Gövhər Beydullayeva

Gövhər Beydullayeva
Beydullayeva 2023-cü ildə
Beydullayeva 2023-cü ildə
Ölkə Azərbaycan Azərbaycan
Doğum tarixi 23 aprel 2003(2003-04-23) (21 yaş)
Doğum yeri
Titulu Qadınlar arasında beynəlxalq qrosmeyster (2022)
Son reytinqi
  • 2.417 (iyun 2024)[1]
Maksimal reytinqi 2.417 (iyun 2024)
FİDE nömrəsi 13413015
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gövhər Kamran qızı Beydullayeva (23 aprel 2003, Əl-Zülfi[d], Ər-Riyad regionu[d]) — azərbaycanlı şahmatçı, ikiqat dünya (20 və 18 yaş qrupunda) və Avropa çempionu (14 yaş qrupunda), qadınlar arasında qrosmeyster (2022).[2]

Erkən illəri

Gövhər Beydullayeva 23 aprel 2003-cü ildə Səudiyyə Ərəbistanının Əl-Zülfi şəhərində, həkim-transplantoloq Kamran Beydullayevin ailəsində dünyaya göz açıb. Ailə əslən Azərbaycanın Ağsu şəhərindəndir. 5 yaşınadək Səudiyyə Ərəbistanında yaşayan Gövhər, şahmatın ilk sirlərinə elə bu ölkədə olduğu müddətdə, atasının sayəsində yiyələnib. Bakıya qayıtdıqdan qısa müddət sonra isə kiçik bacısı ilə birgə Həmkarlar İttifaqı Respublika Şahmat və Dama klubuna yazılaraq, əməkdar məşqçi Xanlar Allahverdiyevin qrupunda peşəkar dərslər almağa başlayıb.[3]

Karyerası

Dünya və Avropa çempionatları

Gövhər Beydullayeva — 2017-ci il U-14 Avropa çempionatının qalibi.

Gövhər Beydullayeva müxtəlif yaş kateqoriyalarında Azərbaycanı şahmat üzrə Dünya və Avropa çempionatlarında təmsil etmişdir.

2013-cü ildə 10 yaşadək qızlar arasında sürətli şahmat üzrə Avropa çempionu olub.[4] Həmin ildə blitz üzrə keçirilən Avropa çempionatının gümüş medalını qazanıb.[5]

2014-cü ildə Gürcüstanın Batumi şəhərində keçirilən 12 yaşadək qızlar arasında Avropa çempionatında gümüş medal qazanıb[6].

2015-ci ildə 12 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında ikinci dəfə gümüş medal qazanıb.[7]

2017-ci ildə Rumuniyanın Mamaia şəhərində 14 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında bütün rəqiblərini üstələyərək müvafiq yaş qrupunda Avropa çempionu olub.[8]

2021-ci ildə 18 yaşadək qızlar arasında keçirilən Dünya şahmat Kubokunun qalibi olub.[9] Gövhər Beydullayeva bu nəticə ilə yaşıdları arasında Fide Dünya çempionatının onlayn Super Finalına vəsiqə qazanıb. Həmin ilin dekabr ayında keçirilən Super Finalda 10 oyundan 8 xal toplayaraq 1-ci yerə layiq görülüb.[10]

2022-ci ildə Sloveniyanın Çatej şəhərində keçirilən Avropa çempionatında 11 oyundan 7 xal toplayaraq qadınlar arasında ən yüksək nəticə göstərmiş, həmçinin qadınlar arasında qrosmeyster adını qazanmışdır.[11]

2022-ci ilin oktyabr ayında İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşadək qızlar arasında dünya çempionatında birinci olub və bununla da bu yaş kateqoriyasında qalib olan ilk azərbaycanlı şahmatçı kimi tarixə düşüb.[12]

2023-cü ilin oktyabr ayında İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşa qədər gənclərin rapid dünya çempionatında 11 oyundan 9 xal yığaraq çempionatı birinci pillədə başa vurub.[13]

Komanda

2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət üçüncü komandasının heyətində mübarizə aparmışdır.[14][15]

2019-cu ilin noyabr ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.[16][17]

Gövhər Beydullayeva 2021-ci ildən etibarən Azərbaycanın qadınlardan ibarət milli yığma komandasının üzvüdür.

