Filipp Lüdviq (alm. Philipp Ludwig; 2 oktyabr 1547[1], Çvaybrükgen – 22 avqust 1614[1], Noyburq an der Donau, Şvabiya dairəsi) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu idi.[2]
Filipp Lüdviq 1547-ci ildə Çvaybrükgendə Çvaybrükgen hersoqu Volfqanq və Hesseli Annanın ailəsində doğulub. Ailənin ən böyük oğlu idi. 1569-cu ildə atasının ölümündən sonra onun torpaqları Filip Lüdviq və dörd qardaşı arasında bölündü — Filip Lüdviq Noyburq hersoqluğunu aldı. O, 1574-cü ildə Yülix-Kleve-Berqin hakimi hersoq IV Vilhelmin qızı Anna (1552–1632) ilə evləndi və bu nikahdan Brandenburq Markqraflığına qarşı vərəsəlik mübahisəsində istifadə etdi. Tezliklə Vilhelmin yeganə oğlu İohann Vilhelm varissiz öldü. 1613-cü ildə Filipp Lüdviqin böyük oğlu katolikliyi qəbul etdi və İspaniya və Alman Katolik liqasının dəstəyini qazandı, Brandenburq isə Niderlandın dəstəyini aldı.[3] Lakin Filipp bu torpaqları tam olaraq ələ keçirə bilmədən 1614-cü ildə öldü.
27 sentyabr 1574-cü ildə Yülix-Kleve-Berqin hersoqu IV Vilhelmin qızı Anna (1552–1632) ilə evlənmişdi. Övladları: