Örtük epiteli — orqanizmin xarici səthini, seroz qişaların və boşluqlu orqanların daxili səthini örtür.
Vəzi epiteli — bir çox vəzinin quruluşunun əsasını təşkil edir.
Əzələvi epitel
Hissi epitel
Örtük epiteli
Örtük epiteli toxuması orqanizmin daxili mühiti ilə xarici mühit arasında sərhəd rolu oynadığı üçün hüdudi toxuma da adlandırılır. Bundan əlavə, örtük epitelin, həm də mübadilə, müdafiə, sorulma, sekresiya, boşluqdaxili orqanların hərəkətliliyini təmin etmə kimi funksiyaları var. Bunlara misal olaraq müdafiə vəzifəsini yerinə yetirənlərə dəri epitelini, sorulma funksiyasını yerinə yetirən örtük epitelinə bağırsaqların epitelini, ifrazata böyrək epitelini nümunə göstərmək olar. Sonuncusu isə seroz qişaların azad səthini örtür. Bu cür epitel bədən boşluqlarında yerləşən daxili orqanların hərəkətliliyini tənzimləyərək onların kənar törəmələrlə birləşməsinin qarşısını alır.
Təsnifatı
Örtük epiteli toxuması bir neçə cür təsnif olunur: morfo-funksional xüsusiyyətlərinə, mənşəyinə görə, quruluşuna görə.
Morfo-funksional təsnifat
Morfo-funksional cəhətdən örtük epitelin 6 tipi ayırd olunur:
epidermal epitel
enterodermal epitel
nefrodermal epitel
selomik epitel (mezotel)
ependimoqlial epitel
angiodermal epitel
Epidermal epitel
Epidermal epitel çoxqatlı, yaxud çoxsıralı quruluşa malik olub, başlıca olaraq, mühafizə funksiyası yerinə yetirir. Məsələn: dərinin çoxqatlı buynuzlaşan epiteli.
Enterodermal epitel
Enterodermal epitel birqatlı quruluşa malikdir. Bu epitelin sorulma funksiyası var. Məsələn: bağırsaq epiteli.
Nefrodermal epitel
Nefrodermal epitel birqatlıdır, kubabənzər və silindrik hüceyrələrdən təşkil olunmuşdur. Mühafizə, sorucu və ən əsası, ekskretor funksiya daşıyır. Məsələn: sidik kanalcıqlarını daxildən örtən böyrək epiteli.
Selomik epitel
Selomik epitel və ya mezotel birqatlıdır, yastı hüceyrələrdən qurulmuşdur. Seroz qişaların səthini hamar və nəm edir.
Ependimoqlial epitel
Ependimoqlial epitel birqatlıdır, silindrik hüceyrələrdən ibarətdir. Qütblük (polyarlıq) xüsusiyyətinə malik olub hüdudi, istinad və sekretor funksiya daşıyır. Ependimoqlial epitel onurğa beyni kanalı və beyin mədəciklərini daxildən örtür.
Angiodermal epitel
Angiodermal epitel birqatlıdır, yastı hüceyrələrdən qurulmuşdur. Angiodermal epitel bariyer və qidalanma (trofik) funksiya yerinə yetirir. Qan damarlarının divarında vardır.
Mənşəyinə görə örtük epiteli toxumasının təsnifatı
Örtük epiteli embrional inkişaf zamanı müxtəlif mənbələrdən inkişaf edir:
Epidermal və ependimoqlial epitel ektodermadan, nefrodermal və selomik epitel (mezotel) mezodermadan, enterodermal epitel entodermadan, angiodermal epitel isə mezenximdən törəyir. Ependimoqlial epitel, daha da dəqiqi, sinir borusundan inkişaf edilməsində proses həyata keçirilir
Histoloji quruluşuna görə örtük epitelin təsnifatı
Örtük epiteli daha çox quruluşuna görə təsnif olunur. Bunu aşağıdakı kimi göstərmək daha əlverişlidir:
Örtük epitel toxuması
Birqatlı epitel (Sadə epitel)
Çoxqatlı epitel
Birsıralı
Çoxsıralı
Keçid
Yastı
Yastı
Kubabənzər
Silindrik (prizmatik)
Silindrik (prizmatik)
Buynuzlaşmayan (qərniləşməyən)
Buynuzlaşan (qərniləşən)
Birqatlı (sadə) örtük epiteli toxuması
Örtük epiteli toxuması quruluşuna görə birqatlı və çoxqatlı olur. Birqatlı epiteldə, adından da məlum olduğu kimi, bütün hüceyrələri bazal zarla (membran) təmasdadır və tək qat halında düzülmüşlər.
