən çıxmasıyla buradakı qeyri-müsəlman əhalidən alınan vergilərdən məhrum olmuşdu. Digər yandan Anadoludakı üsyanlar buradan vergi yığılmasına da mane olurdu. Xəzinənin doldurulması üçün dəftərdar Mehmed Paşanın səyləri ilə yeni vergilər təyin olundu. Ancaq aparılan maliyyə islahatları əhalini çətin vəziyyətə saldı. Ən ağırı isə misdən kəsilən və "mangır" adlanan pul vahidinin dövriyyəyə buraxılması ilə başlayan inflyasiya oldu. Bu pul vahidi ilə ticarət aparmaq istəməyən tacirlər isə İstanbula mal göndərməyi dayandırmış, bu səbəblə paytaxtda qiymətlər bahalaşmışdı. Maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün görülən tədbirlər, vergi toplanması üçün şərabxanaların yenidən açılması, tütünə gömrük vergisinin tədbiq edilməsi və s. tədbirlər də çarə olmadı.

Bu əsnada Osman Paşa məktub göndərərək Avstriyalılarla gedən döyüşlərdə məğlub olduğunu və əlavə hərbi dəstək istədiyini bildirmişdi. Belqrad qalasının mühasirəyə alınması ilə şəhər əhalisi qayıqlar vasitəsilə şəhərdən qaçmağa başlamışdı. Ardından Sultan Süleyman 11 sentyabr 1688 tarixində Ədirnəyə gəldi. Osman Paşaya göndərilən məktubla bölgənin mühafizə edilməsi əmr edildi. Padşah Ədirnənin Havsa bölgəsinə gələndə isə Belqradın itirildiyi xəbərini aldı və ağlayaraq "Emir Allah’ındır" ("Əmr Allahındır") dedi. Bir ay yarım Ədirnə yaylağında qalan padşah havaların soyuması ilə saraya çəkildi və orduun Ədirnədə qışlamasına qərar verdi. 6 ay davam edən bu dövr ərzində həm daxildəki üsyançılar yatırılmağa çalışıldı, həm də bahardakı səfər üçün orduya əsgər toplandı. Ancaq əsas üsyançı rəhbəri olan Osman Paşa hələ də fəaliyyətinə davam edirdi. Sofiya şəhərinə çəkilən Osman Paşa burada qaldığı bölgəyə adına uyğun olaraq Yeğenabad adını vermişdi. Topladığı qanunsuz vergilərlə yanaşı, padşahın əmrlərinə də riayət etmirdi. Buna cavab olaraq əvvəlcə sərdarlıqdan alındı və yerinə Ərəb Rəcəb Paşa Macarıstan sərdarı təyin olundu. Bir müddət təqib edilən Osman Paşa ələ keçirilərək edam olundu. Onun Anadoludakı müttəfiqləri olan Sivas bəylərbəyi Gədik Mehmed Paşa və Çorum sancaqbəyi Cəridoğlu da aradan qaldırıldı. Macarıstan səfərinə çıxmazdan öncə rusların böyük bir orduyla Krıma yaxınlaşması xəbəri gəldi və buna görə Səlim Gəray dərhal ordusunu toplayaraq vətəninə döndü. Burada rusları məğlub edərək (30 may 1689) yenidən Ədirnəyə dönən Səlim Gəray padşah tərəfindən mükafatlandırıldı.

