ABŞsuperqəhrəman teleserialı olan "Fleş"in ikinci mövsümünün premyerası 6 oktyabr2015-ci ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 24 may2016-ci ildə yayımlanmışdır.
Birinci mövsümdə Sentral-sitinin xilas edilməsindən sonra Barri, paralal kainatdan gələn Zum adlı yeni təhlükə ilə üzləşir. Zum, sürət gücü ilə əlaqəsi olan hər kəsi məhv etməyə çalışır. "Fleş" serialı Ox Kainatına daxil olduğuna görə, onun hadisələri bu kainata daxil olan digər serialların hadisələri ilə birbaşa əlaqəlidir. İkinci mövsümün istehsalı ilə "Berlanti Productions", Warner Bros. Television və DC Entertainment məşğul olmuş, Endryu Kraysberq, Qabriel Stenton, Aaron və Todd Helbinqlər isə şouranner kimi layihədə iştirak etmişlər.
İkinci mövsüm 2015-ci ilin yanvarında sifariş edilmiş və həmin ilin iyulundan növbəti ilin aprelinə kimi Vankuverdə çəkilmişdir. Əsas rolu canlandıran Qrant Qastinlə yanaşı, Kendis Petton, Daniella Panabaker, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin öz rollarına qayıtmışlar. Həmçinin ikinci mövsümdə serialın aktyor heyətinə Keynan Lonsdeyl qoşulmuşdur. Bu mövsümdə həm də spin-off kimi inkişaf etdirilən "Sabahın əfsanələri" serialının bir neçə personajı təqdim edilmişdir.
İkinci mövsümün premyerasını 3,58 milyon nəfər izləmişdir ki, bu da birinci mövsümün anoloji nəticəsindən daha aşağı göstəricidir. "Fleş"in ikinci mövsümü ümumilikdə tənqidçilər tərəfindən müsbət qarşılanaraq, ortalama 4,25 milyon izləyici göstəricisi ilə ümumi serialların reytinqində 112-ci yeri tutmuşdur. 11 mart 2016-cı ildə serialın üçüncü mövsümünün istehsal ediləcəyi elan olunmuşdur.[1]
Xəbərdarlıq:Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.
Birinci mövsümün sonunda Fleş və Alov qasırğası birlikdə Sentral-sitini xilas edə bilsələr də, nəticədə Ronni həlak olur. Həmin hadisədən yarım il keçir və Fleşi hamı qəhrəman kimi qəbul edir. Şəhər rəhbərliyi minnətdarlığını bildirmək üçün Fleşi mükafatlandırmağı qərara lır. Mükafatlandırma mərasimi zamanı Atom dağıdıcısı Fleşə hücum edir. Keytlinin tapdığı video yazısında Həkim Uells Nora Allenin qətlində günahkar olduğunu etiraf edir və Barrinin atasını həbsdən azad edirlər. Fleşin komandası Atom dağıdıcısını həbs etməyə kömək edir və o, Zum tərəfindən göndərildiyini boynuna alır. Gözlənilmədən S.T.A.R Labsa gələn Cey Qarrik, Fleşin dünyasının təhlükə altında olduğunu bildirir.
Cey Qarrik bildirir ki, başqa dünyadan gəlib və gəldiyi dünyada o Fleşdir. Barrinin dünyasına gəlməmişdən əvvəl o, Zum adlı qəddar spidsterlə döyüşüb və məğlub olub. Bundan sonra göydə portal açılıb və qəfildən Ceyi sorub, bu zaman o, öz sürətindən də məhrum olub. Bu arada Zum öz dünyasından Barrinin dünyasına bir-bir canilər göndərir və Barrinin öldürüləcəyi halda onları geri qaytarmağa söz verir. Keytlin Ceyi tibbi baxışdan keçirdiyi müddətdə, Həkim Şteyn və Sisko başqa dünyalar haqqında nəzəriyyə hazırlayırlar (bu zaman onlar, Barrinin dünyasını Dünya-1, Ceyin dünyasını isə Dünya-2 adlandırırlar).
Fleş komandası S.T.A.R Labsın zirzəmisində Dünya-2-yə açılan portal olmasını aşkarlayırlar. Barri portala qaçmağa çalışsa da, portal onu buraxmır. Professor Şteyn və Cey Qarrik portaı stabilləşdirməyə çalışırlar. Cey və Şteyn portalı stabilləşdirməyə nail olur. Cey evə qayıtmaq istəsə də, Barri Zumun məğlub edilməsinə kimi onun Dünya-1-də qalmasının düzgün olacağını bildirir. Bir neçə saat sonra portal vasitəsiylə Dünya-2-dən Dünya-1-ə Harrison Uells keçir. Sisko Uellsin qızının Zumun əsiri olmasını öyrənir. Bir qədər sonra peyda olan Zum Lindanı qaçırır. Fleş Lindanı xilas etsə də, nə o, nə də Harrison Zuma qalib gələ bilmir. O, Barrini möhkəm döyərək, onun zəifliyini bütün şəhərə göstərir. Zum S.T.A.R. Labsa gəldikdə Sisko ona yavaşlatma iynəsi vura bilir, lakin Zum qaçıb gedir. Özünə gələn Barri, ayaqlarını hiss etmədiyini deyir. Aldığı zədələrdən sonra Barri tərpənməyə başlasa da, hələ ki, əlil arabası vasitəsiylə yeriyir. Harrison Uells öz dünyasına qayıtmağa qərar verir.
Keytlin və Uells S.T.A.R. Labsdakı portal xaric şəhərdəki bütün portalları bağlamağı qərarlaşdırırlar. S.T.A.R. Labsa gələn Zum Uellsə hücum etsə də, onu öldürmür. Harrison bu hücum haqqında heç kimə danışmır. Sisko komandaya bildirir ki, Zumu yavaşlandırmaq üçün yol tapıb və bu məqsədlə o, Tısbağa ləqəbli metainsanı istifadə etmək istəyir. Tısbağa ətrafındakı hər kəsi yavaşladaraq onların kinetik enerjisini mənimsəyir. Tısbağanın gücünü tədqiq etmək üçün Harrison onu öldürür. Uells Fleşin gücünü əmən qurğu yaradır və onu kostyuma yerləşdirir. O, Fleşin gücünün bir hissəsini çəkərək ampulaya yığmağa müvəffəq olur və ampulanı Zuma verir. Lakin Zum daha çox güc tələb edir. Qarşılaşma zamanı Fleş kifayət qədər sürəti olmadığını hiss edir . Başqalarına ziyan vurmaq istəməyən Uells əməllərinin hamısını etiraf etməli olur. Co, onu həbs edərək sürətləndiricidəki kameralardan birinə atır. Lakin Barri Uellsi bağışlayaraq qızını xilas etməkdə ona kömək etməyə söz verir.
Barri şəhərdə olan bütün portalları bağlamağa müvəffəq olur və yalnız S.T.A.R. Labsdakı portal açıq saxlanır. Daha sonra Barri, Uells və Sisko açıq portaldan keçərək Dünya-2-yə düşürlər. Dünya-2 başqa tezlikdə titrədiyinə görə Siskonun bacarığı özünü göstərmir və onlar Zumu görə bilmirlər. Zum Fleşi qaçırır və Uellsin qızını saxladığı kamera ilə üzbəüz başqa bir kamerada həbs edir. Zum, Harrison Uellsin Dünya-2-yə qayıtdığını öyrənir və Sentral-siti sakinlərindən onu təhvil vermələrini tələb edir. Zum S.T.A.R. Labsa basqın etsə də, Sisko, Uells və Barrinin oxşarı Uellsin saxlancında gizlənirlər. Bundan sonra komanda Qatil Şaxtanın axtarışına çıxır ki, o, Zumun qərargahını göstərsin. Bu arada Zumun qərargahında Barri və Cessi üçüncü dustağın onlara nə demək istədiyini anlamağa çalışır. Komanda və Qatil Şaxta arasında danışıqlar baş tutmur və döyüş başlayır. Döyüşdən sonra Sisko Şaxtanı kömək etməsi üçün dilə tutur və o, razılaşır. Komanda Zumun qərargahına girərək Cessi və Barrini azad etsə də, bu zaman Qatil Şaxta tərəfindən xəbərdar edilmiş Zum peyda olur. Ronninin öldürülməsinin əvəzini çıxmaq üçün Şaxta, Zumun qarşısını alır və komandanın qaçmasına şərait yaradır. Üçüncü dustağı isə xilas etmək mümkün olmur.
Cey, Keytlin və Co portalı stabilləşdirirlər və Barri, Sisko, Uells və Cessi evə qayıdırlar. Lakin son anda Ceyi tutan Zum, özü ilə Dünya-2-yə aparır. Dünya-2-də Ceyin bədənini öz qərargahına gətirən Zum maskasını çıxarır və onun Cey kimi göründüyü məlum olur. Barrinin Zumu dayandıra biləcək qədər sürətli olması üçün Fleş komandası onunla məşqlərə başlayır. Barri Zumun Cey olması nəzəriyyəsini irəli sürür. Ceyin dəbilqəsinə toxunan Sisko onun Zum olması haqqında görgü alır. Hamı aldadıldığını başa düşür. Sisko portal açır və Zum həmin portaldan keçir. Zumu S.T.A.R. Labsa qovan Barri, onun diqqətini yayındırmaq üçün valideynlərinin fotolarını istifadə edir. O, müvəqqəti olaraq canini zərərsizləşdirir, maskasını çıxarır və danışıqlara başlayır. Zum qaçır və Uollini əsir götürərək, qaytarmaq üçün əvəzində Barrinin sürətini tələb edir. Barri razılaşır. Zum Uollini qaytarır və öldürdüyü Ceyin, onun özü tərəfindən yaradılmış müvəqqəti əkiz olduğunu danışır. Uells tərəfindən sürəti çəkilən Barri, adi insana çevrilir. Daha da sürətli olan Zum az qala Barrini öldürür. Keytlin ona yalvararaq dayanmasını xahiş edir. Bu zaman Zum qaçaraq onu da özü ilə aparır. Dünya-2-də Hanter Keytlini əsir saxlayır. Zumun yoxluğundan istifadə edən Keytlin, Qatil Şaxta ilə tanış olur. Cani Keytlini onu azad etməyə razı salır və azadlığa çıxan kimi Keytlini öldürməyə çalışır. Hadisə yerinə gələn Zum Qatil Şaxtanı öldürür və Keytlinə xəbərdarlıq edərək bildirir ki, bir də səhvini təkrarlasa, onu da bu cür tale gözləyir. Bundan sonra Zum, Dünya-1-dən başlamaqla, bütün dünyaları işğal etmək qərarına gəlir.