Birqatlı örtük epiteli toxuması birsıralı və çoxsıralı olur. Birqatlı birsıralı epiteldə nüvələr tək sırada, çoxsıralıda isə hüceyərələrin nüvələri müxtəlif səviyyələrdə düzülmüşdür. Həmçinin birqatlı epiteldə toxumaların hər birində hüceyrələr eyni formada (kubabənzər, yastı və ya prizmatik), çoxqatlı epiteldə isə eyni anda müxtəlif formada olur. Bu səbəbdən birqatlı birsıralı epitel toxuması izomorf, birqatlı çoxsıralı və çoxqatlı epitel toxumaları anizomorfdur.
Birqatlı yastı epitel toxuması
Əvvəl də qeyd olunduğu kimi, birqatlı örtük epiteli toxuması birsıralı və çoxsıralı olur. Birqatlı birsıralı epitelin növlərindən biri birqatlı yastı epiteldir. Birqatlı yastı epitel toxuması özü də 2 cür olur: endotel və mezotel.
Endotel birqatlı yastı epitel
Endotel (q.yun.endos — daxili; q.yun.theleos — örtən) qan və limfa damarlarının, ürək kameralarının daxili səthini örtən strukturdur. O, yastı, çoxbucaqlı, kənarları girintili-çıxıntılı, bir-birilə sıx təmasda olan endotel hüceyrələrindən (endoliosit) təşkil olunmuşdur. Damarların divarlarındakı endoliositlər daha yastı olur.
Onların qanla təmasda olan səthlərində submikroskopik tükcüklər vardır.
Endoliositlərin tərkibində orqanoidlər azdır və bu orqanoidlərdən endoplazmatik şəbəkə və mitoxondrilərə rast gəlinir. Bundan əlavə, endoliositlərin sitoplazmasında çoxlu qlikogen və askorbin turşusu (C vitamini) vardır.
Endotel hüceyrələr mezenximdən inkişaf etmişdir, mitoz və amitoz yollar çoxalır. Funksiyalarına gəldikdə isə endotel hüdudi vəzifə daşımaqla yanaşı, həm də qan ilə digər toxumalar arasında qazlar və maddələr mübadiləsini təmin edir.
Mezotel birqatlı yastı epitel
Mezotel (q.yun.mesos — orta; q.yun.theleos — örtən) seroz qişaların (plevra, periton, perikard) azad səthləri və bədən boşluqlarının divarı ilə yanaşı, həm də ağciyər alveolları və böyrək yumaqcığı kapsullarında rast gəlinir.
Mezotel toxumasını təşkil edən hüceyrələr mezoteliositlər adlanır. Mezoteliositlər çoxbucaqlı formaya malikdir və qıraqları girintili-çıxıntılıdır. Onların azad səthində submikroskopik xovcuqlar müəyyən olunmuşdur.
Əsasən, birnüvəli olsalar da, iki və üçnüvəli mezoteliositlərə də rast gəlinir.
Mezotel digər yastı epitel toxumalarından fərqli olaraq xarici mühitlə əlaqəni itirdiyinə görə mezoteliositlərdə qütblük (polyarlıq) yoxdur.
Mezoliositlər mezodermadan inkişaf etdiyi üçün uyğun toxuma belə (mezotel) adlanır. Onlar amitoz yolla da bölünür və bu zaman çoxnüvəli hüceyrələr əmələ gəlir. Mezotel mühafizə funksiyasına malikdir. Belə ki, bu hüceyərlər xüsusi maye ifraz edərək seroz qişaların səthini hamar və nəm saxlayır ki, bu da daxili orqanların rahat sürüşməsini təmin edərək onların ətrafdakı törəmələrlə bitişməsinin qarşısını alır.
Birqatlı kubabənzər epitel toxuması
Birqatlı birsıralı örtük epiteli toxumasının başqa bir növü kubabənzər epiteldir. Bu toxuma növü qaraciyər və mədəaltı vəzin kiçik axacaqlarını, ağciyərin kiçik bronxlarını, böyrəklərin qıvrım sidik borucuqlarını daxildən və yumurtalığı xaricdən örtür.
Birqatlı kubabənzər örtük epiteli toxuması çox sıx yerləşmiş, eni və hündürlüyü, adətən, eyni olan, kubabənzər hüceyrələrdən təşkil olunur. Bəzi nahiyələrdə, məsələn, ağciyərin kiçik bronxlarında toxumanın sərbəst səthində ehtizazlı kirpiklərə rast gəlinir.