2021-ci ilin noyabr ayında Azərbaycanın qadınlardan ibarət şahmat üzrə milli yığmasının heyətində Sloveniyanın Çatej şəhərində keçirilmiş Komanda Avropa çempionatında bürünc medalın sahibi olub.[18]

2023-cü ildə isə Qadınlar ibarət milli komandanın tərkibində Montoneqronun Budva şəhərində keçirilən Komanda Avropa çempionatının gümüş mükafatçısı olmuşdur.

Azərbaycan çempionatları

2012, 2013, 2015, 2016-cı illərdə yaşıdları arasında Azərbaycan çempionatının qalibi olub.

2019-cu ildə qadınlar arasında Azərbaycan çempionatının bürünc,[19] 2020 və 2021-ci illərdə gümüş[20][21], 2022 və 2023-cü illərdə isə qadınlar arasında Azərbaycan çempionatında qızıl medalın sahibi olub.[22]

Digər uğurları

Avropa və Dünya çempionluqlarından başqa Gövhər Beydullayeva müxtəlif beynəlxalq və milli turnirlərdə yüksək nəticələr göstərib.

2011, 2012, 2013-cü illərdə Baku open festivalının C qrupunda iştirak edərək 8 və 10 yaşadək qızlar arasında qızıl medalın sahibi olub. 2014-cü ildə "Baku open 2014" festivalının B qrupunda uğurla çıxış edərək 5-ci yerə layiq görülüb və elo əmsalını 180 vahid artırıb.[23]

2017-ci ildə Rusiyanın Moskva şəhərində keçirilən Dünya çempionu Mixail Botvinnikin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 10 oyundan 10 xal yığaraq turnirin qalibi olub.[24][25] Eyni ildə "Baku open" beynəlxalq festivalında Qadınlar arasında 1-ci yerə layiq görülüb.[26]

2021-ci ildə "Serbia Open" beynəlxalq yarışının "Masters" qrupunda qadınlar arasında yüksək nəticə göstərərək 2-ci yerə layiq görülüb.[27]

İstinadlar

  1. FİDE FIDE Standard Ratings as of 30 jun 2024. 2024.
  2. Beydullayeva, Govhar Arxivləşdirilib 2022-06-09 at the Wayback Machine. ratings.fide.com
  3. "Qadın şahmatının Gövhərli sabahı – Portret // Kaspi.az". 2020-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.
  4. "13th European Youth Rapid Chess Championship 2013 - Girls U10". chess-results.com. 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-23.
  5. "13th European Youth Blitz Chess Championship 2013 - Girls U10". chess-results.com. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
  6. "Chess-Results Server Chess-results.com - 24th EUROPEAN YOUTH CHESS CHAMPIONSHIP 2014". chess-results.com. 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  7. "Chess-Results Server Chess-results.com - 25th European Youth Chess Championship 2015 U12 - Girls". chess-results.com. 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  8. "Chess-Results Server Chess-results.com - European Youth Chess Championship 2017". chess-results.com. 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  9. "G18 FIDE Online Rapid World Cup 2021". chess-results.com. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
  10. "Fide Youth Rapid Super Final G18". 2022-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-19.
  11. "European İndividual Chess Championship". 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-05.
  12. "Dünya çempionluğunu şəhidlərimizə və əsgərlərimizə həsr edirəm". Qol.az. 2022-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-26. (#apostrophe_markup)
  13. "Şahmatçımız Gövhər Beydullayeva dünya çempionu oldu". metbuat.az. İstifadə tarixi: 2023-10-12.
  14. "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11. (#apostrophe_markup)
  15. "Chess-Results Server Chess-results.com - 42nd Olympiad Baku 2016 Women". chess-results.com. 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  16. "Azərbaycan Dünya Şahmat Olimpiadasının qalibi oldu". Trend.az. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  17. "World Youth Chess Olympiad 2019". chess-results.com. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-09.
  18. "14th European team chess championship 2021 - Women". chess-results.com. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-30.
  19. "Azerbaijan women's chess championship 2019". chess-results.com. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
  20. "Azerbaijan women's chess championship 2020". chess-results.com. 2020-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
  21. "Azerbaijan women's chess championship 2021". chess-results.com. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
  22. "Azerbaijan Chess Championship women 2022". asf.org.az. 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-23.
  23. "Baku open 2014". chess-results.com. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
  24. "ACF Botvinnik cup 2017". chess-results.com. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
  25. "Young Azerbaijani player wins Mikhail Botvinnik cup". azernews.az. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
  26. "Baku Open 2017, group Open, 12-22 November 2017, Baku". chess-results.com. 25 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2021.
  27. "Serbia Open Masters". chess-results.com. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.

