Google Earth — bütün dünyanın peyklərindən çəkilmiş müxtəlif dəqiqlikdəki görüntülərin görüldüyü, Google Labs tərəfindən alınan Keyhole adlı şirkətin təkmilləşdirdiyi bir kompüter proqramıdır. Sıx məskunlaşılan bəzi regionların detallı görüntüləri, internetdəki səhifəsindən endirilən proqramı kompütere yükləyərək araşdırıla bilər. 2005-ci il iyununda sadəcə ABŞ-nin bütövlükdə yüksək detallı görüntüləri mövcudikən, 2006-cı il iyundan etibarən dünyadakı şəhərlərin böyük bir qisminin detallı görüntüləri mövcuddur. Proqramda, koordinatları verilən nöqtəyə çatmaq mümkündür.
Proqram ilk eşidildiyində, Rus Gizli Servisi, bu xidmətin, terorist hücum planlayanlara köməklik göstərəcəyini söyləyərək xidmətin dayandırılmasını tələb etmişdi. Ancaq bənzər peyk görüntülərinin kiçik bir ödəniş qarşılığında internette satıldığı göz önünə alınaraq əlaqədar məhkəmədə iddia ləğv olunmuşdur. Ayrıca Google təhlükəsizlik üçün hal-hazırkı görüntülərin yerinə sadəcə bu gündən bir neçə il əvvələ aid görüntüləri paylaşıma təqdim etmişdir.
Google Sky
"Google Earth"ın kosmosu izləməyə imkan vərən yeni xidmətidir. İstifadəçi kosmosu müşahidə edir, ulduzları, dumanlıqları, qalaksiyaları izləyə bilir, planetlərin istiqamətlərini izləyə bilir. Həmçinin ulduzlar və planetlərin zaman içində keçdikləri mərhələlər izlənə bilməkdədir.
Xüsusiyyətlər
Google Earth-ın bir çox xüsusiyyətləri var. Bunlardan əsasları aşağıdakılardır:
- Ulduzları, Marsı və Ayı izləyə bilmək
- Tarixi görüntülərlə dəyişiklikləri görə bilmək
- Okean dibini izləyə bilmək
- Turu qeyd etmək
- Dağları və təpələri üç ölçülü görə bilmək
- Müəyyən yerlərə axtarış panelinə yazaraq tez gedə bilmək
- Yerli müəssisələri tapa bilmək
- 3 ölçülü binalar
- Xəritə yarusu
- Yer işarəsi tətbiq etmək
- Uçuş simulatoru
İstinadlar
Xarici keçidlər