Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:
II Filipp.
II Filipp (d. 21 may 1527 — ö. 13 sentyabr 1598) — İspaniya, Portuqaliya, Neapol və Siciliya, İngiltərə və İrlandiya (de-yure) kralı, Milan hersoqu və 17 Niderland əyalətinin lordu.
Müqəddəs Roma imperatoru və İspaniya kralı V Karlla Portuqaliya şahzadəsi İzabellanın oğlu olan Filipp cütlüyün ilk övladı olaraq Valyadolid əyalətindəki Pimentel sarayında dünyaya gəldi. İdarəsindəki imperiya yaşadığı dönəmdə məlum olan bütün qitələri əhatə edirdi. Onun səltənətində İspaniya özünün qızıl dövrünü yaşadı.
Səltənəti dönəmində fərqli zamanlarda 5 dəfə maliyyə böhranı yaşandı və hökumət iflas etdi. Bunun əsas səbəblərindən biri isə 1581-ci ildə Hollandiyanın müstəqilliyini qazanması və ticarət limanlarının ispanların əlindən çıxması oldu. 31 dekabr 1584-cü ildə Filipp Quiza hersoqu I Henriylə katolik dünyasının lideri olaraq Convil sülhünü imzaladı. Nəticədə Fransadakı kalvinistlərlə mübarizədə özünə müttəfiq qazandı. Dindar bir katolik olan Filipp özünü Osmanlı imperiyası və protestanlara qarşı katolik dünyasının qoruyucusu olaraq görürdü. 1588-ci ildə protestant İngiltərə kraliçası I Elizabeti devirmək və bölgəni işğal etmək məqsədilə güclü bir donanma qursa da, bu donanma şimali Fransa sahillərində məğlub edildi. Döyüşdən qaçan az saydakı gəmi isə çıxan fırtınada darmadağın oldu.
Həyatı
İlk illəri
Müqəddəs Roma imperatoru və İspaniya kralı V Karlla Portuqaliya şahzadəsi İzabellanın oğlu olan Filipp cütlüyün ilk övladı olaraq 21 may 1527-ci ildə Valyadolid əyalətindəki Pimentel sarayında dünyaya gəldi. Kastiliya sarayında böyümüş və bu əsnada dövrün önəmli din adamları və alimlərindən dərslər aldı. Atası qədər olmasa da, çox dilli idi — latın, ispan və portuqal dillərində sərbəst danışırdı. İspaniya mədəniyyətinin təsiri altında böyümüşdü. Kastiliyada doğulmuşdu və ana dili ispan dili idi. Bu səbəblə Avropada populyar deyildi və atasından sonra Müqəddəs Roma imperatoru yerinə, İspaniya krallığına gətirildi.
1528-ci ilin aprelində Filipp hələ 1 yaşı olmamış Kastiliya məclisi tərəfindən taxtın varisi elan edildi və sədaqət andı içildi. Uşaqlıq illəri anasının və onun portuqal əsilli xidmətçisi Donna Elyanoranın himayəsində keçdi. Bu illərdə tanış olduğu uşaqlıq dostları, həmçinin bacıları Mariya və Yuanna sonrakı illərdə ona dövlət işlərində yaxından xidmət göstərdi. Döyüş dərslərini isə Kastilya əsilzadələrindən Xuan de Zuniqodan aldı və 1542-ci ildə ilk hərbi təcrübəsini İtaliya müharibəsində yaşadı. Fransızların məğlubiyyətindən sonra atasıyla birlikdə İspaniyaya qayıdan Filipp əvvəlcə Araqona gəldi və burada Araqon məclisi tərəfindən vəliəhd elan olundu. İspaniyaya döndükdən sonra oğlunda gördüyü bu inkişafı görən V Karl daha öncə 1540-cı ildə Milan hersoqluğunu verdiyi oğlunu İspaniya kral naibi təyin etdi. Beləcə 16 yaşlı Filipp artıq dünyanın ən güclü imperiyasının idarəsini ələ aldı.
Hakimiyyəti
21 may 1527-ci il tarixində doğulan II Filipp, Müqəddəs Roma Cermen İmperatoru və İspaniya kralı V Karlın Portuqaliya şahzadəsi İzabellanın tək qanuni uşağı idi. Atası V Karl Habsburq xanədanından Kastilya kraliçəsi və Aragon kralının tək erkək uşaqları idi. Garip evliliklər və ölümlərlə babası bütün ailə mirasını bünyəsində toplamışdı. 1554 ilində da İngiltərənin Katolik kraliçəsi Mary Tudorla evlənərək Birləşik Krallık üzərində də söz sahibi oldu. 1556 ılında V Karl taxtdan çəkilincə, II Filipp İspanya kralı, emisi Müqəddəs Roma-Cermen İmperatoru oldu. II Filipp Katolik olduğundan ötəri, Protestanlardan nifrət edirdi. Taxta çıxar — çıxmaz, İspanyadakı bütün protestanların öldürülməsini əmr etdi. 18 min insan bu vaxtda edam edildi.1558-ci ildə I Mary ölüncə İngiltərə üzərindəki nüfuzunu itirdi. Bu səfər İngiltərənin yeni protestan kraliçəsi I Elizabethlə evlənmək istədi amma uğurlu olmadı.