Sentral-sitini tutmaq məqsədi ilə Zum, Dünya-1-ə qayıdır. Barri, yenidən Fleşə çevrilməli olduğunu başa düşür, Harri isə Barriyə təsir etmiş ilk hadisənin effektini yaratmaq üçün onu xüsusi kameraya yerləşdirir. Lakin təcrübə uğursuz alınır və Barri dezinteqrasiyaya məruz qalır. Bu təcrübədən xəbərsiz olan Uolli və Cessi qara materiyanın təsir dairəsinə düşürlər. Peyda olan Zum uğursuz təcrübəni ələ salır. Cessi və Uollini huşsuz halda tapırlar; Uolli tezliklə özünə gəlsə də, Cessi komaya düşür. Bu arada Sisko, özünə gələn görmə ilə Barrinin sağ olduğunu anlayır. Barri öz otağında oyanaraq qonaq otağına düşür və orda onu, Co qarşılayır. Co, ona, sürət gücünün fiziki təzahürü olduğunu və şəhərdə qaçan sirrli kölgəni tutmasa öz dünyasına qayıda bilməyəcəyini deyir. Sisko və Uells Barrinin qayıtması üçün dəhliz yaratsalar da, o, sürətini qaytarmaq üçün qalmağa üstünlük verir. Kölgəni izləyən Barri sürət gücünün digər simaları ilə də qarşılaşır və onlar hamısı Barrinin yaxın adamlarının cildində görünürlər. Sürət gücü Barriyə “qəhrəman” anlayışının özündə nəyi ehtiva etdiyini və anasının ölümü ilə razılaşmayacağı halda yenidən Fleş ola bilməyəcəyini izah etməyə çalışır. Daha sonra anası ilə danışan Barri, nəhayət ki, kölgəni tutur və onun özünə aid olduğunu görür. Gücünü özünə qaytaran Barri, Ayris və Siskonun köməyi ilə yenidən S.T.A.R. Labsa qayıdır. Bundan sonra, o, sürət gücünü istifadə edərək Cessini komadan ayıldır.
Zumun Dünya-2-dən gətirdiyi cani metainsanların Dünya-1-də Sentral-sitiyə hücuma başlamasından sonra Barri öyrənir ki, onların rəhbəri həlak olmuş Lorel Lensin (Qara bülbül) Dünya-2-dən olan oxşarı Qara sirena adlı canidir. Fleş və komandası Zumun hələ də polis idarəsində olmasını müəyyənləşdirir, Fleş oraya üz tutur. Orda Fleşi qarşılayan Hanter deyir ki, Fleş özünü qəhrəman kimi təqdim etdiyi müddətdə Zum onu məğlub edərək qarşısını alacaq. Fleş komandası yalnız Dünya-2-dən gəlmiş şəxslərə təsir edən səs gücləndiricisi yaradaraq, meta-insanların bir çoxunu sıradan çıxara bilir. Lakin Zum qaçaraq xilas olur. Siskoya Dünya-2-nin dağılmasını göstərən görgü gəlməsindən sonra Zum qayıdaraq, Henrini qaçırmağa çalışır. Fleş Zumun arxasınca qaçmağa başlayır, onlar bir zaman Eobard Toun tərəfindən Barrinin anasının öldürüldüyü köhnə ev gəlirlər. Zum, Barrinin gözü qarşısında Henrini öldürür. Bu arada, Uolli Fleş maskasının altında kimin gizləndiyini başa düşür. Henrinin dəfnindən sonra qayıdan Zum, Barriyə yarış təşkil edərək kimin daha sürətli olmasını birdəfəlik müəyyənləşdirməyi təklif edir, imtina alacağı halda isə onun başqa yaxınlarının da öldürülməsi ilə hədələyir. Uells öyrənir ki, Zumun Merkuri laboratoriyasından oğurladığı maqnetar adlı qurğu, Barri və Zumun yarış zamanı kifayət qədər enerji yaradacağı halda bütün kainatı məhv edə bilər. Yarış zamanı maqnetar enerji qəbul edərək Dünya-1-dən başqa digər dünyaları məhv etməyə hazırlaşır. Barri Zumun hiyləsini istifadə edərək müvəqqəti əkizini yaradır. Barri Zumla döyüşdüyü müddətdə, onun əkizi maqnetarı dayandırmaq üçün özünü qurban verir. Barri qalib gəlsə də, canini öldürməkdən imtina edir. Bu zaman peyda olan Zaman kabusları Zumu özləri ilə aparırlar. Əsl Cey Qarrikin Henrinin oxşarı olması meydana çıxır. Uells və Cessi, Ceyə Dünya-3-ə qayıtmaqda kömək etmək məqsədi ilə Dünya-2-yə qayıdırlar. Atasının ölümü ilə barışa bilməyən Barri, keçmişə qayıdaraq anasını Əksinə-Fleşin əlindən xilas edir.
Xəbərdarlığın sonu.
Rollarda
Qrant Qastin (Barri Allen) və Kendis Petton (Ayris Uest)
Daniella Panabeker (Keytlin Snou) və Karlos Valdes (Sisko Ramon)
Cessi L. Martin (Co Uest) və Con Uizli Şipp (Henri Allen)
Tom Kavanaq (Harrison Uells) və Keynan Lonsdeyl (Uolli Uest)
Teddi Sirs (Hanter Zolomon) və Viktor Qarber (Martin Şteyn)
Fleş və Alov qasırğası birlikdə Sentral-sitini xilas edirlər, lakin Ronni həlak olur. Həmin hadisədən yarım il keçir və Fleşi hamı qəhrəman kimi qəbul edir.
Mükafatlandırma mərasimi zamanı Atom dağıdıcısı Fleşə hücum edir. Siskoya Zum və Atom dağıdıcının birlikdə olduğu görgü gəlir. Döyüş zamanı caninin üzərindən maskasını çıxarmağa müvəffəq olan Fleş, onun, bu gün cəsədini morqda yerləşdirdikləri adam olmasını görür. Sürətləndiricinin partlaması zamanı bu adam heç Sentral-sitidə olmamışdı. Dostları cani ilə mübarizədə Fleşə kömək etməyə çalışsalar da, o, hər cür köməkdən imtina edir və nəticədə məğlub olur. Keytlinin tapdığı video yazısında Həkim Uells Nora Allenin qətlində günahkar olduğunu etiraf edir və Barrinin atasını həbsdən azad edirlər. Fleşin komandası Atom dağıdıcısını həbs etməyə kömək edir və o, Zum tərəfindən göndərildiyini boynuna alır. Sisko Barrinin kostyumuna yeni simvol əlavə edir (gələcəkdən olan qəzetdəki kimi). Gözlənilmədən S.T.A.R Labsa gələn Cey Qarrik, Fleşin dünyasının təhlükə altında olduğunu bildirir.
Cey Qarrik bildirir ki, başqa dünyadan gəlib və gəldiyi dünyada o Fleşdir. Barrinin dünyasına gəlməmişdən əvvəl o, Zum adlı qəddar spidsterlə döyüşüb və məğlub olub. Bundan sonra göydə portal açılıb və qəfildən Ceyi sorub, bu zaman o, öz sürətindən də məhrum olub. Bu arada Zum öz dünyasından Barrinin dünyasına bir-bir canilər göndərir və Barrinin öldürüləcəyi halda onları geri qaytarmağa söz verir. Keytlin Ceyi tibbi baxışdan keçirdiyi müddətdə, Həkim Şteyn və Sisko başqa dünyalar haqqında nəzəriyyə hazırlayırlar (bu zaman onlar, Barrinin dünyasını Dünya-1, Ceyin dünyasını isə Dünya-2 adlandırırlar). Barri Zumun göndərdiyi Qum əcinnəsi adlı cani ilə döyüşür. Daha əvvəl həmin cani ilə qarşılaşmış Cey, Barriyə onu necə məlub etməyi öyrədir. Bu arada, Co Qum əcinnəsinin Dünya-1-dən olan oxşarını həbs edir. Professor Şteyn Siskonun da metainsan olduğunu başa düşür, lakin Sisko ondan bu sirri saxlamağı xahiş edir. Ayris şəhərə qayıdır. Professor Şteyn bildirir ki, iki dünya 52 portal vasitəsiylə əlaqələndirilib.
Fleş komandası S.T.A.R Labsın zirzəmisində Dünya-2-yə açılan portal olmasını aşkarlayırlar. Barri portala qaçmağa çalışsa da, portal onu buraxmır. Professor Şteyn və Cey Qarrik portaı stabilləşdirməyə çalışırlar. Co, Ayrisin anasından şəhəri tərk etməyi tələb edir. Fleş komandasının yanına gələn Liza Snart, qardaşının qaçırıldığını xəbər verir. Kapitan Soyuğun silahına bərkidilmiş GPS sayəsində Fleş, Leonu tapır. Liza, qardaşının həmişə onlara pis münasibət göstərmiş ataları lə işbirliyində olmasına inanmır. Co, Ayrisə anası haqqında danışmağa qərar verir. Növbəti gün Petti və Polisiya Snartın tərəfdarlarından birinin başı dağıdılmış cəsədini tapır. Barri ehtimal edir ki, cinayətkar oxşar bir bombanı Lizanın da başına yerləşdirməklə Leonu özünə tabe edib. İstənilən vaxt Snartı dayandırmaq üçün, Barri texnik adıyla onun komandasına daxil olur. Sisko bombanı Lizanın başından çıxarda bilir, Leo isə atasını öldürür. Onu həbs edirlər, Liza isə gedir. Cey və Şteyn portalı stabilləşdirməyə nail olur. Cey evə qayıtmaq istəsə də, Barri Zumun məğlub edilməsinə kimi onun Dünya-1-də qalmasının düzgün olacağını bildirir. Bir neçə saat sonra portal vasitəsiylə Dünya-2-dən Dünya-1-ə Harrison Uells keçir.
