Texniki-təbliğat filmi neft sənayesində zədələnmə halları haqqındadır. Müəlliflərin bu filmi çəkməkdə məqsədi təhlükəsizlik texnikası qaydaları barədə fəhlələrdə əyani təsəvvür yaratmaqdan ibarət olmuşdur.
Maraqlı baxılmaq üçün aktyor oyunlarından da istifadə edilmişdir.
Film tərbiyəvi-profilaktik xarakter daşıyır.
Kinooçerk Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. Protokol № 2189 və № 1757