1558–1560-cı illər arasında Avropada ardı ardına Fransa Krallığına, və üsyankar Hollanda protestan şahzadələrinə karşı qələbələr qazandılar. Amerikada isə yerli krallıqları yox edib, bütün Orta və Cənub Amerikaya hakim oldular. 1559 ılında İspanya birlikləri Şimal Afrikaya qarşı taaruza geçtiler. Cezayir ve Tunusda əsas qalalari ələ keçirib Fas Krallığı'nı 2 dəfə məğlub oldular, və Fası vergiyə bağladılar. 1560 ılında Osmanlı Dövlətinin Qərb Aralıq dənizdəki üstünlüyünə son vermək üçün II Filipp önderliyinde İspanya, Venedik Cumhuriyeti, Ceneviz Cumhuriyeti, Papalık Dövleti, Savoy Düklüğü ve Malta əsgərlərindən ibarət bir donanma ilə Osmanlı donanmasına hücum etdi. Tunus açıklarında meydana gələn bu muharibədə (Cerbe Deniz Savaşı), Xaçlı Donanması böyük bir məğlubiyyətə uğradı ve böyük itgilər verərek geri çekildi. Osmanlı quru birlikləri də sürətlə irəliləyərək Cezayirdəki bütün İspanya qalalarının geri aldı. İspaniya donanmasının yox olması üzərinə Hollanda da Protestan üsyanı yenidən başladı. Bu üsyan, İspanya ilə Hollanda arasındaki Seksen İl döyüşlərini başlatmış oldu. II Filipp, Cerbe meğlubiyyetini unutmadı və İspanya Amerikasında yeni və tarixtə görülməmiş böyüklükde bir donanma düzəldilməsini əmr etdi. Yeni bir döyüş gəmisi olan ve Atlantik Okeanın fırtınalarına dayana biləcək gücde 120 artıq top daşıya bilən böyük kalyonlar düzəltdirdi.
1565 ılında yeni donanması ilə Hollandiyanınnın ve Fransa'nın üzərine yürüyen II Filipp, böyük uğurlar qazandı. 1571 ılında bu yeni donanma ilə, Osmanlılarla İspanya əmri altındaki Xaçlılar arasında İnebahtı Deniz Müharibəsi baş verdi. Muharebeni Xaçlılar kazandı. Bu qələbə, Qərb Aralıq dənizində İspanyanı egemen etdi. Bu qələbədən ötəri Papa, II Filippini Xristiyanlık'ın böyük qorucusu elan etti. Bu qələbədən II Filipp, əsil böyük şeytan olarak gördüğü Protestan İngiltere Krallık'ını işgal etmeye karar verdi. Hollandadan 250 min kişilik bir ordu toparlayan Filipp, donanması ilə bərabər İngiltere önlerine geldi. Fəqət Filippin İnebahtı Deniz Döyüşünə qatılmış olan ve sonradan Protestanlığı seçip İngiltereye yerleşen 2 İspanya denizcinin, kalyonlarının planlarını kraliçeye verdiğini ve İngiltere'nin o zamanlarda İspanyanın 1/10'u kadar olan ekonomisin bütün kaynaklarını bir donanma etməyə ayırdığından xəbəri yoxdu. 1588 ılında 2 donanmanın qarşılaşdı. Muharebede İspanya büyük bir mağlubiyet aldı. Hollanda'da donanma desteğinden məhrum sıxışıp kalan quru ordusu isə, Hollandalı üsyankarlar tarafından yox edildi. donanmasının ve ordusundan məhrum qalan İspanya, Hollanda'yı itirdi. Vəziyyətdən istifade edən Türklər ve İngilislər, Atlantik ve Aralıq dənizi ticarət yollarını əllərinə keçir.
Ordusunu, donanmasını ve ticaret ordularını itirən II Filipp, İspanya ekonomisine böyük zərər gətirdi. Ölkədə və kolonilərdə üsyanlar çıxdı. Tanrının özünə niyə belə bir kader çəkmiş olduğunu başa düşməyən II Filipp, yönetimden hərəkəti olarak çəkilip özünü dinə verdi. Bu savaşlar Avropa tarixinde önemli bir dönem nöqtəsinə çevrilməkdədir. II Felippin taxtdan çəkilmsi ilə, Protestanlık axını durdurulamaz hala gəldi. İspanya'nın gücü azaldı. İngiltəre ve Hollanda denizlerde Fransa ise quru Avropasında böyük bir güç halina gəlməyə başladı. 1598 ılında II. Filipp üzüntü ve keder içinde bir manastırda öldü. Ölümünden sonra döyüşlər 42 ıl daha davam etsə də 1630 ılında İspanyanın mağlubiyeti ilə və süper güç olma özeliğini itirməsi ilə nəticələndi.
Ailəsi
II Filippin ilk evliliyi bibisi olan Portuqaliya kraliçası Ketrinin qızı Mariya Manuela ilə baş tutdu. Cütlüyün toy mərasimi 12 noyabr 1543-cü ildə Salamankada baş tutdu. Bu nikahdan onun yalnız bir oğlu dünyaya gəldi ancaq doğuşdan 4 gün sonra xanımı qanaxma səbəbilə vəfat etdi.