Bir müddət öncə Vyanaya göndərilən Zülfiqar Əfəndinin sülh müzakirələri aparmaq əvəzinə həbs edilməsinin ardından padşah Macarıstana yeni bir səfərə çıxamağa qərar verdi. Bu əsnada AnadoluRumelindən toplanan əsgərlər də əsas orduya qoşuldu. O günlərdə isə orduda padşahın xəstə olması barədə şaiyələr yayıldı. Sultan Süleyman həqiqətən xəstə idi və kəcavəylə yola çıxmışdı. Şiddətlə yağan yağışlar səbəbilə daşan çay sularının altında qalan Ədirnədən keçən Osmanlı ordusu 26 iyun 1689 tarixində Sofiyaya çatdı və padşahın burada qalmasına qərar verildi. Macarıstan sərdarı Rəcəb Paşaya Belqradın geri alınması əmri verildi. Bu əsnada sərhəd bölgələrindən qələbə xəbərləri gəlirdi. Bosniya sərhəddində mühasirəyə alınan Vişeqrad qalası mühasirədən azad olmuş, Banaluka və Dupniçaya edilən hücumların qarşısı alınmış, Valievo, Berçka və İzvornik qalaları düşməndən azad edilmiş, Temeşvar qalasına gedən yol açılmışdı. Bundan başqa Dunay çayında üzən Avstriya donanması və quruya çıxarılan ordusu məğlub edilmişdi. Venesiya cəbhəsində isə Rodos sahillərində gedən dəniz döyüşlərində qələbə qazanılmışdı. Ancaq sərdar Ərəb Rəcəb Paşanın fəaliyyəti elə də, parlaq deyildi. Xidmətindəki münəcciminin də təsiriylə yavaş hərəkət edən və idarəsindəki ordunu nizamlaya bilməyən Rəcəb Paşa 20 minlik süvari qoşunla Belqrad və Səməndirə ərazilərinə hücumlar edirdi. Yavaş irəliləməsi və idarəsindəki əsgərlərin ona olan etimadsızlığı isə qələbə qazanmasına mane olurdu. Nəticədə Batoniçada Rəcəb Paşa Avstriyalılara məğlub oldu və ordunun döyüş sursatı düşmən əlinə keçdi. Xəbəri alan Sultan Süleymanın isə ağlayaraq xainlərə qarğış etdiyi rəvayət olunur.

Bunun ardından Osmanlıların çox önəm verdiyi Niş qalasının itirildiyi (25 sentyabr) və Valaxiyanın işğal olunduğu xəbəri gəldi. Sədrəzəm Bəkri Mustafa Paşanın, orduya sərdar təyin edərək padşahla birlikdə Plovdivə dönmə təklifi isə saray ağalarının təsirində olan padşah tərəfindən qəbul edilmədi. 29 sentyabrda Sofiyadan ayrılan padşah bu əsnada sədrəzəmin vəzifədən alınması ilə bağlı saray ağalarının təklifini qəbul etmədi və 5 gün Plovdivdə qalaraq Ədirnəyə qayıtdı (25 oktyabr). Sərdar təyin edilən Bəkri Mustafa Paşa şəhərin ətrafında xəndəklər qazdıraraq 200 əsgərlə şəhəri müdafiəyə başladı. Özü isə Ədirnəyə qayıtdı. Bu əsnada məğlubiyyətdə təqsirkar gördüyü Ərəb Rəcəb Paşanı padşahdan icazə almadan edam etdirdi və yerinə Qoca Xəlil Paşanı Macarıstan sərdarı təyin etdi. O əsnada Kosovaya qədər irəliləyən Avstriyalılar Krım qüvvələrinin köməyilə məğlub edildi. Ədirnədə gedən müzakirələrdə şeyxülislam Dabbaqzadə Mehmed Əfəndinin tövsiyəsilə Körpülü Fazil Mustafa Paşa sədarətə gətirildi.