Ronninin ölümündən sonra daha Alov qasırğasına çevrilə bilməyən Professor Şteynin bədənində toplanan enerji günü-gündən stabilliyini itirir və o, ölümlə üzləşir. Komanda onu xilas etmək üçün, təcili Ronnini əvəz edə biləcək adam axtarışına çıxır. Onların tapdığı iki namizəddən biri Henri Hyut (alim), digəri isə Cekson Cefferson (əvvəl idmançı olmuş mexanik) olur. Şteynin Hyutla birləşmək cəhdi uğursuzluqla nəticələnir və Alov enerjisinin yaratdığı qəzəb içində o, laboratoriyanı tərk edir. Həkim Meqqi, Harrison Uellsin onun kəşflərindən birini oğurlamasının şahidi olur. O, Co Uestlə əlaqə yaradaraq hadisəni nəql edir. Bu aradan S.T.A.R. Labsa Ceksonu gətirən Barri, ona Alov qasırğasından bəhs edir, lakin Cekson inanmayaraq gedir. Bu arada Henri Hyut öz gücünü aktivləşdirir. O, Cekson və Keytlinə hücum etməyə çalışsa da, uğursuzluğa düçar olur. Cekson Professor Şteynlə birləşməyə qərar verir. Fleş və yeni Alov qasırğası Henri Hyutu məğlub edirlər. Axşam Fleş Dünya-2-dən gəlmiş Kral Köpək balığının hücumuna məruz qalır və Harrison onu xilas edir.
Dünya-2-dən olan fleşbekdə görünür ki, Harrison Uells metainsan detektoru kəşf edib. Dünya-1-də Barri, Dünya-2-nin Uellsini S.T.A.R. Labsa gətirir. Kafedə Sisko Kendra Sanderslə tanış olur. Qəfildən ona gələn görmə nəticəsində Sntral-siti bankının qarət edilməsi məlum olur. Banka gedən Barri, Dünya-2-dən gəlmiş Həkim İşıqla qarşılaşır. Uells, Zumun diqqətini çəkmək üçün Həkim İşığı istifadə etməyi təklif edir. Növbəti dəfə İşıqla toqquşan Barri, onun Linda Park olmasına əmin olur. O, Barrini kor edir və Barri, Petti ilə görüşə xüsusi eynəkdə getməli olur. Həkim İşıq öz oxşarını öldürməyə çalışır, lakin təsadüfən onun müdirini öldürür. Öz qurğusu sayəsində metainsanları aşkara çıxaran Uells, komandaya Siskonun da metainsan olmasını deyir. Siskonun bacarığı sayəsində komanda Həkim İşığı tapır və Harrisonun köməyi ilə Fleş onu həbs edir. Kendra Sisko ilə romantik görüşə razılıq verir. Bu arada Dünya-2-də Zum, Harrison Uellsin qızını əsir saxlayır.
Həkim İşıq deyir ki, Fleşin öldürülməsinin simvolu olaraq o, Fleş simvolunu portala atmalı idi. Petti, ondan nəyinsə gizlədilməsindən şübhələnməyə başlayır. Siskonu aldadan Həkim İşıq qaçır. Lindanı Həkim İşıq kimi geyindirən komanda Zuma tələ qurur. Lakin Zum gəlmir. Sisko Uellsin qızının Zumun əsiri olmasını öyrənir. Bir qədər sonra peyda olan Zum Lindanı qaçırır. Fleş Lindanı xilas etsə də, nə o, nə də Harrison Zuma qalib gələ bilmir. O, Barrini möhkəm döyərək, onun zəifliyini bütün şəhərə göstərir. Zum S.T.A.R. Labsa gəldikdə Sisko ona yavaşlatma iynəsi vura bilir, lakin Zum qaçıb gedir. Özünə gələn Barri, ayaqlarını hiss etmədiyini deyir.
Aldığı zədələrdən sonra Barri tərpənməyə başlasa da, hələ ki, əlil arabası vasitəsiylə yeriyir. Harrison Uells öz dünyasına qayıtmağa qərar verir. Keytlin və Uells S.T.A.R. Labsdakı portal xaric şəhərdəki bütün portalları bağlamağı qərarlaşdırırlar. Sisko və Kendranın görüşü baş tutur. Kendraya toxunan Sisjoya sirli qanadlı qız haqqında görmə gəlir. Şəhər laboratoriyalarından birincə beyin aktivliyi sürətləndirən dərman oğurlanır. Əyani-sübutlar arasında qorillaya məxsus tüklər tapılır. Co, komandaya Qroddun qayıtmasını xəbər verməyə çalışsa da, o, artıq Keytlini qaçırır. Uells özünü Əksinə-Fleş kimi təqdim etməyə çalışsa da, bu baş tutmur. Keytlinin köməyi ilə Qroddu Dünya-2-yə açılan portala atırlar. Qrodd Dünya-2-dəki Qorilla-sitidə özünə gəlir. Sisko başa düşür ki, görmələrindəki qanadlı qız Kendra Sandersdir.
“Ox” teleserialı ilə krossover seriyasıdır. Seriyada baş verən hadisələr “Ox”un dördüncü mövsümünün səkkizinci seriyasında davam etdirilir.
Sentral-sitiyə gələn Vandal Sevec, Sisko ilə görüşdə olan Kendraya hücum edir. Fleş onları xilas edir və təhlükəsizliklərini təmin etmək və plan fikirləşmək üçün Star-sitiyə yola düşürlər. Orada Barri Oliver Kuindən kömək istəyir. Bu arada, Uells Barrini sürətləndirəcək dərman kəşf etməyə çalışır, Cey Qarrik isə bu ideyaya qarşı çıxır. Sevec birləşmiş Ox və Fleş komandasına hücum edir, Yaşıl Ox onu vursa da, Sevec ölmür. Malkolm Merlin Sevecin ölümsüz olmasını bildirir. Qırğı-adam Kendranı qaçırsa da, Fleş onu tutur. Uellsi xilas etmək üçün Cey sürət dərmanını qəbul etməli olur. Özünə gələn Qırğı-adam danışır ki, o və Kendra Qədim Misir şahzadəsi və Qor kahinəsinin reinkarnasiyasıdır. Sevecin ölümsüzlüyünün səbəbi isə, onun hər dəfə onları taparaq öldürməsi və həyatlarını mənimsəməsidir. O, bildirir ki, Sevec onları 206 dəfə öldürməyə müvəffəq olub. Komanda aydınlaşdırır ki, Sevec ayin üçün Qorun əsasını axtarır və onu əldə etmək üçün Sentral-sitiyə üz tutub. Damdan atılan Kendranın qanadları çıxır. Oliver oğlu və keçmiş sevgilisini tapır.
S.T.A.R. Labsa gələn Zum Uellsə hücum etsə də, onu öldürmür. Harrison bu hücum haqqında heç kimə danışmır. Ayris Barriyə, Conun Uolli adlı oğlu olmasını deyir və bu haqqda ona xəbər vermək haqqında məsləhətləşir. Ayron-Heytsə soxulan Mark Mardon Kapitan Soyuq (Leonard Snart) və Kələkbazı (Cessi) azad edir. Onun məqsədi komanda yaradaraq Fleşi öldürməkdir. Barri Siskodan Mardonun qarşısını ala biləcək silah hazırlamağı xahiş edir. Kələkbaz televiziya vasitəsiylə Barriyə mesaj göndərir. Canilər komandası Fleşə deyir ki, onlar şəhərin müxtəlif yerlərinə 100 bomba qutusu yerləşdiriblər və əgər Fleş tabe olmasa bombaları partladacaqlar. Lakin Sisko və komanda bombaları zərərləşdirməyə müvəffəq olur. Uestlərin evində təşkil edilmiş Milad qonaqlığı zamanı Uolli də gəlir. Uells qızının həyatı qarşılığında Fleşin sürətini oğurlamaqda Zuma kömək etməyə razılaşır.
Barri yuxuda Zumun Pettni qaçırmasını görür. Sisko komandaya bildirir ki, Zumu yavaşlandırmaq üçün yol tapıb və bu məqsədlə o, Tısbağa ləqəbli metainsanı istifadə etmək istəyir. Tısbağa ətrafındakı hər kəsi yavaşladaraq onların kinetik enerjisini mənimsəyir. Fleş iki dəfə Tısbağanı ələ keçirməyə cəhd etsə də, bir şey alınmır. Yalnız Pettinin qaçırılmasından sonra Fleş Tısbağanı ələ keçirir. Ayris və Co, Uollinin küçə yarışlarında iştirak etdiyini öyrənirlər. Tısbağanın gücünü tədqiq etmək üçün Harrison onu öldürür. Kriminalistika üzrə təhsil almağı arzulayan Petti Sentral-sitidən köçməyə hazırlaşır. Eobard Toun yenidən şəhərdə peyda olur.
Komanda Tısbağanın cəsədini tapır. Uells Siskonun bacarığını aktivləşdirməyin yolunu kəşf edir və o, Əksinə-Fleşi görür. Əksinə-Fleş Merkuri Laboratoriyasına hücum edərək Kristina MakGini qaçırı və yolüstü Fleşə xəbər verir ki, tezliklə o, öləcək. Ayris, ömrünün sonuna az qalmış anası ilə sağollaşır. Sisko görür ki, yaxın vaxtda Toun MakGini öldürəcək və öz vaxtına qayıdacaq. Fleş, onun qarşısını alaraq metainsanlar üçün nəzərdə tutulmuş kameraya yerləşdirir. Lakin bundan sonra Sisko reallıqdan silinməyə başlayır. Siskonu xilas etmək üçün Barri, Əksinə-Fleşi öz vaxtına göndərməli olur. Getməzdən əvvəl Petti, Barrinin Fleş olmasını başa düşür. Bu arada, Cey Dünya-1-dən olan rəqibini Keytlinə göstərərək, onun adının Hanter Zolomon olmasını deyir.
35
12
Sürət xətti
Reyçel Talalay
Hekayə: Bruki Eykmeyer Ssenari: Kai Yu Vu & Co Peraççio
S.T.A.R. Labsda partlayış zamanı qatranda batmış adam qisas almaq üçün qayıdır. Barri Uellslə birlikdə portalları bağlamaq üçün çalışsa da, qatran quyusunun öz qatillərinin ovuna çıxmasından sonra fikrini həmin istiqamətə yönləndirməli olur. Uollinin təhlükəli əyləncələrindən xəbər tutan Ayris ona görə narahat olmağa başlayır. Bu arada, Uells Fleşin gücünü əmən qurğu yaradır və onu kostyuma yerləşdirir. O, Fleşin gücünün bir hissəsini çəkərək ampulaya yığmağa müvəffəq olur və ampulanı Zuma verir. Lakin Zum daha çox güc tələb edir. Qarşılaşma zamanı Fleş kifayət qədər sürəti olmadığını hiss edir və şüşə qırığının Ayrisi yaralamasının qarşısını ala bilmir. Başqalarına ziyan vurmaq istəməyən Uells əməllərinin hamısını etiraf etməli olur. Co, onu həbs edərək sürətləndiricidəki kameralardan birinə atır. Lakin Barri Uellsi bağışlayaraq qızını xilas etməkdə ona kömək etməyə söz verir.