Xarici keçidlər

Read other articles:

الحسن بن علي بن أبي طالب تخطيط لاسم الحسن ملحق بالترضي عنه سبط رسول الله وحفيده وريحانته، سيد شباب أهل الجنة الكنية أبو محمّد الولادة 15 رمضان 3 هـ، الموافق 4 مارس 625مالمدينة المنورة الوفاة 49 هـ، أو 50 هـ، أو 51 هـالبقيع مبجل(ة) في الإسلام النسب أبوه: علي بن أبي طالب أمه: فاطمة الزه

 

الشرق الأوسط للكهرباء «ميداليك»الشعارمعلومات عامةالجنسية  مصرالتأسيس 1998 (منذ 25 سنة)النوع شركة مساهمة حكوميةالمقر الرئيسي القاهرة الجديدة،  مصرموقع الويب midelec-eg.comالمنظومة الاقتصاديةالنشاط إنشاء وتشغيل محطات الكهرباءمناطق الخدمة مصرأهم الشخصياتالرئيس حازم لطفي[...

 

Adrian Dantley Medallista olímpico Adrian Dantley en 2017.Datos personalesNombre completo Adrian Delano DantleyApodo(s) A.D., Teach, The TeacherNacimiento Washington D. C.  Estados Unidos28 de febrero de 1956 (67 años)Nacionalidad(es) EstadounidenseAltura 1,96 m (6′ 5″)Peso 94 kg (207 lb)Carrera deportivaDeporte BaloncestoEquipo universitario Notre Dame (1973-1976)Club profesionalDraft de la NBA 1.ª ronda (puesto 6) 1976 por Buffalo BravesLiga NBAPosición Esco...

Der Titel dieses Artikels ist mehrdeutig. Weitere Bedeutungen sind unter Revolver (Begriffsklärung) aufgeführt. Colt Model 1873 Single Action, Werksgravur 1893 von Cuno Helfricht Der Revolver (umgangssprachlich auch Colt) gehört zur Kategorie der mehrschüssigen Handfeuerwaffen und wird durch das deutsche Waffengesetz (WaffG) bzw. österreichische Waffenrecht (WaffG) als Kurzwaffe definiert. Im Unterschied zu Selbstladepistolen sind bei Revolvern die Patronen nicht im Magazin, sondern in d...

 

دوري أندورا الممتاز 2012–13 تفاصيل الموسم دوري أندورا الممتاز  النسخة 18  البلد أندورا  التاريخ بداية:23 سبتمبر 2012  نهاية:21 أبريل 2013  المنظم اتحاد أندورا لكرة القدم  البطل نادي لوسيتانوس  مباريات ملعوبة 56   عدد المشاركين 8   دوري أندورا الممتاز 2011–12   ...

 

Sanma Erasia Alauda arvensis With caterpillar caught in beakSong recorded in WalesRekaman Status konservasiRisiko rendahIUCN102998555 TaksonomiKerajaanAnimaliaFilumChordataKelasAvesOrdoPasseriformesFamiliAlaudidaeGenusAlaudaSpesiesAlauda arvensis Linnaeus, 1758 SubspeciesSee textDistribusiRange of A. arvensis     Breeding      Resident      Passage      Non-breeding     ...

Parliamentary constituency in the United Kingdom, 1801–1918 For the constituency in its current form, see Midlothian (UK Parliament constituency). EdinburghshireFormer County constituencyfor the House of Commons1708–1918SeatsOneCreated fromEdinburghshireReplaced byMidlothian & Peebles NorthernPeebles & Southern Midlothian Edinburghshire (also known as Midlothian) was a Scottish county constituency of the House of Commons of the Parliament of Great Britain (at Westminster) from 170...

 

Спортивна гімнастика на літніх Олімпійських іграх 2004 — Опорний стрибок (жінки)на XXVIII Олімпійських іграх Місце проведенняОлімпійський критий зал (Афіни)Дати22 серпня 2004Учасників8 з 7 країнПризери  Моніка Рошу  Румунія Аня Хетч  США Анна Павло...

 

De keten van de Welfenorde. De Koninklijke Orde van de Welfen (Engels: Royal Guelphic Order en Duits: Guelphenorden) is een door de Britse Prins-regent en latere koning George IV op 12 augustus 1815 ingestelde Ridderorde. De Welfen zijn het oeradellijke Duitse geslacht waarvan de Britse koning via zijn Hannoveraanse voorouders afstamde. De Orde wordt door de ene schrijver tot de orden van het Koninkrijk Hannover gerekend en door de ander tot de orden van het Verenigd Koninkrijk. Deze verwarri...

Den här artikeln har skapats av Lsjbot, ett program (en robot) för automatisk redigering. (2016-11)Artikeln kan innehålla fakta- eller språkfel, eller ett märkligt urval av fakta, källor eller bilder. Mallen kan avlägsnas efter en kontroll av innehållet (vidare information) För andra betydelser, se San Francisco (olika betydelser). San Francisco Ort Land  Mexiko Delstat Chiapas Kommun Ocosingo Höjdläge 1 096 m ö.h. Koordinater 16°40′43″N 91°30′15″V&#x...

 

Jack Grealish Jack Grealish bermain untuk Manchester City (2023)Informasi pribadiNama lengkap Jack Peter Grealish[1]Tanggal lahir 10 September 1995 (umur 28)[2]Tempat lahir Birmingham, InggrisTinggi 175 cm (5 ft 9 in)[3]Posisi bermain Sayap, gelandang serangInformasi klubKlub saat ini Manchester CityNomor 10Karier junior2001 Highgate United2001–2012 Aston VillaKarier senior*Tahun Tim Tampil (Gol)2012–2021 Aston Villa 185 (29)2013–2014 → Nott...

 

Sufi saint and poet This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article may be in need of reorganization to comply with Wikipedia's layout guidelines. Please help by editing the article to make improvements to the overall structure. (September 2020) (Learn how and when to remove this template message) The topic of this article may not meet Wikipedia's notability guideline for bio...

The Land of Painted Caves First edition (US)AuthorJean M. AuelCountryUnited StatesLanguageEnglishSeriesEarth's ChildrenGenreHistorical novelSpeculative fictionAlternate historyPublishedMarch 29, 2011PublisherCrown (US)Hodder & Stoughton (UK)Media typePrint (Hardback)Pages768 ppISBN0-517-58051-9 (hardback)Preceded byThe Shelters of Stone Followed byn/a  The Land of Painted Caves is a historical fiction novel[1][2] by Jean M. Auel published in March ...