8 noyabrda Ədirnəyə gələrək fəaliyyətə başlayan Mustafa Paşa ilk iş olaraq illərdir davam edən səfərlərin səbəb olduğu qıtlıqdan və vergi yükündən əziyyət çəkən əhalinin vəziyyətini yaxşılaşdırdı. Haqsız yerə alınan vergiləri ləğv etdi. Padşahın üzərində mənfi təsir göstərən Darüssəadə ağasını saraydan uzaqlaşdırdı. Ancaq Avstriya cəbhəsində vəziyyət Osmanlıların əleyhində idi. Niş qalasının itirilməsinin ardından müsəlman əhali Anadoluya köç etməyə başlamışdı. Qərargahını Niş şəhərində quran Avstriyalı general Veterani, Balkan yarımadasındakı xristian əhalini Osmanlılara qarşı ayaqlandırmağa başlamışdı. Bu propaqandaya isə ən çox serbiyalılar alət edildi. Bölgədəki əhalinin yalnız üçdə biri İstanbula və Anadoluya çata bildi. Geri qalanları isə köç əsnasında millətçi serblər tərəfindən qətlə yetirildi. Şiddətli keçən qış səbəbilə ordu ağır vəziyyyətdə idi. Böyük rus ordusunu məğlub etdikdən sonra Valaxiyaya irəliləyən Səlim Gərayın da qatıldığı Sofiya şəhərindəki məşvərətdə Qoca Mahmud Paşanın Skopyeyə göndərilməsinə qərar verildi. Bu əsnada müsəlmanlara qarşı qətliam törədən serb millətçisi Karpos ələ keçirilərək Skopye körpüsü üzərində edam edildi. Belqrad və Niş istisna olmaqla, bölgədəki bütün qalalar ələ keçirildi. Ancaq havanın pisləşməsi ilə səfər dayandırıldı. Böyük qələbələr qazanan Səlim Gəray Ədirnəyə gələrək qışı burada keçirdi.

Ədirnədə olan padşah isə qazanılan qələbədən razı idi və ordunun dərhal cəbhəyə geri dönməsini istəyirdi. Belə ki, hazırlıqlarını tamamlayan sədrəzəm Mustafa Paşanı səfərə şəxsən yola salmışdır (13 iyul 1690). İlk başlarda Osmanlı ordusu önəmli qələbələr qazandı. Niş qalası mühasirəyə alındı və Ərdəldə olan general Heissler əsir alındı. Dunay çayındakı Osmanlı donanması isə Vidin, Niş və Belqradı geri aldı (8 oktyabr 1690). Böyürdələn qalası işğal edildi.

Belqradın alınmasından sonra padşah artıq İstanbula dönməli idi. Ancaq hərəmxanadakı bəzi qadınların və saray ağalarının, qardaşı IV Mehmedin başına gələnləri xatırladaraq padşahı qorxutması nəticəsində Sultan Süleyman o qışı Ədirnədə keçirəcəyini elan etdi. Ancaq toplanan məşvərət məclisində razı salınan Sultan Süleyman Ədirnədən ayrıldı və 26 noyabrda İstanbula gəldi. Sədrəzəm Mustafa Paşa gələn il baş tutacaq səfər üçün Səlim Gərayın da İstanbulda qalmasını məsləhət gördü və onu da paytaxta yolladı. Özü isə Belqradı təhkim etdikdən sonra 25 dekabrda paytaxta qayıtdı. Mehmed Paşa köşkündə sərdar-ı əkrəmi qarşılayan və belindəki kürklə xəncəri ona hədiyyə edən Sultan Süleyman əlini qaldırıb ağlayaraq dua etdi. Ertəsi gün sədrəzəmdən cəbhə və ordu haqqında məlumat aldı.

