III Əlaəddin Keyqubad

III Əlaəddin Keyqubad
türk. III. Alâeddin Keykubad
Şəxsi məlumatlar
Doğum tarixi 1283
Vəfat tarixi 1303
Fəaliyyəti monarx
Ailəsi Səlcuqlular

III Əlaəddin Keyqubad (fars. علاء الدین کیقباد بن فرامرز ʿƏlaəddin Keyqubad bin Feramurz; 12831303) - Anadolu Səlcuqlu Sultanı və II. İzzəddin Keykavusun nəvəsidir.

Anadoluda hökmranlıq edən Monqol dövləti Elxanilərin hökmdarı Qazan xan Türkiyə Səlcuqlu Sultanı II Qiyasəddin Məsudu onun əmrlərinə tabe olmadığı üçün taxtdan endirdi. Onu III Əlaəddin Keyqubad əvəz etdi.

III Əlaəddin Keykubad dövründə Anadoluda bir qədər qarışıqlıq yarananda monqollar onu taxtdan endirib yerinə II Qiyasəddin Məsudu təyin etdilər. III Əlaəddin Keyqubad taxtdan salındıqdan sonra Təbrizə göndərilir, mühakimə olunur və edama məhkum edilir. Lakin arvadı monqol sülaləsindən olduğu üçün onun canı bağışlanır. Qazan xan ona İsfahanda qalmağı əmr etdi və bütün xərclərini öhdəsinə götürdü.

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!