Barri şəhərdə olan bütün portalları bağlamağa müvəffəq olur və yalnız S.T.A.R. Labsdakı portal açıq saxlanır. Daha sonra Barri, Uells və Sisko açıq portaldan keçərək Dünya-2-yə düşürlər. Dünya-2 başqa tezlikdə titrədiyinə görə Siskonun bacarığı özünü göstərmir və onlar Zumu görə bilmirlər. Barri, Dünya-2-də adi insan olan oxşarını qaçırır və özü onun yerini tutur. Bu dünyada Barri, Floyd Loutonla birlikdə detektiv olaraq çalışan Ayrislə evlidir, Co isə klub müğənnisidir. Qəfildən kluba soxulan Qatil Şaxta (Keytlinin oxşarı) və Öldürücü qasırğa (Ronninin oxşarı) Zumun göstərişi ilə başqa dünyadan gələnləri axtarırlar. Qasırğa Conu ölümcül yaralasa da, Barri, canilərə qaçmağa məcbur edir. Co, xəstəxanada vəfat edir. Ayris, Louton və Sisko cinayətkarları həbs etmək üçün, onların saxlanc yerlərinə üz tuturlar. Burada Siskonun oxşarı olan, lakin Sisko ilə müqayisədə bacarıqları daha inkişaf etmiş Revyerb peyda olur. Fleş dostlarına kömək etmək üçün gəlsə də, Revyerb və Qasırğa onu məğlub edirlər. Hadisə yerinə gələn Zum Barrini xilas edir və onun sözündən çıxıb Fleşi yaraladıqlarına görə, Qasırğa və Revyerbi öldürür. Bundan sonra Zum Fleşi qaçırır və Uellsin qızını saxladığı kamera ilə üzbəüz başqa bir kamerada həbs edir. Bu arada, Dünya-1-də Sentral-siti Geomant ləqəbli caninin hücumuna məruz qalır. Cey sürət dərmanının yaxşılaşdırılmış versiyasını qəbul edir və dərman bir müddətlik də olsa, onun sürətini qaytarır. O, Keytlinə etiraf edir ki, sürətini itirməsində Zum yox, dərmanlar günahkardır.
Zum, Harrison Uellsin Dünya-2-yə qayıtdığını öyrənir və Sentral-siti sakinlərindən onu təhvil vermələrini tələb edir. Zum S.T.A.R. Labsa basqın etsə də, Sisko, Uells və Barrinin oxşarı Uellsin saxlancında gizlənirlər. Uells, Sisko və Barri Ayrisə həqiqəti izah edirlər. Bundan sonra komanda Qatil Şaxtanın axtarışına çıxır ki, o, Zumun qərargahını göstərsin. Bu arada Zumun qərargahında Barri və Cessi üçüncü dustağın onlara nə demək istədiyini anlamağa çalışır. Komanda və Qatil Şaxta arasında danışıqlar baş tutmur və döyüş başlayır. Döyüşdən sonra Sisko Şaxtanı kömək etməsi üçün dilə tutur və o, razılaşır. Komanda Zumun qərargahına girərək Cessi və Barrini azad etsə də, bu zaman Qatil Şaxta tərəfindən xəbərdar edilmiş Zum peyda olur. Ronninin öldürülməsinin əvəzini çıxmaq üçün Şaxta, Zumun qarşısını alır və komandanın qaçmasına şərait yaradır. Üçüncü dustağı isə xilas etmək mümkün olmur. Bu arada, Dünya 1-də Keytlin Sürət-9 adlı dərmanı yaradır və həmin dərman sayəsində müvəqqəti sürət qazanan Cey Geomantla mübarizə aparır. Keytlin həm də, dərmanın yeni versiyasının Ceyi sağaltdığını üzə çıxarır. Qəfildən Geomant hücuma keçsə də, Keytlin və Ayris onu məğlub edirlər. Geomantın yaratdığı zəlsələ isə portalı sıradan çıxarır. Cey, Keytlin və Co onu stabilləşdirirlər və Barri, Sisko, Uells və Cessi evə qayıdırlar. Lakin son anda Ceyi tutan Zum, özü ilə Dünya-2-yə aparır.
Uells, Sisko və Barri, Dünya-2-də baş verən hər şeyi gizli saxlamağa razılaşırlar. Hamı öz həyatını yaşamağa başlayır, lakin qəfildən Kral Köpək balığı ARQUS-un bazasından qaçır və Fleşi öldürmək üçün Sentral-sitiyə üz tutur. Barrini xəbərdar etmək üçün Diqql və Layla da şəhərə gəlirlər. Fleş, bədheybəti zərərsizləşdirmək üçün ARQUS-la əməkdaşlıq edir. Lakin Kral Köpək balığı Conun evi qarşısında peyda olaraq evin tavanını dağıdır və Fleşi tələb edir. Məlum olur ki, bütün köpək balıqları kimi, o da, elektrik sahəsini hiss edir və Barrini də məhz bu yolla izləyir. Fleş və ARQUS-un əməkdaşlığı faydasını verir və Kral Köpək balığı zərərsizləşdirilir. Daha sonra Barri, Dünya-2-yə yenidən portal açıb Zumdan qisas almağa and içir. Dünya-2-də Ceyin bədənini öz qərargahına gətirən Zum maskasını çıxarır və onun Cey kimi göründüyü məlum olur.[58]-->
Barrinin Zumu dayandıra biləcək qədər sürətli olması üçün Fleş komandası onunla məşqlərə başlayır. Yorulduqdan sonra onlar dincəlmək üçün kluba gedirlər. Qəfildən klubda peyda olan naməlum spidster hamını qarət edir. Müəyyən edilir ki, həmin spidster Merkuri laboratoriyasının əməkdaşı Elayza Harmondur. Cey üçün Sürət-9 dərmanını hazırlayarkən Keytlin onun köməyindən istifadə edir və Elayza sonradan dərmanı öz üzərində sınamağa qərar verir. Özünə Traektoriya adı götürən Elayza S.T.A.R. Labsa daxil olaraq Barrini sürətləndiricidə həbs edir və ona daha çox Sürət-9 verilməsini tələb edir. O, Cessini öldürməklə hədələyir və buna görə də Harri və Keytlin Traektoriya üçün bir neçə ampula dərman hazırlayır. Traektoriya qaçır vəşəhər körpüsünü dağıtmağa başlayır. Barri sürətini artıraraq Elayzaya çata bilir. O, danışaraq kömək edilməsinə icazə verməsi üçün Elayzanı dilə tutmağa çalışır. Elayza özünə daha bir doza dərman vuraraq qaçır. Geridə qalan Barri görür ki, Traektoriyanın sürəti artdıqca onun şimşəyi rəngini dəyişərək Zumdakı kimi mavi çalar alır. Cessi atasının onu xilas etmək üçün Tısbağanı öldürməsini öyrənərək sarsılır, atasından uzaqlaşaraq yeni gəldiyi dünyanı kəşf etməyə başlayır. Barri Zumun Cey olması nəzəriyyəsini irəli sürür. Ceyin dəbilqəsinə toxunan Sisko onun Zum olması haqqında görgü alır. Hamı aldadıldığını başa düşür.
Barri Dünya-2-yə qayıdaraq birdəfəlik zumun qarşısını almağa qərar versə də, başa düşür ki, bunun üçün o, indi olduğundan dəfələrcə böyük sürət qazanmalıdır. Bunun üçün bir il əvvələ qayıdan Barri, özündən dəfələrlə sürətli olan Əksinə-Fleşdən sürət qazanmağın sirrini öyrənmək istəyir. Lakin zamanla ehtiyyatsız davranma, spidsterləri izləyən Zaman kabusunun peyda olmasına gətirib çıxarır. Buna görə də o, planlaşdırdığı yox, başqa bir vaxta düşür. Eobard Tounun planı üçün böyük təhlükə yaratdığına görə Toun, Barriyə kömək etməyə qərar verir. Zaman kabusu laboratoriyaya soxulur və Hartli səs əlcəkləri vasitəsiylə onu qovmağa müvəffəq olur. Qəfildən yerli Barri peyda olur və gələcəkdən gəlmiş Barri nə baş verdiyini izah etməli olsa da, Harrisonun kimliyini açıqlamır. Hər iki Fleşin səyi sayəsində gələcəkdən olan Barri, öz dövrünə qayıdır. Barri əlinə Ceyin dəbilqəsini götürür və onun ardınca getdiyini deyir.
Uzun illər əvvəl, Dünya-2-də gənc Hanter Zolomon anasının atası tərəfindən qətlə yetirilməsinin şahidi olur və bundan sonra onu yetim uşaqlar üçün nəzərdə tutulmuş evə göndərirlər. Bizim günlərdə, Barri taxion sürətləndiricisini sınaqdan keçirərək, öz sürətini dörd dəfə artırmağa müvəffəq olur. Bu zaman o, Süupergörlün dünyasına düşür. Barri yenidən Dünya-2-yə portal açmağa çalışır və bunun üçün Siskonun bacarıqlarının açar rolu oynayacağını düşünür. Bu arada, Keytlin Ceyin Dünya-1-dəki oxşarının adını xatırladıqdan sonra, Harri Dünya-2-də nadir rast gəlinən hal kimi Hanter Zolomon adlı seriya qatilinin olmasını danışır. Sisko portal açır və Zum həmin portaldan keçir. Zumu S.T.A.R. Labsa qovan Barri, onun diqqətini yayındırmaq üçün valideynlərinin fotolarını istifadə edir. O, müvəqqəti olaraq canini zərərsizləşdirir, maskasını çıxarır və danışıqlara başlayır. Zum qaçır və Uollini əsir götürərək, qaytarmaq üçün əvəzində Barrinin sürətini tələb edir. Barri razılaşır. Zum Uollini qaytarır və öldürdüyü Ceyin, onun özü tərəfindən yaradılmış müvəqqəti əkiz olduğunu danışır. Uells tərəfindən sürəti çəkilən Barri, adi insana çevrilir. Daha da sürətli olan Zum az qala Barrini öldürür. Keytlin ona yalvararaq dayanmasını xahiş edir. Bu zaman Zum qaçaraq onu da özü ilə aparır. Ayris Barriyə qarşı romantik hisslər yaşamağa başlayır.