Kubabənzər örtük epiteli hüceyrələri müxtəlif mənşələrdən inkişaf edir. Ağciyər, qaraciyər və mədəaltı vəzidə rast gəlinən belə hücyrələr entodermadan, yumurtalıqları xaricdən örtən və böyrəklərdəki kubabənzər epitel isə mezodermadan inkişaf edir.
Bu toxuma böyrək kanalcıqlarında reabsorbsiya (geriyə sorulma) prosesini təmin edir. Həm də digər örtük epiteli toxumaları kimi mühafizə funksiyası da vardır.
Birqatlı silindrik (prizmatik) epitel toxuması
Birqatlı birsıralı örtük epiteli toxumasının daha bir növü də silindrik (prizmatik) epiteldir. Bu toxuma növü nazik və yoğun bağırsağın, öd kisəsinin, qaraciyər və mədəaltı vəzin axacaqlarının, balalıq boynu və borularının, böyrəyn yığıcı borucuqlarının daxili səthini örtür.
Haqqında danışılan toxumanı təşkil edən hüceyrələr silindrik formada və bir-birlərinə çox sıx yerləşmiş olur. Birqatlı birsıralı örtük epiteli 3 yarımnövə ayrılır: haşiyəli, vəzi və ehtizazlı.
Haşiyəli epitelə sorulma prosesinin güclü olduğu yerlərdə rast gəlinir. Bu yerdə epitelin səthində epiteliositlər (epitel hüceyərləri) mikroxovcuqlardan ibarət olan sorucu haşiyəyə malik olur.
Birqatlı silindrik vəzili epiteldə silindrik hüceyrələrin arasında selik ifraz qədəhəbənzər birhüceyrəli vəzilər olur.
Ehtizazlı epiteldə isə epitelin sərbəst səthində hərəkəti təmin edən kirpklər olur.
Birqatlı birsıralı silindrik epitel də kubabənzər epitel kimi entodermadan (mədə, bağırsaqlar, öd kisəsi, qaraciyər, mədəaltı vəzidəki) və mezodermadan (böyrəklər, balalıq, balalıq borularındakı) inkişaf edir.
Əvvəl də qeyd olunduğu kimi, bu toxumanın hüdudi, mühafizə, sorulma, sekretor funksiyaları var.
Çoxsıralı epitel birsıralı epiteldən fərqli olaraq eyni deyil, müxtəlif forma və ölçülü hüceyrələrdən təşkil olunmuş, həmçinin hüceyrələrin nüvələri tək sırada deyil, bir neçə sırada (əsasən, 3 sıra) düzülmüşdür. Yəni, anizomorf toxumadır. Bu baxımdan çoxqatlı örtük epitelinə yaxın olsa da, toxumanı təşkil edən bütün hüceyrələrin proksimal qütbü bazal membrana birləşmiş olduğundan çoxqatlı epiteldən fərqlənir. Elə buna görə də psevdoçoxqatlı, yəni yalançı çoxqatlı epitel də adlandırılır.
Çoxsıralı birqatlı epitelin yalnız bir növü — çoxsıralı ehtizazlı (kirpikli) epitel aşkar edilmişdir. Çoxsıralı ehtizazlı epitelin sərbəst səthində kirpiklərə rast gəlinir. Bu toxumada 4 növ hüceyrə vardır: ehtizazlı (kirpikli), qədəhəbənzər, qısa ara, uzun ara hüceyrələr.
Ehtizazlı hüceyrələrin proksimal hissəsi dar, distal hissəsi genişdir və üzərində 250-yə qədər kirpik olur. Nüvələri distal hissədə yerləşdiyi üçün yuxarı sıranı əmələ gətirir. Bu hüceyrələrin distal hissəsi bir-birilə təmas edərək ümumi kirpikli səth formalaşdırır. Bu kirpiklərin tərkibindəki fibrillər nəm mühitdə onlara hərəkət etmək imkanı yaradır.
Qədəhəbənzər hüceyrələr xüsusi selik (mutsin) ifraz edir. Orta sıranı əmələ gətirir.
Qısa ara hüceyrələr kirpikli hüceyrələrdən fərqli olaraq geniş proksimal və dar distal hissəyə malikdir. Nüvə proksimal hissədə yerləşərək aşağı sıranı əmələ gətirir. Qısa olduqları üçün distal ucları epitelin səthindən çox aralı olur.
Uzun ara hüceyrələr iyşəkilldir və qısa ara hüceyrələrdən xeyli hündürdür. Orta sıranı əmələ gətirir.
Qısa və uzun ara hüceyrələr çoxsıralı örtük epiteli toxumasının sütun hüceyrələridir. Onların bölünməsindən əmələ gələn yeni ara hüceyrələr differensiasiya edərək (ixtisaslaşaraq) mühafizə funksiyası yerinə yetirən kirpikli və qədəhəbənzər hüceyrələrə çevrilir.
