Fəxrəddin Altay

Fəxrəddin Altay
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 1880(1880-01-20) və ya 1880[1]
Doğum yeri
Vəfat tarixi 25 oktyabr 1974(1974-10-25) və ya 1974[1]
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Həyat yoldaşı Münimə xanım
Uşaqları Xeyrunisə və Tarık
Atası İsmayıl bəy
Anası Xeyriyyə xanım
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Qoşun növü Süvari
Xidmət illəri 1902-ci ildən
Rütbəsi general, ordu generalı
Döyüşlər Balkan müharibələri, Birinci Dünya müharibəsi, Türkiyə istiqlaliyyət müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəxrəddin Altay (20 yanvar 1880 və ya 1880[1], Şkoder25 oktyabr 1974 və ya 1974[1], İstanbul) — Türkiyə İstiqlaliyyət müharibəsi qəhrəmanlarından olan hərbçi və siyasətçi. Dumlupınar döyüşündən sonra yunan ordusunun geri çəkilməsini təmin edərək İzmirə girən ilk Türk süvarilərinin komandiridir.[2][3]

Həyatı

12 yanvar 1880 tarixində Albaniyanın Şkoder şəhərində anadan olub. Atası, Piyada zabiti İzmirli İsmayıl bəy və anası Xeyriyyə xanımdır.[4] Əli Fikri adında kiçik qardaşı olmuşdur.[5]

Təhsili

Atasının vəzifə təyinatları səbəbilə təhsil həyatı müxtəlif şəhərlərdə keçmişdir. İbtidai təhsilini Mardində bitirdikdən sonra Ərzincanda hərbi ibtidai, Ərzurumda hərbi orta təhsilini tamamlamışdır. 1897-ci ildə İstanbul Hərb məktəbini bitirdikdən sonra 1900-cü ildə Hərb Akademiyasına daxil olmuşdur. Buradakı təhsilini 1902-ci ildə tamamlayaraq, peşə həyatına başlamışdır.[4]

Hərbi karyerası

İlk vəzifə yeri olan Tunceli və ətrafında 8 il xidmət etmişdir. 1905-ci ildə mayor 1908-ci ildə isə minbaşı rütbəsi almışdır. 1912-ci ildə Münimə xanım ilə evlənmiş, bu nikahdan Xeyrunisə və Tarık adlı iki övladı olmuşdur. II Balkan müharibəsi əsnasında Çatalca Tayfa Süvari Briqadasının rəisi olaraq xidmət göstərmişdir. Ədirnəyə qədər gələn bulqar ordusunun hücumunun qarşısını almışdır. Birinci Dünya müharibəsi başlayanda 3-cü korpus Qərargah rəisi idi. Çanaqqala cəbhəsində də xidmət göstərmişdir. Bu müddət ərzində ilk dəfə Mustafa Kamal ilə tanış olmuş, Çanaqqala döyüşündən sonra qılınclı qızıl ləyaqət və gümüş imtiyaz döyüş medalları ilə təltif edilmişdir. 1915-ci ildə Hərbi Nəzarət üzrə müşavir müavini vəzifəsinə təyin edilmiş və eyni ildə polkovnik rütbəsinə yüksəlmişdir. Qısa bir müddət Rumıniya İbrail cəbhəsində xidmət etdikdən sonra Fələstin cəbhəsinə korpus komandiri olaraq göndərilmişdir. Fələstində məğlubiyyətdən sonra, korpusun qərargahı Konyaya köçürüldü. Bu səbəbdən müharibənin sonunda Konyada 12-ci korpus komandiri olaraq xidmət etmişdir.