Barri supersürətsiz həyata uyğunlaşmağa çalışarkən, Uells laboratoriyanı tərk edərək qızını axtarmağa gedir. Qısa müddət sonra Uells supergücə malik Qriffin Qrey adlı şəxs tərəfindən qaçırılır. Qrey gücünü istifadə etdikcə sürətlə qocalır. Uellsi oxşarı kimi qəbul edən Qrey, müalicə edilməsini tələb edir və 18 yaşı olmasına baxmayaraq 40 yaşlı kimi göründüyünü deyir. Sisko, Ayris və Barri atasının axtarışlarına kömək etməsi üçün Cessini çağırırlar. Atomun kostyumunun texnologiyasını istifadə edən Sisko, Barrinin kostyumunu təkmilləşdirərək Qreyin zərbəsinə davamlı hala gətirir. Barri, Co və Sisko Qreylə manipulyasiya edərək onu gücünü istifadə etməyə məcbur edirlər və Qrey qoca kişiyə çevrilir. Uells, Tounun təcrübəsini təkrarlayaraq, Barriyə gücünü qaytarmağı təklif edir. Bu arada, Dünya-2-də Hanter Keytlini əsir saxlayır. Zumun yoxluğundan istifadə edən Keytlin, Qatil Şaxta ilə tanış olur. Cani Keytlini onu azad etməyə razı salır və azadlığa çıxan kimi Keytlini öldürməyə çalışır. Hadisə yerinə gələn Zum Qatil Şaxtanı öldürür və Keytlinə xəbərdarlıq edərək bildirir ki, bir də səhvini təkrarlasa, onu da bu cür tale gözləyir. Bundan sonra Zum, Dünya-1-dən başlamaqla, bütün dünyaları işğal etmək qərarına gəlir.
Sentral-sitini tutmaq məqsədi ilə Zum, Dünya-1-ə qayıdır. Barri və Uells Zumun qarşısını almaq üçün kifayət qədər təhlükəli plan hazırlayırlar. Bu planı yerinə yetirmək üçün tam əmin olmayan Barri, məsləhət üçün atalarına müraciət edir. Henri bu cür riskə birmənalı olaraq qarşı olsa da, Co, Barrinin çətinliyin öhdəsindən gələcəyinə inanır. Sisko, Dünya-2-də qardaşı Dantenin oxşarı olan Çat adlı canini görür. Zum onu aldadaraq Revyerbin Sisko tərəfindən öldürüldüyü dediyinə görə, Çat qisas almaq istəyir. Ayris hisslərini Barriyə açmağa qərar verir. Zum Çatı Sentral-siti polisinə dərs vermək üçün göndərsə də, Fleş holoqramından istifadə edən polis onu həbs edir. Bundan sonra peyda olan Zum oradakı bütün polisləri, o cümlədən Çatı öldürərək, yalnız Co, Barri və Sinqhi sağ saxlayır və polisin bir daha öz işini yerinə yetirməməsini tələb edir. Barri, yenidən Fleşə çevrilməli olduğunu başa düşür, Harri isə Barriyə təsir etmiş ilk hadisənin effektini yaratmaq üçün onu xüsusi kameraya yerləşdirir. Lakin təcrübə uğursuz alınır və Barri dezinteqrasiyaya məruz qalır. Bu təcrübədən xəbərsiz olan Uolli və Cessi qara materiyanın təsir dairəsinə düşürlər. Peyda olan Zum uğursuz təcrübəni ələ salır.
Cessi və Uollini huşsuz halda tapırlar; Uolli tezliklə özünə gəlsə də, Cessi komaya düşür. Bu arada Sisko, özünə gələn görmə ilə Barrinin sağ olduğunu anlayır. Barri öz otağında oyanaraq qonaq otağına düşür və orda onu, Co qarşılayır. Co, ona, sürət gücünün fiziki təzahürü olduğunu və şəhərdə qaçan sirrli kölgəni tutmasa öz dünyasına qayıda bilməyəcəyini deyir. Sisko və Uells Barrinin qayıtması üçün dəhliz yaratsalar da, o, sürətini qaytarmaq üçün qalmağa üstünlük verir. Kölgəni izləyən Barri sürət gücünün digər simaları ilə də qarşılaşır və onlar hamısı Barrinin yaxın adamlarının cildində görünürlər. Sürət gücü Barriyə “qəhrəman” anlayışının özündə nəyi ehtiva etdiyini və anasının ölümü ilə razılaşmayacağı halda yenidən Fleş ola bilməyəcəyini izah etməyə çalışır. Daha sonra anası ilə danışan Barri, nəhayət ki, kölgəni tutur və onun özünə aid olduğunu görür. Gücünü özünə qaytaran Barri, Ayris və Siskonun köməyi ilə yenidən S.T.A.R. Labsa qayıdır. Bundan sonra, o, sürət gücünü istifadə edərək Cessini komadan ayıldır və ilk dəfə anasının məzarını ziyarət edərək, uşaqlıqdan sevdiyi “Qaçmış dinozavr” kitabını məzarın üstünə qoyur. Bu arada, polis idarəsində metainsanlardan ordu toplayan Zum, Keytlindən kimin tərəfində olduğuna qərar verməyi tələb edir.
Zumun Dünya-2-dən gətirdiyi cani metainsanların Dünya-1-də Sentral-sitiyə hücuma başlamasından sonra Barri öyrənir ki, onların rəhbəri həlak olmuş Lorel Lensin (Qara bülbül) Dünya-2-dən olan oxşarı Qara sirena adlı canidir. Keytlin S.T.A.R. Labsa qayıtsa da, hər yerdə Zumu görməyə başlayır, Sisko isə onu sakitləşdirir. Conun etirazına baxmayaraq, Uolli, metainsanların saxlanmasında Barriyə kömək etməyə çalışır. Fleş və komandası Zumun hələ də polis idarəsində olmasını müəyyənləşdirir, Fleş oraya üz tutur. Orda Fleşi qarşılayan Hanter deyir ki, Fleş özünü qəhrəman kimi təqdim etdiyi müddətdə Zum onu məğlub edərək qarşısını alacaq. Fleş komandası yalnız Dünya-2-dən gəlmiş şəxslərə təsir edən səs gücləndiricisi yaradaraq, meta-insanların bir çoxunu sıradan çıxara bilir. Lakin Zum qaçaraq xilas olur. Siskoya Dünya-2-nin dağılmasını göstərən görgü gəlməsindən sonra Zum qayıdaraq, Henrini qaçırmağa çalışır. Fleş Zumun arxasınca qaçmağa başlayır, onlar bir zaman Eobard Toun tərəfindən Barrinin anasının öldürüldüyü köhnə ev gəlirlər. Zum, Barrinin gözü qarşısında Henrini öldürür. Bu arada, Uolli Fleş maskasının altında kimin gizləndiyini başa düşür.
Henrinin dəfnindən sonra qayıdan Zum, Barriyə yarış təşkil edərək kimin daha sürətli olmasını birdəfəlik müəyyənləşdirməyi təklif edir, imtina alacağı halda isə onun başqa yaxınlarının da öldürülməsi ilə hədələyir. Uells öyrənir ki, Zumun Merkuri laboratoriyasından oğurladığı maqnetar adlı qurğu, Barri və Zumun yarış zamanı kifayət qədər enerji yaradacağı halda bütün kainatı məhv edə bilər. Barri iştiraka qərar verdikdən sonra komanda onu metainsanlar üçün nəzərdə tutulmuş kamerada yerləşdirir. Onlar, Zumun qarşısının alınması üçün plan hazırlamağa başlayırlar. Plan baş tutur və Zum öz dünyasına qaytarılsa da, gedərkən Conu da özü ilə aparır. Orada Zum danışır ki, əsir saxladığı maskalı şəxs əsl Cey Qarrikdir və o, Dünya-3-dəndir. Yarış zamanı maqnetar enerji qəbul edərək Dünya-1-dən başqa digər dünyaları məhv etməyə hazırlaşır. Barri Zumun hiyləsini istifadə edərək müvəqqəti əkizini yaradır. Barri Zumla döyüşdüyü müddətdə, onun əkizi maqnetarı dayandırmaq üçün özünü qurban verir. Barri qalib gəlsə də, canini öldürməkdən imtina edir. Bu zaman peyda olan Zaman kabusları Zumu özləri ilə aparırlar. Əsl Cey Qarrikin Henrinin oxşarı olması meydana çıxır. Uells və Cessi, Ceyə Dünya-3-ə qayıtmaqda kömək etmək məqsədi ilə Dünya-2-yə qayıdırlar. Atasının ölümü ilə barışa bilməyən Barri, keçmişə qayıdaraq anasını Əksinə-Fleşin əlindən xilas edir.