Vəfatı

13 may 1691 tarixində Sancağ-ı Şərifi təslim alan Mustafa Paşanın ikinci Macarıstan səfərinə çıxdığı əsnada padşahın uzun müddətdir davam edən xəstəliyi daha da ağırlaşmışdı. İstiska xəstəliyi (böyrək çatışmazlığı) səbəbilə bədəni daha da şişmiş, müalicəsi ilə bağlı bütün ümidlər tükənmişdi. Sədrəzəmin sərt maliyyə tədbirlərindən narazı olan üləmalar isə Sultan Süleymanın vəfatı halında, Şimşirlikdə saxlanılan qardaşı IV Mehmedin və ya oğlanlarından birinin taxta çıxarılmasına qərar vermişdilər. Bunu başa düşən Sultan Süleyman həm özünü sübut etmək, həm də ordunu həvəsləndirmək üçün 15 mayda əvvəlcə Əyyub Sultan məscidinə, daha sonra isə kəcavəylə Davud Paşa ordugahına getdi. Bütün bu şaiyələrin mənbəyi isə IV Mehmedin şeyxi və keçmiş Rumeli başqazısı olan İbrahim Əfəndi idi. Nəticədə o və ona tərəfdar olanlar müəyyənləşdirilib Kipr adasına sürgün edildi. Buna baxmayaraq Sultan Süleymanın vəziyyəti daha da ağırlaşmışdı. Toplanan məşvərət məclisində sədrəzəm, IV Mehmedin 40 il boyunca ölkəni fəlakətə sürüklədiyini, övladlarının da eyni tərbiyəylə böyüdüyünü, qardaşı Şahzadə Əhmədin isə belə olmadığını və taxt namizədi seçilməli olduğunu deyərək məsələ ilə bağlı fikrini bildirdi. 1 iyunda kəcavəylə yola çıxan padşah 9 iyunda Ədirnəyə çatdı. Padşahın vəfat etməsi halında taxta mütləq şəkildə Şahzadə Əhmədin çıxarılması üçün lazımi tədbirləri alan sədrəzəmlə birlikdə Ədirnə yaxınlığında görüşən Sultan Süleyman, rəvayətə görə, ağlayaraq ordunun qələbəsi üçün dua etmiş (14 iyun) və bir neçə gün sonra 22 iyun 1691 tarixində cümə günü günorta saatlarında vəfat etdi.

Sultan Süleymanın yerinə qardaşı Şahzadə Əhməd taxta çıxarıldı. Həmin gün Alay köşkündə cənazə namazı qılınan Sultan Süleymanın cənazəsi Silivriyə qədər arabayla, oradan isə gəmiylə İstanbula gətirilərək Sultan Süleyman Qanuninin türbəsində onun sağ tərəfində dəfn edildi.

Uzun müddət qapalı şəraitdə tutulan, bu səbəblə yaxşı təhsil ala bilməyən və həssas təbiətli olan Sultan Süleymanın dindar bir padşah olduğu bilinir. 11 iyul 1688 tarixində baş verən İzmir zəlzələsində qüllələri dağıdılan Sancaqburnu qalası təmir edilmiş, 7-8 iyun 1690 tarixində Əyyubsultan səmtində çıxan yanğında zərər görən Əyyub Sultan türbəsi qısa zamanda bərpa edilmişdir.

Ailəsi

Hərəmxanası

  1. Xədicə Qadın
  2. Bəhzad Qadın
  3. İvaz Qadın
  4. Süğlün Qadın
  5. Şahsüvar Qadın
  6. Zeynəb Qadın

İstinadlar

  1. 1 2 Suleyman II // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Süleiman (Süleiman II.) // Brockhauz Ensiklopediyası (alm.).