Türkiyə İstiqlaliyyət müharibəsində iştirakı

Konyada Fəxrəddin Altayın ətrafında milli qurtuluş fəaliyyəti ilə məşğul olan şəxslər var idi. O, bir müddət milli hərəkata qoşulmaq üçün tərəddüd etsə də, İstanbulun rəsmi işğalından sonra, Nümayəndələr Şurası tərəfindən qəbul edilən İstanbul ilə bütün əlaqələrin kəsilməsi qərarına qarşı çıxmışdır.[4] Bu da Refet bəyin tabeliyində olan suvari dəstələrinin Afyondan Konyaya gəlişinə səbəb olmuşdu. Refet bəy, Sarayönü stansiyasına gələrək Fəxrəddin bəyi yanına dəvət etmiş və vilayət valisi, bələdiyyə başçısı, müfti, müdafiə hüquq cəmiyyəti də daxil olmaqla müxalif olaraq tanınan hər kəsi özü ilə gətirməsini istəmişdi. Qrup Mustafa Kamala olan bağlılılqlarını göstərmək məqsədilə silahlı mühafizələrin nəzarəti altında qatara mindirilmişdi. Mustafa Kamalla Ankarada görüşündən sonra tərəddüdləri aradan qalxan Fəxrəddin bəy bundan sonra İstanbuldan deyil Ankaradan əmir almaq barədə fikrini qətiləşdirmişdi.[4] 1-ci TBMM-də millətvəkili olaraq yer almışdı. Məclisdə qruplar yaradılarkən nə 1-ci, nə də 2-ci qrupa daxil olmuş, bağımsızlar adlandırılan yeni bir qrup siyahısı təqdim etmişdi. İstiqlaliyyət müharibəsi ərzində 12-ci korpus komandiri olaraq Konya üsyanının yatırılmasında, o cümlədən, 1-ci və 2-ci İnönü döyüşlərindəSakarya döyüşündə iştirak etmişdir. 1921-ci ildə general-mayor rütbəsi alaraq Paşa olmuşdur. Dərhal sonra Süvari Qrup komandirliyi vəzifəsinə yüksəlmişdir. İstiqlaliyyət müharibəsinin son illərində Uşak, Afyon, Alaşəhər ətrafı toqquşmalarda süvariləri yüksək xidmət göstərmişdir. Kütahyanın Emet qəsəbəsində Emet əhalisi və süvariləri tərəfindən qaçırılan yunan ordusunu qovaraq İzmirə daxil olan ilk süvari alayları da onun tabeliyində idi. 10 sentyabr tarixində İzmirdə Baş komandan Marşal Qazi Mustafa Kamal Atatürk Paşanı qarşılamışdı. Böyük hücumdakı fəaliyyətinə görə general – polkovnik rütbəsinə yüksəlmişdir. İzmirin xilasından sonra tabeliyində olan süvari kropusu ilə Çanaqqala boğazından keçərək İstanbula yönəldi. Bu hadisənin nəticəsində Birləşmiş Krallıq, Fransa və Kanadaya da siyasi təsirləri olan Çanaqqala krizi meydana gəldi.[6]

Millət vəkilliyi

TBMM-in 1-ci çağırışında Mərsin millət vəkili olaraq fəaliyyət göstərsə də cəbhədəki vəzifəsini də mütəmadi olaraq yerinə yetirmişdir. TBMM-in 2-i çağırışında isə İzmir millət vəkili idi. Digər tərəfdən də, 5-ci korpus komandiri olaraq xidmət göstərmişdir. Baş komandan Marşal Qazi Mustafa Kamal Paşanın 1924-cü ildə İzmirə səfəri zamanı onu müşayiət etmişdir. Eyni zamanda həm hərbçi həm də millət vəkili olaraq xidmət göstərmək mümkün olmadıqda Mustafa Kamal Paşanın xahişi ilə məclisə istefasını vermiş, orduda xidmətə davam etmişdir.[5]

Digər fəaliyyətləri

Diyarbəkirdə Atatürk, Altay və Afət İnan (1937)

1926-cı ildə ordu generalı rütbəsinə yüksəlmişdir. 1927-ci ildə müalicə üçün Avropaya gedən Fevzi Paşanın yerinə Baş qərargah rəisliyi vəzifəsinə gəlmişdir. 1928-ci ildə Türkiyədə səfərdə olan Əfqan kralı Əmanullah xan ilə yoldaşı kraliça Sürəyya xanımı qonaq etmişdir. 1930-cu ildə Menemen hadisəsindən sonra Menemen, Balıkəsir, Manisada hərbi vəziyyət elan edildiyi bir vaxtda hərbi vəziyyət komandiri olaraq təyin edilmişdir. 1933-cü ildə 1-ci ordu komandiri vəzifəsinə gətirilmişdir.1934-cü ildə Qızıl Ordu hərbi təlimlərinə dəvət edilən tək ölkə — Türkiyə hərbi heyətinin rəhbəri olmuşdur. Eyni il İran və Əfqanıstan arasıda sərhədlə bağlı yaranan münaqişənin həllində vasitəçi olmuşdur. Onun hazırladığı hesabat münaqişənin həlli üçün əsas idi. Atabay hakimliyi adlanan hesabat, halhazırki İran – Əfqanıstan sərhəd xəttinin cənub hissəsinin çəkilməsini təmin etmişidir. 1936-cı ildə Birləşmiş krallıq hökmdarı VIII Eduardın Çanaqqala döyüşü baş verən ərazilərə səfəri zamanı onu müşayiət etmişdir. 1938-ci ildə Atatürkün dəfn mərasiminə rəhbərlik etmişdir. 1945-ci ildə isə, Ali Hərbi Şura üzvlüyü zamanı yaş həddinə görə təqaüdə çıxmışdır. 1946–1950-ci illər ərazində CXP-nin Burdur millət vəkili olmuşdur. 1950-ci ildən sonra siyasi həyatdan çəkilərək İstanbula yerləşmiş və 25 oktyabr 1974-cü ildə isə vəfat etmişdir. İlk əvvəl Aşiyan məzarlığında dəfn olunsa da 1988-ci ildə qəbri Ankara Dövlət Qəbiristanlığına köçürülmüşdür.[7]