Çoxqatlı örtük epiteli toxuması xarici təsirə daha çox məruz qalan orqanların səthini örtür. Bu toxumaya dərinin epidermisində, ağız boşluğu, dil, udlaq, qida borusu və balalıq yolunun azad səthində, göz almasının ön tərəfində, böyrək kasaları, böyrək ləyəni, sidik axarları, sidik kisəsi, sidik kanalının daxili səyhində rast gəlinir.
Çoxqatlı örtük epiteli toxuması anizomorfdur, hüceyrələr bir neçə qatda düzülüb. Ən alt qatda olan hüceyrə qrupu bazal zarla təmasdadır. Digər hüceyrə qatları isə bu qatın üzərində yerləşərək təbəqələr əmələ gətirir və bazar zarla birbaşa təmasları olmur. Birinci və ikinci qatın hüceyrələri cavandır və tərkibindəki maddələrin qatılığı çox olduğu üçün tünd rənglə boyanır. Üst qatlarda isə yaşlı və yüksək ixtisaslaşmış hüceyrələr yerləşir. Bu hüceyrələr boyanarkən yuxarı qatlara doğru rəng açılır.
Çoxqatlı örtük epiteli toxuması ektoderma və mezodermadan inkişaf edir. Çoxqatlı epiteldə yalnız birinci (bəzən, həm də ikinci) qatın hüceyrələri buna qabildir. Bu toxumanın əsas vəzifəsi mühafizədir. Birqatlı örtük epiteli toxumasından fərqli olaraq sorulma və sekretor funksiyası yoxdur.
Çoxqatlı örtük epitelinin 2 növü var:
keçid epiteli
çoxqatlı yastı epitel
Çoxqatlı keçid epitel toxuması
Çoxqatlı keçid epitel toxuması divarları gərginləşməyə məruz qalan orqanların (böyrək kasaları, böyrək ləyəni, sidik axarları, sidik kisəsi və qismən sidik kanalı) daxili səthini örtür. Bu orqanların boş və dolu olmasından asılı olaraq keçid epiteli toxumasının qalınlığı və hüceyrələrinin forması dəyişir.
Keçid epitel toxumasında iki qat — bazal (əsas) qat və örtük qat ayırd edilir. Orqan dolu olduqda bu orqanın divarı dartılır və toxuma nazilir. Bu zaman örtük qatın hüceyrələri yastılaşır. Onun altında yerləşən bazal qatda isə yastı və nisbətən böyük girdə (və ya çoxbucaqlı) formalı hüceyrələr nəzərə çarpır. Bazal qatın hüceyrələri bu halda bərabər səviyyədə düzülsə də, yastı hüceyrələrin nüvəsi bazal zara yaxın, girdə hüceyrələrin nüvəsi isə bir qədər yuxarıda yerləşir.
Orqan boş olduqda isə divarı yığılır və keçid epitel toxuması qalınlaşır. Bu zaman örtük qatın hüceyrələri günbəz şəklini alır. Bazal qatın hüceyrələri isə sıxlaşaraq qısa və silindrəbənzər formalı hüceyrələrə çevrilir. Bu halda nüvələr fərqli səviyyələrdə yerləşir ki, bu da çoxsıralı quruluş əmələ gətirir.
Keçid epitel toxuması mezodermal mənşəlidir və mühafizə funksiyası yerinə yetirir.
Çoxqatlı yastı örtük epiteli toxuması
Çoxqatlı yastı örtük epiteli toxumasının 2 növü var:
Çoxqatlı yastı buynuzlaşmayan (qərniləşməyən) örtük epiteli toxuması daxili və ya xarici səthi nəm olan orqanları (gözün buynuz qişasını xaricdən, ağız boşluğu, dil, udlaq, balalıq yolunu daxildən) örtür. Nəmliyi təmin edən maye bu epitelin altında yerləşən kövək lifli birləşdirici toxumada yerləşən vəzilər, həmçinin gözdə göz yaşı vəziləri tərəfindən ifraz edilir.
Bazal qat bir-birilə sıx şəkildə yerləşərək bazal membran üzərində tək qat halında düzülmüş silindrik hüceyrələrdən ibarətdir. Bu qatın hüceyrələri mitoz yolla çoxalaraq yuxarı qatların hüceyrələrinə başlanğıc verdiyi üçün böyümə qatı da adlanır.
Tikanlı qatın hüceyrələri bir neçə qısa tikanabənzər çıxıntıya malikdir. Bazal qatla təmasda olan tikanlı qat hüceyrələri nisbətən hündürdür, yuxarı sıralara doğru getdikcə isə hüceyrələr yastılaşaraq girdə və ya çoxbucaqlı forma alır.
Yastı hüceyrələr qatı və ya səthi qat tikanlı hüceyrələr qatının üzərində yerləşir və yastı hüceyrələrdən təşkil olunmuşdur. Xarici mühitlə təmasda olduğu üçün bu qatın hüceyrələrində müəyyən uyğunlaşmalar baş vermişdir: hüceyrələrin kənarı düz forma alaraq bir-birinə daha sıx söykənməsinə zəmin yaradır; sitoplazması sıxlaşır; nüvə və orqanoidləri çox vaxt reduksiyaya uğrayır. Səthi qatın hüceyrələri həyatını başa vuraraq toxumadan qopub ayrılır və böyümə qatının hüceyrələrinin yuxarıya miqrasiyasının hesabına sayı bərpa olur.
Çoxqatlı yastı buynuzlaşmayan epitel ektodermadan inkişaf edir və mühafizə vəzifəsi yerinə yetirir.
Çoxqatlı yastı buynuzlaşan epitel
Çoxqatlı yastı buynuzlaşan (qərniləşən) örtük epiteli toxumasına dərinin epidermisində rast gəlinir. Quruluşuna görə (əsas və tikanlı hüceyrələr qatı) çoxqatlı yastı buynuzlaşmayan örtük epiteli toxuması ilə bənzərdir, lakin əsas fərq ondadır ki, bu toxumanın səthi qatındakı canlı hüceyrələr tədricən buynuz pulcuqlara çevrilir. Xarici mexaniki təsirlərə daha çox məruz qalan ovuc, ayaqların altı, barmaqların epidermisi qalındır və bu nahiyələrdəki buynuzlaşan epitel toxuması 5 qatdan ibarətdir:
bazal (əsas) qat
tikanlı hüceyrələr qatı
dənəli qatı
parlaq qat
buynuz qat.
Bədənin digər nahiyələrindəki parlaq qat olmadığından 4 qatdan ibarətdir.
Əsas (bazal) qat bir sırada düzülmüş silindrik epitel hüceyrələrindən ibarətdir. Əsas qatın hüceyrələrinin sitoplazmasında tonofilamentlər formalaşan xüsusi zülallar sintez olunur. Bu hüceyrələr sütun hüceyrələr adlanır. Onlar mitoz yolla bölünərək differensiasiya edir və yuxarı qatlara doğru mqrasiya edərək həmin qatları bərpa edir. Bu səbəbdən əsas qat böyümə qatı və ya maya qatı da adlandırılır. Bu qata, həmçinin Malpigi qatı da deyilir.
Tikanlı hüceyrələr qatı və ya tikanlı qat 5–10 sırada düzülmüş, tikanlı çıxıntılara malik olan və yastı, girdə, yaxud çoxbucaqlı formalı hüceyrələrdən ibarətdir. Əsas qatda olduğu kimi tikanlı hüceyrələr qatının da hüceyrələrinin sitoplazmasında tonofilament dəstələrindən təşkil olunmuş tonofibrillər var.
Tikanlı qatın hüceyrələri çoxlu desmosom vasitəsilə bir-birilə birləşir. Həmçinin əsas və tikanlı hüceyrələr qatında epitel hüceyrələrindən (epiteliositlər) başqa desmosomla rabitəsi olmayan və sərbəst yerləşən çıxıntılı, piqmentli hüceyrələrə (melanositlər) və epidermal makrofaqlara (dendrositlər və limfositlər) təsadüf olunur. Melanositlərin sayı epiteliositlərdən 10 dəfə azdır. Melanositlər dəriyə rəng verən melanin piqmenti toplayır, həmçinin bu hüceyrələrin tərkibində tonofibrillərə rast gəlinmir. Günəş şüasının təsirindən dəridə melanin sintezi güclənir. Bu piqment dəriyə rəng verməklə yanaşı, həm də qoruyucu funksiya yerinə yetirir — piqment günəş şüasını udaraq dərini alt qatlarını qısadalğalğalı şüaların mənfi təsirlərindən qoruyur. Buna görə də melanin piqmenti çatışmadıqda (məsələn, albinizm zamanı) dəri xərçəngi riski yüksək olur. Makrofaqlar isə epidermisdə yerli immun sitemi yaradır.
Dənəli qat 3–4 sırada düzülmüş yastı hüceyrələrdən ibarətdir. Bu hüceyrələrin sitoplazmasında mitoxondri, ribosom, lizosom, tonofibrillər, keratohialin dənələrinə təsadüf olunur. Keratohialin fibrilyar zülallardır. Bunlar sonrakı qatlarda, əvvəlcə, eleidin maddəsinə, sonra isə keratinə (buynuz maddə) çevrilir.