İstehsal
İnkişaf
11 yanvar 2015-ci ildə “Fleş” teleserialının ikinci mövsümünün istehsal ediləcəyi bildirilmişdir.[67] Mövsümün istehsalına başlanan kimi, “Ox” və “Çirkin Betti” sezonunun yazarlarından olmuş Qabriella Stenton şouranner və prodüser elan edilmişdir; daha əvvəl Stenton, birinci mövsümün final seriyası üzərində prodüser və məsləhətçi-yazar kimi çalışmışdı.[68] Lakin sonradan serialın yaradıcılarından biri olan Endryu Kraysberqin solo şouranner kimi öz vəzifəsinə qayıdacağı bildirilmişdir.[69][70] Sonradan təsdiq edilmişdir ki, bu qərar 2016-cı ilin əvvəlində “Potensial enerji” seriyası üzərində iş gedərkən verilmişdir.[71][72] Aaron və Todd Helbinqlər də ikinci mövsümdə şourannerlər kimi çalışmışlar.[73][74]
Kastinq
Birinci mövsümdə əsas aktyor heyətini təşkil etmiş Qrant Qastin, Kendis Petton, Daniella Panabeker, Karlos Valdes və Cessi L. Martin ikinci mövsümdə də Barri Allen, Ayris Vest, Keytlin Snou, Sisko Ramon/Vayb və Co Vest rollarını canlandırmışlar.[2] Birinci mövsümdə özünü Harrison Uells kimi təqdim edən Eobard Tounun canlandırmış Tom Kavanaq da mövsümün əsas aktyor heyətinə qayıdaraq Uellsin Dünya-2-dən olan oxşarını canlandırır.[75] Birinci mövsümün finalında Rik Kosnettin canlandırdığı Eddi Toun öldüyünə görə, aktyor Rik Kosnett ikinci mövsümdə qayıtmamışdır.[76] Kosnett qonaq ulduz olaraq ikinci mövsümün “Sentral-sitini xailas etmiş şəxs” adlı ilk seriyasının yuxu səhnəsində[4], sonradan isə “Fleş qayıdır” seriyasında Fleş keçmişə qayıtdıqda Tounla qarşılaşma səhnəsində rolunu təkrarlamışdır.[16] 2015-ci ilin avqustunda, Conun naməlum oğlu və Ayrisin qardaşı Uollu Vestin Keynan Lonsdeyl tərəfindən canlandırılacağı elan edilmişdir.[77] Qastin, Petton, Panabeker, Valdes və Martin həm də canlandırdıqları personajların Dünya-2-dənref name="Earth-2 doppelgangers" /> olan oxşarlarını canlandırmışlar, Kavanaq isə “Sentral-sitini xailas etmiş şəxs” və “Fleş qayıdır” adlı seriyalardakı fleşbeklərdə Eobard Toun roluna qayıtmışdır.[4][78]
Lonsdeylin seçilməsini müzakirə edərkən Kreyberq deyir ki, “Qrantla [Qastin] birinci dəfə görüşəndə olduğu kimi, biz dərhal başa düşdük ki, o, özündə personajın ürəyi və cəsarətini ehtiva edir. Biz bu sevimli personajı şouya gətirdiyimizə görə çox şadıq.”[79] Uolli həmişə Conun oğlu və Ayrisin qardaşı olmaq istəmişdir ki, bu da personajın komikslərdəki tarixçəsindən fərqlənir. Prodüserlər daha əvvəl heç vaxt xatırlanmamış ikinci dərəcəli qohumların seriala əlavə edilməsi ideyasına yaxşı baxmadıqlarına görə, Uollinin oğul və qardaş kimi təqdim edilməsi qərarlaşdırılmışdır.[77] Lonsdeyl isə əslində “Sabahın əfsanələri” serialında Cefferson “Ceks” Ceksonu canlandırmaq üçün dinləmədən keçirilmişdir.[80]
2015-ci ilin iyulunda Teddi Sirsin Dünya-2-nin Fleşi olan Cey Qarriki canlandıracağı elan edilir.[81] Lakin mövsümün ortasında bəlli olur ki, o, əslində özünü Cey kimi təqdim edən Hanter Zolomon/Zumdur.[82] Bu açıqlamadan əvvəl kostyumlu Zum Rayan Hendli tərəfindən canlandırılmışv ə Toni Todd tərəfindən səsləndirilmişdir.[83][84]
Dizayn
İkinci mövsümdə kostyum dizayneri vəzifəsində Kollin Etvudu Maya Mani əvəz etmiş və Fleş kostyumunda bəzi dəyişikliklər edərək (məsələn personajın simvolunu qırmızıdan sarıya dəyişməklə) onu komiksdəki obrazına daha da yaxınlaşdırmışdır.[85][86] Qastin qeyd edir ki, doqquzuncu seriyanın çəkilişi zamanı onun üzünə maska yapışdırmaq ideyasından imtina edərək zipperlə açılıb-bağlanan maskaya keçilmişdir.[87] Komikslərdə Zumun kostyumu Fleşin kostyumunu təkrarlayaraq yalnız sarı rəngli olması ilə seçilsə də, serialda Zumun kostyumu tamamilə qara rənglidir.[88] Zumun xarici görünüşünü Marvel Comics personajı olan Venomun görünüşü ilə müqayisə edən Kreysberq deyir ki, “Zumun kostyumu Əksinə-Fleş kostyumu ilə müqayisədə daha orqanikdir. Bir növ bu kostyumun canlı varlıq və ya sadəcə kostyum olmasını demək çətindir...Heç bir dəri hissəsi görünmədiyindən kostyum altındakı şəxsin robot və ya qara enerji olduğunu müəyyən etmək çətindir.”[89]
Çəkilişlər
İkinci mövsümün çəkilişlərinə 7 iyul 2015-ci ildə Vankuverdə[90] start verilmiş və 18 aprel 2016-cı ildə çəkilişlər tamamlanmışdır.[91]
The Flash – Original Television Soundtrack: Season 2
İkinci mövsümdə də bəstəkar Bleyk Nili əsas bəstəkar kimi vəzifəsinə qayıtmışdır. 22 iyul 2016-cı ildə ikinci mövsümün musiqi albomu rəqəmsal, 26 iyul 2016-cı ildə isə CD formatda satışa çıxarılmışdır. Nili həm də Qastinin Fleş obrazında “Supergörl”ün “Dünyanın ən yaxşıları” seriyasında görünməsi üçün musiqi mövzusu bəstələmişdir. “Dünyanın ən yaxşıları” adlandırılan musiqi mövzudu “Supegörl”ün birinci mövsümünün musiqi albomuna daxil edilmişdir. “Fleş”in ikinci mövsümünün bütün musiqiləri Bleyk Nili tərəfindən yazılmışdır.
Trek siyahısı
№
Başlıq
Müddət
1.
"How It Ended / Reluctant Hero"
4:35
2.
"Harrison's Will / Henry Released"
2:54
3.
"Jay Garrick Warns of a Man Called Zoom"
2:20
4.
"Stein Explains a Multiverse"
2:00
5.
"Family of Rogues"
2:42
6.
"Joe Tells Iris the Truth About Her Mother"
2:51
7.
"The New Firestorm"
1:44
8.
"Staged Fight to Lure Zoom"
2:19
9.
"The Face of Your Hero"
2:59
10.
"Grodd into the Breach"
4:04
11.
"Vandal Savage Arrives"
1:50
12.
"Who Is Kendra? / Hawkman Cometh"
3:07
13.
"Savage Attack, a Legend Is Born"
3:05
14.
"You Have a Son, His Name Is Wally"
2:02
15.
"Let It Snow Villains"
3:04
16.
"Sending Reverse Flash Back / Wells Betrays"
4:56
17.
"Welcome to Earth-2"
2:42
18.
"Hello, Breachers"
2:06
19.
"Hunting and Electrifying King Shark"
2:21
20.
"The Right Decision"
3:47
21.
"Who Is Hunter Zolomon?"
2:36
22.
"Ready to Save the World"
4:07
23.
"Stuck in the Speed Force"
3:54
24.
"Black Siren in Central City"
2:28
25.
"The Race of His Life"
3:59
26.
"I Will Wait for You"
3:54
Ümumi müddət:
1:18:26
Krossoverlər
2015-ci ilin oktyabrında “Ox” serialının şouranneri Vendi Merikl, Ox Kainatının prodüserləri personajlar və süjet xəttlərini izləyərək, hadisələrin bir-birinin xronologiyasını tamamlamasına nəzarət etdiklərini bildirir[92] , lakin 2016-cı ilin aprelində Aaron Helbinq deyir ki, “bəzən qrafiklər üst-üstə düşmür...və bu işlər bizim nəzarətimizdən kənardadır.” Helbinq, davam edərək bildirir ki, məsələn “bu həftə “Ox”da Barrinin öz bacarığını istifadə etməsi göstərilsə də, oxşar məlumat “Fleş”də yoxdur.”[93]
“Fleş”in ikinci mövsümü multikainat nəzəriyyəsini öyrənməyə başlayaraq Dünya-2-ni təqdim edir. Burada “Fleş”, o cümlədən “Ox” serialındakı personajların oxşarları yaşayır.[94]“Dünya-2-yə xoş gəlmisiz” serialında “Supergörl” serialının ulduzu Melissa BenuaSupergörl, 1990-cı illərin “Fleş” serialının ulduzu Con Uizli Şipp isə Fleş rolunda görünür və həmin serialların hadisələrinin “Fleş” dünyasının alternativ dünyalarında baş verdiyi qeyd edilir.[95][96]
“Ox” serialı ilə ənənəvi krossover 1 və 2 dekabr 2015-ci ildə yayımlanmış, krossoverdəFleş və Yaşıl Ox birləşərək, Qırğı-qız və Qırğı-adamın reinkarnasiyası olan Kendra Sanders və Karter Hollu öldürməyə çalışan Vandal Sevecə qarşı mübarizə aparmışlar.[97][98]“Sabahın əfsanələri” serialında 2015-2016 krossoveri çərçivəsində seriya nəzərdə tutulmasa da, krossoverdə sonradan həmin serialın ulduzları olacaq bir neçə personaj və aktyor təqdim edilmişdir.[98][99][100] Kasper Kramp, Folk Hentşel və Piter Frensis Ceyms krossoverdə Vandal Sevec, Kartel Holl/Qırğı-adam və Həkim Aldus Bordmen rollarında debüt etmişlər.[25][27][101]“ScreenRant”dan Elis Uolker qeyd edir ki, “...onsuzda yüklənmiş olan krossover ssenarisi, “Əfsanələr”in əsasının yaradılması üçün əlvə süjetlərin də əlavə edilməsindən xeyli zərər çəkmişdir. Sanki, müəlliflər becərə biləcəklərindən daha çox toxum əkmişlər. Krossover hadisəsi iki şounun qarşılaşdığı şən hadisə deyil; indi onun qarşısında yeni bir məqsəd vardır – tamamilə yeni bir dünyanın yaradılması.”[102]
"Superman Vol 1 #199" komiksinin üz qabığı, 1967. Rəssam: Karmayn İnfantino, Mörfi Anderson
"Dünyanın ən yaxşıları" krossover seriyasının təbliğat afişası
Krossover üzərində işləyən prodüserlər Fleş də daxil olmaqla bir çox DC Comics personajlarını Supermen ətrafında birləşdirən “World's Finest Comics” seriyasından ilhamlanmışdılar.