Soyad qanunu və Fəxrəddin Paşanın "Altay" soyadı

1966-cı ildə Fəxrəddin Altay Paşa Altay klubuna ziyarət edərkən Altay soyadını alması barədə danışır :[4]

" Ulu Öndər Mustafa Kamal Paşa ilə danışıq illərində İzmiri ziyarət etdiyimiz zaman Altay ilə ingilis dəniz donanma yığması arasında futbol matçı var idi. Biz matçı birlikdə izlədik. Altayın gözəl oyunundan təsirlənən Mustafa Kamal kövrəldi və qürur duydu. Daha sonra Altayın oyunçularına öz təşəkkürlərini bildirdi. Bu hadisədən bir müddət sonra İran ilə olan sərhəd münaqişəsini həll etmək vəzifəsini Mustafa Kamal Paşa mənə tapşırdı və Təbrizə yola düşdüm. Mən Təbrizdə olduğum zaman Məclisdə soyad qanunu müzakirə edilmiş və ittifaqla Qazi Mustafa Kamal Paşaya Atatürk soyadı verilmişdi. Bütün yurd onu yeni soyadı münasibətilə təbrik edirdi. Mən də bir teleqraf yazaraq öz təbriklərimi çatdırmışdım. Atatürk isə cavab məktubunda yazırdı: Hörmətli Fəxrəddin Altay Paşa, mən də səni təbrik edir, Altay kimi şanlı şərəfli günlər diləyirəm. Teleqrafı aldığım zaman gözlərim doldu. Atatürk birlikdə izlədiyimiz Altay matçının xatirəsinə ithafən mənə bu soyadı layiq görmüşdü. "

"Altay" tankı

Hazırlanmasına 2007-ci ildə başlanılan Türk istehsalı Altay tankı Türkiyə İstiqlaliyyət müharibəsi zamanı 5-ci korpus komandiri Fəxrəddin Altayın xatirəsinə əsasən belə adlandırılmışdır.[7]

Əsərləri

  • Türkiyə İstiqlaliyyət müharibəsində süvari korpusunun hərakatı
  • İstiqlal hərbimizdə süvari korpusu
  • İslam dini
  • On il döyüşü və sonrası 1912–1922
  • İzmir faciəsinin mühakiməsi, № 89, 1959 (məqalə)
  • Birinci Dünya müharibəsində cərəyan edən Üçüncü Qəzzə döyüşünə dair verilən konfrans
  • Üçüncü Qəzzə və Qüds döyüşü xatirələri
  • İmperatorluq, ittihad və tərəqqi, cümhuriyyət 1902–1938 üç dövrün rəsmləri[2]

Nişan və medalları

  • Alman ikinci dərəcəli Xrom nişanı
  • Bürünc və Dəmir xaç nişanı
  • Müharibə gümüş imtiyaz medalı
  • Avstriya Hərbi ləyaqət nişanı
  • Müharibə qızıl ləyaqət medalı
  • Əfqanıstan nişanı
  • TBMM İstiqlal medalı və təşəkkürnamə[2]

İstinadlar

  1. 1 2 3 4 Identifiants et Référentiels (fr.). ABES, 2011.
  2. 1 2 3 "Fahrettin Altay, Orgeneral (1315 — P.1) (1880–1974)". 2019-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-12.
  3. "fahrettin altay". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-12.
  4. 1 2 3 4 5 Mustafa Okuklu, Fahrettin Altay, Dokuz Eylül Üniversitesi Atatürk İlkeleri ve İnkılâp Tarihi Enstitüsü, Yüksek Tez Çalışması, İzmir 2009
  5. 1 2 "Fahreddin Altay — asker ve siyasetçi". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-12.
  6. "Fahrettin Altay". 2017-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-12.
  7. 1 2 "Fəxrəddin Altay". 2011-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-12.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!