Gürcüstan–Portuqaliya münasibətləri — Gürcüstan Respublikası və Portuqaliya arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur.
Gürcüstan 1991-ci ildə müstəqillik qazandıqdan sonra Portuqaliya yeni dövlətin müstəqilliyini tanıyır. 23 may 1992-ci ildə iki ölkə arasında birbaşa diplomatik əlaqələr qurulur. Portuqaliyanın Gürcüstandakı ilk səfiri 1996-cı ildə akkreditə olunmuş Juan Paşenku Luis Qomes olur[1].
Portuqaliya hələ Tiflisdə daimi bir səfirlik açmayıb və Türkiyənin paytaxtı Ankaradakı səfirliyi vasitəsilə ikiqat akkreditasiyaya malikdir. Lakin Portuqaliyanın fəxri konsulluğu Tiflisdə yerləşir[2].
Gürcüstanın Portuqaliyadakı səfirliyi Lissabonda, Rua Fernão Soares No. 6-A ünvanındfadır. Bu ünvanda Gürcüstanın Portuqal Dilli Ölkələr Birliyi ilə əlaqələr bürosu da var[3]. 2014-cü ildə Gürcüstan Portuqal Dilli Ölkələr Bürosunun müşahidəçisi olur[4].
2015-ci ildə Portuqaliya Gürcüstana 25.85 milyon avro (2014: 27.07 milyon; 2013: 19.22 milyon; 2012: 5.74 milyon; 2011: 4.30 milyon) məbləğində mal ixrac etmişdir. Bunun 69,1% -i filiz və minerallar, 12,5% -i ağac və mantar, 6,2% -i kağız və sellüloza, 3,0% -i isə kimyəvi və əczaçılıq məhsulları təşkil etmişdir.
Eyni dövrdə Gürcüstan Portuqaliyaya 0,13 milyon avro dəyərində mal satmışdır (2014: 1,49 milyon; 2013: 2,27 milyon; 2012: 4,56 milyon; 2011: 1,68 milyon). Bunun 81,7% -i geyim, 10,7% -i ərzaq, 3,8% -i ayaqqabı, 3,5% -i dəri və xəzdir.
2015-ci ildə Gürcüstan Portuqaliyanın xarici ticarətinin 72-ci alıcısı, Portuqaliyanın 158-ci xarici ticarəti tədarükçüsü olur. 2015-ci ildə Gürcüstanın xarici ticarətində Portuqaliya alıcılar arasında 83-cü, tədarükçülər arasında 31-ci yeri tutur[5].
2013-cü ildə Tbilisidə Kamoensa İnstitutunun dil mərkəzi açılır[6].
Gürcüstanın coğrafi cəhətdən Asiyanın bir hissəsi olmasına baxmayaraq hər iki ölkənin futbol assosiasiyaları UEFA-ya məxsusdur.
1990-cı ildə qurulan Gürcüstan milli futbol komandası Portuqaliya milli futbol komandasına qarşı oyna 31 May 2008-ci ildə OYNAMIŞDIR. Portuqaliyanın Vizeu şəhərində oynanılan oyun gürcüstanın 0-2 məğlubiyyəti ilə bitmişdir.
Portuqaliya və Gürcüstan qadın milli komandaları hələ bir araya gəlməmişlər.