2016-cı ilin fevralında Qastinin, “Supergörl” serialının on səkkizinci seriyasında rol alacağı elan edilir, serialın prodüserləri isə fanatlar və jurnalistlərə təşəkkür edərək bu krossoverin reallaşmasında göstərdikləri dəstəyə görə təşəkkür bildirirlər.[103] O zaman seriyanın ssenarisi ilə bağlı heç bir məlumat verilməsə də, “Deadline Hollywood”dan Ross A. Linkoln hadisələrin Barrinin dünyalar arasında səyahət etmə bacarığı ilə əlaqəli ola biləcəyini qeyd edərək, Supergörlün Ox və Fleşlə eyni dünyada deyil, multikainata aid dünyalardan birincə yaşamış ola biləcəyini deyir.[104]“Dünya-2-yə xoş gəlmisiniz” seriyasında Benuanın Supergörl obrazında təqdim edilməsi ilə bu ehtimal təsdiqlənir.[95]“Ox”un yaradıcılarından biri olan Mark Quqqenheym Supergörlün yaşadığı dünyanı qeyri-rəsmi şəkildə Dünya-CBS adlandırır.[105]
28 mart 2016-cı ildə CBS telekanalında yayımlanmış “Dünyanın ən yaxşıları” adlı krossover seriyasında Supergörlün alternatic dünyada yaşadığı göstərilir, buraya gələn Fleş, Gümüş Banşi və Layvayrla mübarizədə Karaya kömək edir, Kara isə öz növbəsində Fleşin geri qayıtmasına dəstək olur.[106] Seriyanın adı Fleş də daxil olmaqla bir çox DC Comics personajlarını Supermen ətrafında birləşdirən “World's Finest Comics” seriyasının adından götürülmüşdür. Krossover seriyasının hadisələri “Fleş”in ikinci mövsümünün “Zuma qarşı” seriyasındakı iki hadisə arasında baş verir.[107][108][109] Çəkilişləri Vankuverdə baş tutuan “Ox”, “Fleş” və “Sabahın əfsanələri” seriallarından fərqli olaraq “Supergörl” serialının çəkilişi Los-Ancelesdə keçirildiyinə görə, bu krossoverin hazırlanmasına Ox Kainatı krossoverlərinin hazırlanmasına sərf edildiyindən daha çox vaxt və vasitə tələb edilmişdir.[110] Prodüsselər krossoverdə istifadə ediləcək yeganə personajın Fleş olmasına qərar verərək, onun müxtəlif zaman və dünyalara səyahət etmək bacarığının “yeni seriala bir qədər yumor gətirməklə personajlar arasında qığılcım yaradacağına” ümid edirdilər. Berlanti qeyd edir ki, idealda krossoverdə Amellin Yaşıl Oxu və Qastinin Fleşi iştirak etməli olsa da, “məntiq baxımından bu cür krossoverin reallaşdırılması dəhşətli olardı. Biz qarşıya qoyduğumuz hədəfi yüngülləşdirməli idik.”[111] Məsələyə optimist yanaşan Qastin, 2016-cı il krossoverinin növbəti ildə digər Ox Kainatı personajları ilə birlikdə daha bir krossover hadisəsi reallaşdırmağa imkan verəcəyini düşünürdü.[112]
Krossover seriyası tənqidçilərdən əla şərhlər almışdır. Seriyanı 8.6/10 balla qiymətləndirən IGN-dən Kliff Uitli qeyd edir ki, “Qaranlıq və ovxalanan “Betmen Supermenə qarşı” filmindən sonra “Supergörl”ün “Dünyanın ən yaxşıları” seriyası palitranı təmizəmək üçün ən yaxşı vasitəni təklif etməklə, həm də bu günə kimi çıxarılmış ən yaxşı seriyalardan biri kimi görünür. Adətən gördüyümüz giriş “döyüşü” yerinə Supergörl və Fleş dərhal super-dostlara çevrilirlər ki, bu da çox təravətli təsir bağışlayır. Barrinin Karanın dünyasına ideal uyğunlaşması ilə yanaşı, həm də aktyorlar Qrant Qastin və Melissa Benua arasında ideal qığılcım hiss edilir. Şəhərdə Qırmızı K qəzası gözlənilməz hadisə olsa da, ümumilikdə “Dünyanın ən yaxşıları” çox ləzzətlidir.”[113]“TV Fanatic”dən Steysi Qlenzmen isə seriyanı 5.0/5 balla qiymətləndirir.[114]
Buraxılış
Xəbərdarlıq:Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.
İkinci mövsümün premyerası 6 oktyabr 2015-ci ildə The CW telekanalında baş tutmuş[43], final seriyası 24 may 2016-cı ildə yayımlanmışdır.[66] Birinci mövsümlə müqayisədə ikinci mövsümdə "Fleş"in aktuallığı 1,378% artmışdır.[115]
4 oktyabr 2016-cı ildən ikinci mövsüm Netflixdə yayımlanmağa başlamış[116], 6 sentyabr 2016-cı ildə isə Blu-ray və DVD formatlarında satışa çıxarılmışdır.[117]
"Fleş"in ikinci mövsümü 2016-cı ilin dördüncü ən çox torrentlə endirilmiş serialı olmuşdur.[118]
Qəbul
Reytinqlər
Hər seriya üzrə ortalama 4.25 milyon izləyici sayı ilə "Fleş"in ikinci mövsümü ümumi serialların 2016-cı il reytinq sıralamasında 112-ci yerdə qərarlaşmışdır.[119]
Təy aqqreqatoru “Rotten Tomatoes” 23 tənqidçinin rəyi əsasında ikinci mövsümü 94% təravətli 7.98/10 balla qiymətləndirir. Sayt tənqidçilərinin konsesusunda deyilir ki, “Yaxşı dizaynı və həyəcanlandırıcı aktyor heyəti ilə Fleş televiziyadakı ən güclü komiks şoularından biri olaraq qalır.”[143] “Metacritic” dörd tənqidçinin rəyi əsasında ikinci mövsümü 81/100 balla qiymətləndirərək “ümumi alqış”a layiq görüldüyünü qeyd edir.[144]
“Collider”dən Deyv Trambor mövsüm premyerasını 4/5 ulduzla qiymətləndirərək deyir ki, “Birinci mövsümün güclü sıralanmasından sonra yaxşı olan hər şeyi özündə ehtiva edən seriya ikinci mövsüm üçün əla başlanğıcıdır.”[4] “Den of Geek!”dən Meyk Çeççini premyera seriyasını 3.5/5 balla qiymətləndirərək seriyanın “dayazlıq” və “tələskənlik” təbiətini tənqid edir. O hiss edir ki, “seiya yeni mövsümü sıfırdan başlamağa o qədər ciddi köklənib ki, [...] hadisələrə nəfəs almağa vaxt vermir.”[145] “Forbes”dan Erik Kain qeyd edir ki, “Harrison Uellsin olmaması ümumi atmosferin böyük bir hissəsinin itirilməsinə səbəb olsa da, ümumilikdə seriya The CW telekanalında superqəhrəman şouları üçün əla başlanğıc olmuşdur.”[146] Henri Allenin azad edilməsi bütün tənqidçilərin narazı qaldığı məqam olsa da, Trambor onu “tam, maraqlı və emosional seriya üçün ödənilməli olan kiçik xərc” hesab edir.[4][145][146]
“Dünya-2-yə xoş gəlmisiniz” seriyası bir çox tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Erik Keyn qeyd edir ki, “Bu Fleşin ən yaxşı forması idi. Həyəcanlandırıcı, şən, qorxulu olan bu seriya əvvəldən axıra kimi tamamilə düzgün notlar üzərində ifa edilir.”[147] “IGN”-dən Cessi Şedin həmin seriyanı 9.7/10 balla qiymətləndirərək, Dünya-2 nəzəriyyəsini, Barrinin dramatik anlarını, Ölüm qasırğası, Qatiş Şaxta və Revyerbin təsvir edilməsini tərifləyir, lakin sonuncunun tezliklə öldürülməsi qərarını tənqid edir. O, qeyd edir ki, “Barrinin dostları ilə, Dünya-2-yə, şən, lakin emosional səfərə çıxması “Fleş”in ən yaxşı seriyalarından biridir.”[148] “Vulture”dən Ancelika Ceyd Bastien qeyd edir ki, “seriya özündə əla döyüş səhnələri, Millisent Şeltonun inanılmaz rejissor işi, ən yaxşı aktyor performansları (xüsusilə Kendis Petton və Qrant Qastinin ifasında), çoxlu sayda emosional anlar və komikslərə kifayət qədər hörməti özündə ehtiva edir. Şübhəsiz ki, bu, ikinci mövsümün ən yaxşı seriyasıdır və ola bilsin “Fleş”in bu günə kimi təqdim edilmiş seriyaları arasında bundan daha yaxşısı yoxdur.”[149] Seriyanı 4/5 balla qiymətləndirən Deyv Trambor qeyd edir ki, ““Fleşin” bu seriyası tamamilə inanılmazdır və tez inkişaf edən bu şou pasxa yumurtaları ilə doludur.”[150] “Entertainment Weekly”dən Conatan Dornbuş Barrinin Dünya-2-dən olan oxşarının anası ilə telefonla danışdığı seriyanı tərifləyərək deyir ki, Qastin “Barrinin kədərlə mübarizəsi, ümid və digər hisslərini olduqca peşəkar əks etdirir.”[151] “The A.V. Club”dan Skott fon Doviak yazır: “Tətildən qayıtdıqdan sonra “Fleş”in bütün seriyaları sanki yorğun və tənbəl idilər, Zumun ssenari xətti isə uğursuz qəbul edilmişdi. “Dünya-2-yə xoş gəlmisiniz” seriyası isə həm həm süjet xəttlərinə, həm də mövsümə yeni nəfəs verməklə ən azı Fleşin özü qədər yaxşıdır.”[152]
Mövsümün final seriyasını izlədikdən sonra, “Collider”dən Ellison Kin daha çox Qastinin ifasını tərifləyərək yazır: “Bəzən böyük televiziya aktyorları artıq fantastik olan seriyadan çıxa bilirlər, lakin bəzən aktyor materialın üzərinə də qalxaraq, sübut edir ki, müəlliflərin icazə verdikləri materialı maksimum istifadə edərək mükəmməl nəticə almaq mümkündür. “Fleş”in ikinci mövsümünün başgicəlləndirici final seriyasında da biz bunun şahidi oluruq. Şübhəsiz ki, serialın əsas ulduzu olan Qrant Qastin, izləyicilərinə gördükləri hər şeyin emosional, ciddi və təsiredici olduğunu təlqin etmək bacarığına malikdir.”[153] “Nerdist” üçün yazdığı rəydə Cozef MakKeyb deyir ki, “Bir çoxu birinci mövsümdəki antoqonistin təkrarlanmısan qaynaqlanan ikinci mövsümün əsas çatışmazlıqlarına baxmayaraq, [...] finalda, Barri sanki, ona icazə verildiyindən daha çox müstəqil fikir nümayiş etdirməyə çalışır. O, S.T.A.R. Labsdakı dostlarının köməyinə ümid etmədən müstəqil şəkildə canini zərərsizləşdirmək planı hazırlayır. Məhz bu Barrini mən üçüncü mövsümdə də görmək istəyirəm.”[154]