Parlaq qat da 3–4 sırada düzülmüş yastı hüceyrələrdən ibarətdir. Bu qatın hüceyrələrində nüvə parçalanaraq məhv olur (karioreksisə uğrayır). Hüceyrələrinin sitoplazmasında dənəli qatın keratohialin dənələrindən əmələ gəlmiş eleidin maddəsi hopur. Bu zülal işığı sındıraraq qata parlaqlıq verdiyi üçün parlaq qat eynicinsli zolaq şəklində görünür və hüceyrələr arasındakı hüdud seçilmir.
Buynuz qat buynuz pulcuqlardan təşkil olunmuşdur. Bunlar keratin (buynuz maddə) və hava qovuqcuqları ilə doludur. Beşqatlı epidermisdə buynuzlaşma prosesi zamanı parlaq qatın canlı hüceyrələri buynuz qata doğru miqrasiya edir. Bu hüceyrələrin sitoplazma elementləri məhv olur, tərkibindəki keratohialin kompleksi tonofibrilləri keratin fibrillərinə çevrilir və bir neçə sırada düzülmüş buynuz pulcuqlar əmələ gəlir. Sonradan ən üst sıradakı buynuz pulcuqlar lizosom fermentlərinin təsirindən tədricən qopub ayrılır. Buynuzlaşma prosesi mühit şəraitindən və A vitamininin orqanizmdəki miqdarından asılıdır. Bu vitamin çaışmadıqda proses ləngiyir. Buynuz qatın orqanizmdə rolu bunlardan ibarətdir:
Suyu pis keçirdiyi üçün orqanizmin maye balansını qoruyur;
İstiliyi pis keçirdiyinə görə bədən temperaturunu tənzimləyir;
Qalın, möhkəm və elastik olduğundan bədəni mexaniki təsirlərdən qoruyur;
Bakterial infeksiya və mikrobların, həmçinin müxtəlif maddələrin dərinin alt qatlarına keçməsinin qarşısını alır.
Regenerasiyası
Örtük epiteli toxuması hüdudi toxuma olduğu üçün daim müxtəlif təsirlərə məruz qalır, hüceyrələri zədələnir və ya məhv olur. Bu baxımdan toxuma yüksək regenerasiya qabiliyyətinə malikdir və ömür boyu özünü bərpa edir və yeniləyir. Regenerasiya bölünə bilən epitel hüceyrələri hesabına gedir. Birqatlı epiteldə, əsasən, bütün hüceyrələr regenerasiya qabiliyyətinə malik olsalar da, çoxqatlı epiteldə yalnız birinci (bəzən, həm də ikinci) qatın hüceyrələri buna qabildir. Yuxarı qatlardakı hüceyrələr isə aşağı qatın hüceyrələrinin yuxarıya miqrasiyası nəticəsində yeniləri ilə əvəz olunur.
Örtük epiteli toxumasının regenerasiyası zamanı hər növ özünə bənzər epitel yaratsa da, birqatlı çoxsıralı epiteldən reparatİv (bərpa) regenerasiya nəticəsində bəzən çoxqatlı epitel (dəri epiteli) əmələ gəlir.
Örtük epiteli bərpa olarkən yaranın kənarındakı hüceyrələr mitoz yolla sürətlə bölünərək zədələnmiş nahiyənin üzərində nazik qat formalaşdırır, sonra isə tədricən toxumanın tamlığı bərpa olunur.
Vaskulyarizasiyası
Örtük epiteli toxumasında qan damarları olmur. Bu toxumanın hüceyrələrinə qida maddələri diffuz yolla bazal zarın altındakı birləşdirici toxumadakı qan damarlarından gəlir.
İnnervasiyası
Örtük epiteli toxuması sinir sistemi ilə yaxşı təchiz olunub. Onun daxilində toxunma, təzyiq, ağrı, temperatur kimi qıcıqları qəbul edən reseptorlar var.
Vəzi epiteli toxuması vəzi hüceyrələrindən (qlandulositlər) təşkil olunub. Bəzi vəzi hüceyrələri orqanların tərkibinə daxildir (məsələn, kiçik ağız suyu vəziləri, böyrək vəziləri, mədə vəziləri və s.), bəziləri isə xüsusi orqanlar vəzilər formalaşdırır (məsələn, böyük ağız suyu vəziləri, böyrəküstü vəzilər, çəngələbənzər vəz və s.). Onlar xüsusi maddələr ifraz edir. Bu maddələr 2 qrupa ayrılır:
sekret
ekskret
Sekretlərə selik, həzm fermentləri, öd, piy, hormon (inkret) və b. aiddir. Vəzilər hazırladıqları sekretləri epitel örtüyünün üzərinə və ya qan, yaxud limfaya ifraz edir. Zülal tərkibli sekretlər (ferment və hormon) ifraz edən vəzi hüceyrələri mitoxondri və endoplazmatik şəbəkə cəhətdən yaxşı inkişaf etmişdir.
