Fade to Black (azərb. Soluruq) – Azərbaycanı 2022 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Nadir Rüstəmlinin müsabiqədə ifa etdiyi mahnı.[1] Mahnının sözləri və musiqisi Andreas Stone, Anderz Wrethov, Sebastian Schub, Thomas Stengaard-ə aiddir. Nadir Rüstəmli 2022-ci ildə "Səs Azərbaycan" mahnı müsabiqəsinin qalibi olmuşdur.