III Con (port. João III de Portugal) və ya Dindar Con (port. João o Piedoso) (d. 7 iyun 1502 — ö. 11 iyun 1557) — Portuqaliya kralı. Atası Aviz sülaləsinə mənsub I Manuel, anası isə Kastiliyalı İzabella və Araqonlu Ferdinandın qızı Mariya idi. Atasının vəfatının ardından 1521-ci ildə hələ 19 yaşında ikən taxta çıxdı.
Onun səltənət illərində Portuqaliya krallığı Asiyada və Yeni dünyada olan ərazilərini genişləndirdi. Hindistandan gələn ədviyyat yolu portuqalların nəzarəti altına düşdü. Üstəlik, ilk dəfə onun səltənətində Çindəki Min sülaləsi və Yaponiya krallıqları ilə diplomatik əlaqələr quruldu. Digər tərəfdən Hindistan və Braziliyaya olan maraq səbəbilə şimali Afrikadakı müsəlman torpaqlarından geri çəkildi.
Mənbə
- Liss, Peggy K. (10 November 2015). Isabel the Queen: Life and Times. University of Pennsylvania Press. p. 11. ISBN 9780812293203
- The New Cambridge Modern History, Geoffrey Rudolph Elton, Volume 2 of Reformation, 1520–1559, p. 632, Cambridge University Press, 1990, ISBN 0-521-34536-7
- John C. Olin, Desiderius Erasmus, "Six essays on Erasmus and a translation of Erasmus' letter to Carondelet, 1523", p. 47 Fordham Univ Press, 1979 ISBN 0-8232-1024-3
- Goodwin, Stefan (1955). Africa in Europe: Antiquity into the Age of Global Exploration. Lexington Books. p. 167. ISBN 9780739129944
- Coutinho, Eduardo F. (22 February 2018). Brazilian Literature as World Literature. Bloomsbury Publishing USA. ISBN 978-1-5013-2327-0
İstinadlar
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|