Ekskretlərə karbon qazı, sidik cövhəri, sidik turşusu, tər və s. aiddir. Bu maddələr maddələr mübadiləsi zamanı üzvi maddələrin parçalanması (katabolizm) nəticəsində əmələ gəlir və bədəndən ifrağ olunur.
Vəzi epitelinin törəmələrindən olan vəzilər 3 qrupa ayrılır:
Masjid Kasım AğaKasım Ağa CamiiAgamaAfiliasi agamaIslam – SunniProvinsiIstanbulLokasiLokasiFatihNegara TurkiKoordinat41°1′44.4″N 28°56′20.4″E / 41.029000°N 28.939000°E / 41.029000; 28.939000Koordinat: 41°1′44.4″N 28°56′20.4″E / 41.029000°N 28.939000°E / 41.029000; 28.939000ArsitekturJenisMasjidGaya arsitekturTurki dengan sedikit sentuhan arsitektur Bizantium dan UtsmaniyahDidirikan343 dengan rincian: Gereja Ort...
Замок Баллінколліг – резиденція вождів клану Барретт. Монограма на замку Баллінколліг. Клан Барретт (англ. – Clan Barrett) – один із кланів Ірландії початково нормандсько-валійського походження. Клан включає чисельні септи, в тому числі септи МакПадайн, МакВаттін, МакЕвіллі (М
BegottenVHS (1995)Sutradara E. Elias Merhige Produser E. Elias Merhige Ditulis oleh E. Elias Merhige Pemeran Brian Salzburg Donna Dempsey Stephen Charles Barry Penata musikEvan AlbamSinematograferE. Elias MerhigePenyuntingNoëlle PenraatPerusahaanproduksiTheatreofmaterial[Note 1]William Markle Associates (Sound)[2]DistributorWorld Artists Home Video (all media)Tanggal rilis 24 Oktober 1989 (1989-10-24) (Montreal World Film Festival) [Note 2]Durasi72 meni...
Ten artykuł dotyczy miejscowości w Kanadzie. Zobacz też: Halifax. Halifax Metropolitan area Państwo Kanada Prowincja Nowa Szkocja Prawa miejskie 1841–1996 (city) Powierzchnia 79,22 km² Populacja (1996)• liczba ludności 113 910 Położenie na mapie Nowej SzkocjiHalifax Położenie na mapie KanadyHalifax 44°38′51″N 63°35′26″W/44,647500 -63,590556 Halifax – miejscowość (metropolitan area; do 1996 miasto – 1841–1996 city), stolica kanadyj...
Narodnaya LetopisНародная летописьFounded30 March 1906; 117 years ago (1906-03-30) (officially)LanguageRussianCeased publication1910 The Narodnaya Letopis (Russian: Народная летопись) was the first newspaper of Novonikolayevsk, the Russian Empire. It was published in 1906–1907 and 1909–1910. The founder and first editor of the newspaper was Nikolay Litvinov. History At first the newspaper was published on March 30, 1906. Its appearance was...
Chikunguña Erupción en pie izquierdo causada por chikunguñaEspecialidad infectologíaSíntomas Fiebre, dolor en las articulacionesDiagnóstico Análisis de sangre para ARN viral o anticuerposDiagnóstico diferencial Dengue, zika[1]Prevención Control de mosquitos, prevención de picaduras.Sinónimos Artritis epidémica chikunguña Fiebre de chikunguña CHIK[editar datos en Wikidata] Reconstrucción con criomicroscopía electrónica del virus de chikunguña La chikunguña[2...
The toponym Azerbaijan was historically used to refer to the region located south of the Aras River- today known as Iranian Azerbaijan, located in northwestern Iran.[1][2] Historians and geographers usually referred to the region north of the Aras River as Arran,[3][4][5] but the name Azerbaijan has also been extended to this area as well. On May 28, 1918, following the collapse of the Russian Empire, the Azerbaijan Democratic Republic was proclaimed to...