Bir çox tənqidçilər birinci mövsümün yaratdığı standrtların, ikinci mövsümə ziyan vurduğunu qeyd edərək, mövsümün əsas antoqonistinin davranışını tənqid edirlər. “Collider”dan Keyt Bert mövsümü 3/5 balla qiymətləndirərək deyir ki, ““Fleş”in bir enişli-qalxışlı mövsümü, elə enişli-qalxışlı finalla da tamamlandı. Tam inkişaf etdirilməmiş və məntiqsiz Zumla, “Fleş” müasir televiziya dövrünün ən dramatik səhvlərindən birinin qurbanına çevrildi: burada da yaxşı oyun üzərində qurulmuş ssenari yerinə çoxlu sayda ssenari dönüşlərinə üstünlük verildi.”[155] “Entertainment Weekly”dən Ceff Censen mövsümü “B-" dərəcəsi ilə qiymətləndirərək “açıq-aşkar yavaşladıcı” adlandırır və multikainatın “cəsarətli” təqdim edilməsi onun gözləntilərini doğrultmadı. Censen, Barri və Co arasındakı əlaqəni tərifləsə də, Conun bioloji oğlunun təqdim edilməsi səbəbilə bu əlaqənin kifayət qədər geniş açılmasının mümkün olmadığını deyir. Həmçinin o, Barrinin Ayrisdən romantik asılılığını da tənqid edir. Zum obrazını da tənqid edən Censen yazır ki, “o, maraqlı sirr kimi başlasa da, zamanla özünə olan marağı tamamilə itirdi. Şəxsiyyəti müəyyənləşdikdən sonra isə şərin tamamilə adi bir simasına çevrildi"[156]. İkinci mövsümü 8.6/10 balla qiymətləndirən Cessi Şedin yazır ki, “İkinci mövsümdə müəlliflər birinci mövsümün uğurunu təkrarlayaraq, hətta bəzi məqamlarda onu geri qoyurlar. Lakin yekun nəticədə ikinci mövsüm daha qeyri-stabil alındığına görə, həm də daha ziyanlı təcrübə idi.” [157]
Mükafatlar
"Fleş" serialının ikinci mövsümü 20 nominasiyada müxtəlif mükafatlara namizəd göstərilmiş və 5 nominasiyada qalib gəlmişdir.[158] Serial ikinci il ard-arda üç Saturn mükafatına namizəd göstərilmiş və "Ən yaxşı superqəhrəman serialı" nominasiyasında qalib gəlmişdir. Üç Leo mükafatına namizəd göstərilən şou, "Ən yaxşı xüsusi effektlər" nominasiyasında və "Qorilla müharibəsi" seriyasına görə "Ən yaxşı dram serialı" nominasiyasında qalib gəlmişdir.[159] 2016-cı ildə şou altı nominasiyada Yeniyetmə Seçimi Mükafatına namizəd göstərilmiş və Qastin "Seçim TV aktyoru: Elmi-fantastika" nominasiyasında qalib gəlmişdir.[160]
دار ابن أبي ضيافمعلومات عامةنوع المبنى قصر العنوان 31, rue Ibn Abi Ed Dhiaf, Tunis (بالفرنسية)[1] المنطقة الإدارية تونس العاصمة البلد تونس[1] التفاصيل التقنيةجزء من مدينة تونس العتيقة معلومات أخرىالإحداثيات 36°48′17″N 10°10′05″E / 36.80466472°N 10.16810806°E / 36.80466472; 10.16810806 تعدي...
Copa América 2019Copa América Brasil 2019Vibra o Continente(Vibra el Continente)Inggris: Rocking the ContinentInformasi turnamenTuan rumahBrasilJadwalpenyelenggaraan14 Juni – 7 JuliJumlahtim peserta12 (dari 2 konfederasi)Tempatpenyelenggaraan6 (di 5 kota)Hasil turnamenJuara Brasil (gelar ke-9)Tempat kedua PeruTempat ketiga ArgentinaTempat keempat ChiliStatistik turnamenJumlahpertandingan26Jumlah gol60 (2,31 per pertandingan)Jumlahpenonton855.861 (32...
2013 FIVB Beach Volleyball World TourTournament detailsHost nationVariousDatesApril – December, 2013Venue(s)11 (in 11 host cities)Official websiteFIVB.org← PreviousNext → The 2013 FIVB Beach Volleyball World Tour is an international beach volleyball circuit organized by the Fédération Internationale de Volleyball (FIVB). From this season, the FIVB World Tour calendar comprises the 10 FIVB World Tour Grand Slams and the FIVB Beach Volleyball World Championships.[1][2...
CMIO redirects here. For the profession, see Chief medical informatics officer. Demographics of SingaporePopulation pyramid of Singapore as of 2020Population5,637,000 (2023)[1]Birth rate8.6 births/1,000 population (2021)[1]Death rate5.8 deaths/1,000 population (2021)[1]Life expectancy 86.59 years (2023)[1] • male 83.83 years (2023)[1] • female 89.35 years (2023)[1]Fertility rate 1.05 (2022)[1]Infant mortality rate...
Protestant Christian denomination in Canada This article includes a list of general references, but it lacks sufficient corresponding inline citations. Please help to improve this article by introducing more precise citations. (June 2015) (Learn how and when to remove this template message) Presbyterian Church in CanadaÉglise presbytérienne du CanadaClassificationProtestantOrientationMainline CalvinistPolityPresbyterianAssociationsWorld Communion of Reformed ChurchesCanadian Council of Chur...
Place in Safad, Mandatory PalestineBaysamun بيسمونBeisamun, En Besamun, Basimun[1] 1870s map 1940s map modern map 1940s with modern overlay map A series of historical maps of the area around Baysamun (click the buttons)BaysamunLocation within Mandatory PalestineCoordinates: 33°5′51″N 35°34′54″E / 33.09750°N 35.58167°E / 33.09750; 35.58167Palestine grid204/278Geopolitical entityMandatory PalestineSubdistrictSafadDate of depopulationMay 25,...
Begraafplaats van Komen kan verwijzen naar: Begraafplaats van Komen (België), een gemeentelijke begraafplaats in Komen, deelgemeente van de Belgische gemeente Komen-Waasten Begraafplaats van Komen (Frankrijk), een gemeentelijke begraafplaats in het centrum van de Franse gemeente Komen Bekijk alle artikelen waarvan de titel begint met Begraafplaats van Komen of met Begraafplaats van Komen in de titel. Dit is een doorverwijspagina, bedoeld om de verschillen in betekeni...
يفتقر محتوى هذه المقالة إلى الاستشهاد بمصادر. فضلاً، ساهم في تطوير هذه المقالة من خلال إضافة مصادر موثوق بها. أي معلومات غير موثقة يمكن التشكيك بها وإزالتها. (يونيو 2023) تفتقر سيرة هذه الشخصية الحيّة إلى الاستشهاد بمصدر موثوق به يمكن التحقق منه. فضلاً، ساهم في تطويرها من خلال...
Canadian news network, division of Global Television Network This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Global News – news · newspapers · books · scholar · JSTOR (May 2021) (Learn how and when to remove this template message) Global NewsTypeDepartment of the Global Television NetworkIndustryMedia, newsF...
International transit route The Lapis Lazuli Route connects Afghanistan via the shortest way to the European and Balkan markets via the Caspian and Black Sea ports[1] Lapis Lazuli is an international transit route opened in 2018 linking Afghanistan to Turkey via Turkmenistan, Azerbaijan and Georgia.[2][3] The name “Lapis Lazuli” is derived from the historic route that Afghanistan's lapis lazuli and other semiprecious stones were exported along, over 2,000 years ago...
1920 film For the British film of the same year, see The Husband Hunter (British film). The Husband HunterMagazine Ad Directed byHoward M. MitchellWritten byJoseph F. PolandStory byF. Scott FitzgeraldBased onMyra Meets His Familyby F. Scott FitzgeraldProduced byFox Film CorporationStarringEileen PercyCinematographyWalter WilliamsDistributed byFox Film CorporationRelease date September 1920 (1920-September) Running time5 reelsCountryUSALanguageSilent (English intertitles The Husband ...
هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (نوفمبر 2019) ديل سميث معلومات شخصية الميلاد نوفمبر 1976 (47 سنة) ليستر مواطنة المملكة المتحدة الحياة العملية المدرسة الأم جامعة فيكتوريا في مانشستر المهنة...
American science fiction comedy-drama television series UploadGenre Comedy-drama Science fiction Satire Created byGreg DanielsStarring Robbie Amell Andy Allo Allegra Edwards Zainab Johnson Kevin Bigley Andrea Rosen Owen Daniels Josh Banday ComposerJoseph StephensCountry of originUnited StatesOriginal languageEnglishNo. of seasons3No. of episodes25ProductionExecutive producers Greg Daniels Howard Klein Production locationVancouver, B.C.Camera setupSingle-cameraRunning time24–46 minutesProduc...
EU road, rail and waterway investment priority areas Parts of this article (those related to the progress of the developments) need to be updated. Please help update this article to reflect recent events or newly available information. (September 2010) Map of the ten Pan-European transport corridors. The ten Pan-European transport corridors were defined at the second Pan-European transport Conference in Crete, March 1994, as routes in Central and Eastern Europe that required major investment ...
Викиучебникангл. Wikibooks URL www.wikibooks.org Коммерческий Нет Тип сайта проект Фонда Викимедиа[d] и MediaWiki-сайт[d] Регистрация Необязательная Расположение сервера Майами Владелец Фонд Викимедиа Создатель Джимми Уэйлс Начало работы 19 июля 2003 года Текущий статус работает и раз...
Roman Catholic diocese in Ecuador Diocese of LatacungaDioecesis LatacungensisCatedral de LatacungaLocationCountry EcuadorEcclesiastical provinceQuitoCoordinates0°56′S 78°37′W / 0.933°S 78.617°W / -0.933; -78.617StatisticsArea5,093 km2 (1,966 sq mi)Population- Total- Catholics(as of 2004)351,000300,000 (85.5%)Parishes40InformationDenominationRoman CatholicRiteLatin RiteEstablished5 December 1963 (60 years ago)CathedralCatedral ...