 

US military installation in California Marine Corps Air Station Camp PendletonMunn FieldPart of Marine Corps Base Camp PendletonNear Oceanside, California in United StatesA U.S. Marine Corps AH-1Z Viper light attack helicopter taking off from MCAS Camp Pendleton in 2016MCAS Camp PendletonLocation in the United StatesCoordinates33°18′04″N 117°21′19″W / 33.30111°N 117.35528°W / 33.30111; -117.35528TypeMarine Corps air stationSite informationOwnerDepartme...

 

Peta yang menunjukkan lokasi Pančevo di Serbia. Pančevo (bahasa Serbia: Панчево, bahasa Hungaria: Pancsova, bahasa Turki: Pançova, bahasa Jerman: Pantschowa/Banstadt, bahasa Rumania: Panciova, bahasa Slowakia: Pánčevo) ialah kota dan kotamadya di Serbia timur laut, sekitar 15 kilometer dari Beograd. Wilayah kotamadya berpenduduk 127.162 jiwa (2002) dan wilayah kotanya berpenduduk 77.087 jiwa (2002). Wilayah kotamadya mencakup daerah seluas 759 km² Kota ini merupakan pusat ad...

Boma dan Kesna di Museum Puri Lukisan. Pita Maha (aksara Bali ᬧᬶᬢᬫᬳ) adalah perkumpulan pelukis Bali yang didirikan pada 29 Januari 1936 oleh Tjokorda Gde Agung Sukawati, I Gusti Nyoman Lempad, Walter Spies, dan Rudolf Bonet. Perkumpulan ini menimbulkan gaya dan gerakan seni lukis Bali yang berbeda. Gerakan ini bermula di desa Ubud, dan kemudian menyebar ke daerah lainnya di Bali. Seni lukis ini berakar dari seni lukis klasik tradisional Bali, tetapi kemudian mendapatkan sentuhan se...

 

坐标:31°42′44″N 120°19′07″E / 31.71222°N 120.31861°E / 31.71222; 120.31861 徐霞客故居及晴山堂石刻全国重点文物保护单位中华人民共和国国务院公布所在江苏省江阴市分类古建筑时代明编号第五批第283项登录2001年6月25日 徐霞客故居位于中国江苏省江阴市徐霞客镇(原马镇),是明末大旅行家徐霞客的故居,2001年被列为第五批全国重点文物保护单位。 徐霞客故...

 

Elder Futhark and Anglo-Saxon rune This article is about the rune. For the planet in the science fiction television show Stargate SG-1, see Othala (Stargate). Not to be confused with the character in Old Turkic script, 𐰋. NameProto-GermanicOld English*Ōþala-Ēðelheritage, estateShapeElder FutharkFuthorcUnicodeᛟ U+16DFTransliterationoœTranscriptiono, ōœ, oe, ōeIPA[o(ː)][eː], [ø(ː)]Position inrune-row23 or 24 This article contains runic characters. Without proper rendering ...

Paghimo ni bot Lsjbot. Alang sa ubang mga dapit sa mao gihapon nga ngalan, tan-awa ang Mount Marchant. 43°50′18″S 169°50′24″E / 43.83833°S 169.84009°E / -43.83833; 169.84009 Mount Marchant Bungtod Nasod  Nuzeland Rehiyon West Coast Distrito Westland District Gitas-on 1,696 m (5,564 ft) Tiganos 43°50′18″S 169°50′24″E / 43.83833°S 169.84009°E / -43.83833; 169.84009 Timezone TOT (UTC+13)  - summer (DST) [[...

 

Václav Klaus2nd President of the Czech RepublicIn office7 March 2003 – 7 March 2013Prime MinisterPetr NečasJan FischerMirek TopolánekJiří ParoubekStanislav GrossVladimír ŠpidlaPreceded byVáclav HavelSucceeded byMiloš Zeman Personal detailsBorn(1941-06-19)19 June 1941Prague, Protectorate of Bohemia and Moravia (now Czech Republic)Political party1989–1991 Civic Forum1991–2009 ODS 2009–now indepedentSpouse(s)Livia KlausováAlma materVysoká škola ekonomická v PrazeSig...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!