Həqiqət sorağında — tammetrajlı sənədli filmi rejissor Mübariz Nağıyev tərəfindən 2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, Əməkdan incəsənət xadimi Rauf Əliyevin xatirəsinə həsr olunmuşdur.
Film görkəmli Azərbaycan bəstəkarı Rauf Əliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. Bəstəkarın vokal və simfonik musiqi əsərləri, mahnıları, kino musiqiləri haqda onun yaxınları və dostları maraqlı faktlarla bölüşürlər.
Filmdə bəstəkarın əsərləri eşidilir, onun işlədiyi filmlərdən epizodlar da əks etdirilir.