Mənbə

  • BA, Nâme Defteri, V, 46-50, 54-61, 97, 107;
  • Mevkufatî Abdullah b. İbrâhim, Vâkıât-ı Rûzmerre, TSMK, Revan Köşkü, nr. 1223-1225, I-III, tür.yer.;
  • Anonim Osmanlı Tarihi: 1099-1116/1688-1704 (haz. Abdülkadir Özcan), Ankara 2000, s. 1-24;
  • Naîmâ, Târîh (haz. Mehmet İpşirli), Ankara 2007, III, 956, 1453;
  • Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekayiât (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 254-397;
  • D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 165-207;
  • Silâhdar, Târih, II, 295-576;
  • Râşid, Târih, II, 2-159;
  • Îsâzâde Târihi (haz. Ziya Yılmazer), İstanbul 1996, s. 206-225;
  • Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 5-6;
  • Müstakimzâde, Tuhfe, s. 209;
  • Hammer, HEO, XII, 242-318;
  • N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, IV, 193 vd.;
  • Ahmed Refik, Hicrî On İkinci Asırda İstanbul Hayatı (1100-1200), İstanbul 1988, s. 2, 3-6, 7, 34;
  • a.mlf., “Sultan Süleymân-ı Sânî ve Tabâyii”, İkdâm, sy. 8521, 8522, İstanbul 27-28 Teşrînisâni 1920;
  • M. Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Ankara 1980, s. 70-71;
  • Hikmet Bayur, “Osmanlı Padişahı II. Süleyman’ın Gurkanlı Padişahı I. Âlemgîr (Evrengzîb)’e Mektubu”, TTK Belleten, XIV/54 (1950), s. 269-285;
  • Ahmet Rıfat Güzey, “II. Süleyman’ın Fermanları Işığında XVII. Yüzyıl Sonlarındaki Osmanlı İmparatorluğu (Askeri ve İdari Çözülme)”, Gazi Üniversitesi Kastamonu Eğitim Dergisi, VIII/1, Kastamonu 2000, s. 123-140;
  • Bekir Kütükoğlu, “Süleyman II”, İA, XI, 155-170;
  • R. Murphey, “Süleymān II”, EI² (Fr.), IX, 877-878;
  • Abdülkadir Özcan, “Köprülüzâde Fâzıl Mustafa Paşa”, DİA, XXVI, 264-265.

Xarici keçidlər

II Süleyman
Doğum: 8 noyabr 1687 Vəfat: 22 iyun 1691
Hakimiyyət titulları
Sələfləri 
IV Mehmed

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

15 aprel 1642-22 iyun 1691
Xələfləri 
II Əhməd
Sünni İslam titulları
Sələfləri 
IV Mehmed

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
II Əhməd

Read other articles:

عبد الله أحمد حسن معلومات شخصية الميلاد 29 يوليو 1981 (42 سنة)  كينيا  الطول 164 سنتيمتر  الجنسية كينيا قطر  الوزن 55 كيلوغرام  الحياة العملية المهنة منافس ألعاب قوى  الرياضة ألعاب القوى  تعديل مصدري - تعديل   عبد الله أحمد حسن واسم الولادة ألبرت تشيبكوروي (با...

 

توزيع الأيونات عبر غشاء نصف نفاذ ، مثلما في خلية حية التدرج الكهركيميائي (بالإنجليزية: electrochemical gradient)‏ هو تدرج لجهد كهركيميائي (بالإنجليزية: electrochemical potential)‏ لأيونات يمكنها الانتقال عبر غشاء. يتكون التدرج من جزئين، تدرج كيميائي، بمعنى تدرج في تركيز مادة مذابة في محلول على نا

 

Pour les articles homonymes, voir Chrome (homonymie) et Cr. Chrome Échantillons de chrome (le cube mesure un centimètre cube). Vanadium ← Chrome → Manganèse—    24 Cr                                                                                         ...

Обґрунтування добропорядного використання не вказано назву статті [?] Опис Постер фільму «Волл-стріт: гроші не сплять» Джерело http://videoz.org.ua/movies/5163.html Автор 20th Century Fox Час створення 2010 Мета використання Зображення постеру у статті про фільм «Волл-стріт: гроші не сплять» З

 

Mainz 05 IIStadionBruchwegstadion(Kapasitas: 7,378)ManajerBartosch GaulLigaRegionalliga Südwest2021–22ke-5, Regionalliga SüdwestSitus webSitus web resmi klub Kostum kandang Kostum tandang Kostum ketiga 1. FSV Mainz 05 II adalah tim cadangan klub sepak bola 1. FSV Mainz 05 yang berbasis di kota Mainz. Sejarah 1. FSV Mainz 05 II berhasil promosi ke 3. Liga pada tahun 2014.[1] Referensi ^ Fortuna Köln feiert Last-Minute-Aufstieg (dalam bahasa Jerman) Weltfussball.de, ...