- Karlos (d. 8 iyul 1545 – 24 iyul 1568) – heç vaxt evlənmədi və övladı olmadı.
II Filippin növbəti evliliyi isə uzaq qohumu olan İngiltərə kraliçası Mariya Tüdorla baş tutdu. Belə ki, kraliçanın anası Araqonlu Ketrin II Filipin nənəsi ilə bacı idi və vaxtilə İngiltərəyə gəlin olaraq göndərilmişdi. Tamamilə siyasi məqsədlərlə baş tutan bu evlilik 25 iyul 1554-cü ildə Vinçester Kafedralında baş tutan mərasimlə rəsmiləşdi. Bu evlilik vasitəsiylə, II Filipp İngiltərə və İrlandiyanın de-yure kralı oldu. Buna baxmayaraq cütlük ayrı-ayrı ölkələri idarə etdiyi üçün çox az görüşə bilirdilər. Kraliça Mariya Tüdor bir neçə dəfə hamilə qalsa da, bu uşaqlar ya ölü doğuldu, ya da doğuşdan qısa zaman sonra vəfat etdi. Çox keçmədən kraliça Mariya 1558-ci ildə vəfat etdi və beləcə II Filippin İngiltərə hökmranlığı başa çatdı.
II Filippin üçüncü evliliyi Fransa kralı II Henri və Ketrin Medicinin böyük qızı olan Valualı Elizabetlə baş tutdu. Cütlüyün ilk nikah mərasimi Elizabet Fransadan ayrılmadan öncə Nortdam kilsəsində baş tutdu. Bu mərasimdə kralın vəkili olaraq Albani hersoqu iştirak etdi. Əsas toy mərasimi isə Elizabet İspaniyaya gəldikdən dərhal sonra Kastiliyada baş tutdu. Cütlüyün bu nikahdan bir oğlu və 5 qızı dünyaya gəlsə də, bunlardan yalnız 2 qız yütkinlik yaşına çata bildi. Valualı Elizabet isə son övladının dünyaya gəlişindən bir neçə saat sonra vəfat etdi. Övladları:
- Ölü doğulan bir oğlan uşağı (1560)
- Ölü doğulan əkiz qız uşaqları (avqust 1564)
- İzabella Klara Yevgeniya (d. 12 avqust 1566 – ö. 1 dekabr 1633)
- Ketrin Mişel (d. 10 oktyabr 1567 – ö. 6 noyabr 1597)
- Ölü doğulan bir qız uşağı (3 oktyabr 1568)
II Filippin dördüncü və son xanımı öz bacısı qızı Avstriyalı Anna oldu. 10 il davam edən bu nikahdan cütlüyün 4 oğlu və 1 qızı dünyaya gəlsə də, bunlardan yalnız bir oğlu – kralın varisi Filipp yetkinlik yaşına çata bildi. Övladları:
- Ferdinand (d. 4 dekabr 1571 – ö. 18 oktyabr 1578) – Kralın uzun zamandır ki, gözlədiyi oğul övladı olduğu üçün uzun müddət şənliklər keçirildi və məhkumlar azadlığa buraxıldı. Böyük qardaşı Karlosun vəfatından sonra boşalan Asturiya şahzadəsi ünvanı 31 may 1573 tarixində keçirilən rəsmi mərasimlə ona verildi. Ancaq hələ 6 yaşında ikən dizenteriyadan vəfat etdi.
- Karlos (d. 12 avqust 1573 – ö. 30 iyun 1575)
- Dieqo (d. 15 avqust 1575 – ö. 21 noyabr 1582) – Böyük qardaşı Karlosun vəfatından bir müddət sonra anasının çəkdiyi acılarla erkən doğuldu. 1 mart 1580-ci ildə keçirilən mərasimlə Asturiya şahzadəsi ünvanı verildi. Bundan başqa həmin il atası Portuqaliya taxtına oturmuş, bu səbəblə kiçik oğlunu da Portuqaliya taxtının varisi elan etmişdi. Ancaq yeni taxtına keçidkləri ölkədəki səyahətləri zamanı anası yoluxucu xəstəliyə tutularaq vəfat etmiş, o və kiçik qardaşı ögey bacıları İzabella və Ketrinin himayəsində Madridə qayıtdı. Öldüyü ilin əvvəlində atasının əmriylə onun şərəfinə Hindistandan fil gətirilmişdi. Portuqal dilini şəxsən atasından öyrənmişdi. Atası onu Araqonlu Mariyanın nəvəsi Ketrin Braqanzanın qızlarından biriylə nişanlamağı planlaşdırırdı. Ancaq həmin il anidən çiçək xəstəliyinə tutuldu və vəfat etdi.
- Filipp (d. 14 aprel 1578 – ö. 31 mart 1621)
- Mariya (d. 14 fevral 1580 – ö. 5 avqust 1583)
Şəcərəsi
II Filipp (İspaniya kralı)
|
|
İstinadlar
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|
Həmçinin bax