 

Đình Đại PhùngDi tích quốc gia đặc biệtThờ phụngTích Lịch Hòa Quang và tướng Vũ Hùng Thông tin đìnhĐịa chỉ Xã Đan Phượng, Đan Phượng, Hà Nội, Việt NamTọa độ21°05′31″B 105°39′55″Đ / 21,091854686288°B 105,66532768932°Đ / 21.091854686288244; 105.66532768932383Thành lậpĐầu thế kỷ 17Lễ hội 18 tháng 1 12 tháng 2 18 tháng 11 Di tích quốc gia đặc biệtĐình Đại PhùngPhâ...

The Robert W. Saunders Sr. Public Library is a member of the Tampa-Hillsborough County Public Library System (THPL) and the Hillsborough County Public Library Cooperative (HCPLC). Robert Saunders Library as depicted in photograph from the Tampa-Hillsborough County Public Library System Located on 1505 Nebraska Avenue in Tampa, Florida, the 26,244 square foot library is one of only two African-American research libraries in the entire state of Florida.[1] This library provides access t...

 

2007 Iranian drama film This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Santouri film – news · newspapers · books · scholar · JSTOR (February 2023) (Learn how and when to remove this template message) SantouriDirected byDariush MehrjuiWritten byVahideh MohammadifarDariush MehrjuiProduced byFaramarz Fara...

 

American space scientist and engineer Jerome Pearson (19 April 1938 - 27 Jan 2021) was an American engineer and space scientist best known for his work on space elevators, including a lunar space elevator. He was president of STAR, Inc., and has developed aircraft and spacecraft technology for the United States Air Force, DARPA, and NASA. He held several patents and was the author of nearly 100 publications in aircraft, spacecraft, electrodynamic tethers, SETI, and global climate control. Bio...

Sultan of Mohéli (Mwali) Djoumbé FatimaPhotograph of Djoumbé Fatima taken in Paris in 1868Sultan of Mohéli (Mwali)Reign1842–18651874–1878Coronation26 May 1849, FomboniPredecessorRamanetakaMuhammad bin Saidi Hamadi MakadaraSuccessorMuhammad bin Saidi Hamadi MakadaraAbderremane bin Saidi Hamadi MakadaraBorn1836/37Ouallah, MohéliDied1878 (1879) (aged 41)ConsortSaid Muhammad bin Nasser MakadaraIssue Muhammad bin Saidi Hamadi Makadara Abderremane bin Saidi Hamadi Makadar...

 

Idyll VIII, also called Βουκολιασταί βʹ ('The Second Country Singing-Match'), is a bucolic poem by the 3rd-century BC Greek poet Theocritus.[1] Summary The characters of this dialogue are the mythical personages Daphnis a cowherd and Menalcas a shepherd, and an unnamed goatherd who plays umpire in their contest of song.[1] After four lines by way of stage-direction, the conversation opens with mutual banter between the two young countrymen, and leads to a singing...

 

American baseball player (1855–1892) Baseball player Silver FlintSilver Flint baseball cardCatcherBorn: (1855-08-03)August 3, 1855Philadelphia, Pennsylvania, U.S.Died: January 14, 1892(1892-01-14) (aged 36)Chicago, Illinois, U.S.Batted: RightThrew: RightMLB debutMay 4, 1875, for the St. Louis Red StockingsLast MLB appearanceJuly 18, 1889, for the Chicago White StockingsMLB statisticsBatting average.236Home runs21Runs batted in295 Teams St. Louis Red Stocki...

Free public transit service in California, US LINKS bus at San Leandro station San Leandro LINKS or West San Leandro Shuttle usually referred to simply as the Links Bus is a free public transit service in San Leandro, California.[1][2][3][4][5] It is run by the San Leandro Transit Management Organization. Service The service began after its creation by the city of San Leandro in 2002.[2][4] The services currently offers one line, BART Sh...

 

WaaijenbergIndustryAutomotiveFounded1966FounderKees WaaijenbergHeadquartersVeenendaal, NetherlandsProductsMicro carsWebsitewww.waaijenberg.com Waaijenberg (pronounced ʋɑjøʏnbɛrɣ) is a Dutch carmaker of micro cars, especially low-speed neighborhood-vehicles for wheelchair users and handicapped drivers. Founded in 1966 by Kees Waaijenberg, the firm is headquartered in Veenendaal, Netherlands. In the 1970s and 1980s, it was popular for importing the Dutch version of Reliant Robin by the Br...

 

Species of European flowering plant Arnica montana 1897 illustration[1] Scientific classification Kingdom: Plantae Clade: Tracheophytes Clade: Angiosperms Clade: Eudicots Clade: Asterids Order: Asterales Family: Asteraceae Genus: Arnica Species: A. montana Binomial name Arnica montanaL. Synonyms[2] Doronicum montanum Lam. Doronicum oppositifolium Lam. Arnica helvetica Loudon Arnica petiolata Schur Arnica plantaginifolia Gilib. Arnica lowii Holm Cineraria cernua Thore Arni...

Armada Timur (1941–44)Armada Hindia Timur (1944–52)Armada Timur Jauh (1952–71)HMS Renown pada 1944 dengan kapal-kapal Armada Timur lainnyaAktif1941–1971Negara Britania RayaCabang Royal NavyTipe unitArmadaMarkasTrincomalee, CeylonSingapura (pasca-perang)PertempuranHilangnya Prince of Wales dan RepulsePenyerbuan Samudera HindiaPertempuran MadagaskarOperasi DukedomOperation LiveryTokohTokoh berjasaJames SomervilleBruce Fraser Armada Timur Britania Raya (juga dikenal setelah 1944 seb...

 

Mayotte Mahoré Ubicación geográficaArchipiélago Islas ComorasCoordenadas 12°50′00″S 45°10′00″E / -12.833333333333, 45.166666666667Ubicación administrativaPaís FranciaCaracterísticas generalesSuperficie 374 kmLongitud 39 kmAnchura máxima 22 kmPerímetro 185,2Punto más alto Benara 660 mPoblaciónCapital MamoudzouPoblación 186 452 hab.Densidad 498,53 hab./km²Mapa de localización Mayotte Mayotte Ubicación (Mayotte).[editar datos en Wikidata] M...

 

This is a complete list of Philippine presidents by college education that consists of the 17 heads of state in the history of the Philippines. Almost all presidents (except Emilio Aguinaldo, Joseph Estrada, and Bongbong Marcos) completed a college degree program.[1] College and postgraduate education have prepared presidents in their future roles as heads of state, architects of foreign policy, commanders-in-chief of the Armed Forces of the Philippines, and managers of the entire gov...

Plaza SurabayaLokasiSurabayaAlamatJalan Pemuda 33-37, Embong Kaliasin, Genteng, Surabaya, Jawa Timur 60271Tanggal dibuka1988PengembangPT. Surabaya Delta Plaza (1988 - 1991)PT. Bayu Beringin Lestari (1991 - sekarang)PemilikPT. Surabaya Delta Plaza (1988 - 1991)PT. Bayu Beringin Lestari (1991 - sekarang)Total luas pertokoan75.270 m2Jumlah lantai5 Plaza Surabaya (atau biasa disebut dengan nama sebelumnya Delta Plaza) adalah pusat perbelanjaan di Surabaya. Mal ini didirikan pada tahun 1988 dengan...

 

Gun laws in Guam Location of Guam in relation to the continental United States Gun laws in Guam regulate the sale, possession, and use of firearms and ammunition in Guam, an unincorporated territory of the United States.[1][2] As Guam is a territory of the United States, many U.S. federal laws apply, as well as Constitutional rulings and protections. Summary table Subject/Law Long guns Handguns Relevant Statutes Notes Permit required to purchase? Yes Yes 60103, 60106 FOID requ...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!