Japanese historical estate in Yamashiro province Yodo Domain淀藩Domain of Japan1623–1871CapitalYodo Castle [ja]History • TypeDaimyō Historical eraEdo period• Established 1623• Disestablished 1871 Today part ofKyoto Prefecture Yodo castle The Yodo Domain (淀藩, Yodo-han) was a Japanese domain of the Edo period, and the only domain located in Yamashiro Province. Its castle was located within modern-day Fushimi, Kyoto. The strategic location of the c...
Brazilian footballer (born 1997) Richarlison Richarlison in 2019Personal informationFull name Richarlison de AndradeDate of birth (1997-05-10) 10 May 1997 (age 26)Place of birth Nova Venécia, Espírito Santo, BrazilHeight 1.84 m (6 ft 0 in)[1]Position(s) Forward, wingerTeam informationCurrent team Tottenham HotspurNumber 9Youth career2013–2014 Real Noroeste2014–2015 América MineiroSenior career*Years Team Apps (Gls)2015–2016 América Mineiro 24 (9)2016–20...
Полтавська загальноосвітня школа І—ІІІ ст. № 10 імені В. Г. Короленка Центральна частина школи №10 - колишній Народний дім В.Г.КороленкаТип Середня загальноосвітня школаКраїна Україна 49°35′03″ пн. ш. 34°33′11″ сх. д. / 49.584400000027777367° пн. ш. 34...
Intergovernmental organisation This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: ASEAN Centre for Energy – news · newspapers · books · scholar · JSTOR (November 2021) (Learn how and when to remove this template message) This article may have been created or edited in return for undisclosed payments, a violatio...
Railway in Staffordshire, England This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Rugeley Town railway station – news · newspapers · books · scholar · JSTOR (January 2012) (Learn how and when to remove this template message) Rugeley TownGeneral informationLocationRugeley, Cannock ChaseEnglandCoordinates52°4...
Artikel ini berhubungan dengan kekristenan. Untuk informasi lain mengenai jubah, lihat jubah Paus Benediktus XVI menggunakan jubah putih. Jubah adalah pakaian yang panjang sampai ke pergelangan kaki, biasa dikenakan oleh kaum klerikal dari Gereja Katolik Roma, Gereja Ortodoks, Gereja Timur, Gereja Anglikan, Gereja Lutheran serta beberapa pejabat dari Gereja Presbiterian. lbsLiturgi dalam Gereja KatolikUpacara liturgi Perayaan Ekaristi Baptis Ibadat harian Phos Hilaron Perarakan Misa Arwah Ado...
American baseball player and manager (1896-1977) For the baseball player who also went by the name Bucky Harris, see Harris McGalliard. Baseball player Bucky HarrisHarris in 1925Second baseman / ManagerBorn: (1896-11-08)November 8, 1896Port Jervis, New York, U.S.Died: November 8, 1977(1977-11-08) (aged 81)Bethesda, Maryland, U.S.Batted: RightThrew: RightMLB debutAugust 28, 1919, for the Washington SenatorsLast MLB appearanceJune 12, 1931, for the Detroit Tig...
Meme Smoke released from an electronic component Magic smoke (also factory smoke, blue smoke, or the genie) is a humorous name for the caustic smoke produced by severe electrical over-stress of electronic circuits or components, causing overheating and an accompanying release of smoke. The smoke typically smells of burning plastic and other chemicals. The color of the smoke depends on which component is overheating, but it is commonly blue, grey, or white. Minor overstress eventually results ...
Paraíso del Estero Osnovni podaci Država Meksiko Savezna država Veracruz Opština Alvarado Stanovništvo Stanovništvo (2014.) 55[1] Geografija Koordinate 19°05′20″N 96°06′17″W / 19.08889°N 96.10472°W / 19.08889; -96.10472 Vremenska zona UTC-6, leti UTC-5 Nadmorska visina 16[1] m Paraíso del EsteroParaíso del Estero na karti Meksika Paraíso del Estero je naselje u Meksiku, u saveznoj državi Veracruz, u opštini Alvarado. Prema ...
Hadžahحجة Koordinate: 15°41′N 43°36′E / 15.683°N 43.600°E / 15.683; 43.600 Država Jemen Stanovništvo (2004.) - Grad 35.180[1] Poštanski broj 72222 Pozivni broj 07 Karta Hadžah Hadžah (arapski: حجة), je grad na sjeverozapadu Jemena, udaljen oko 127 km sjevernozapadno od glavnog grada Sane. Grad ima 35.180 stanovnika[1], leži na 1.800 metara nadmorske visine.[2] Hadžah je glavni grad jemenske Muhafaze H...
Anchuelo MelumatTewr Belediyey İspanyaDewlete İspanyaMıntıqa Q107556161Merkez AnchueloWılayet Madrid metropolitanErd 21,55 km2Nıfus 1 379Berziye 771 mSerdar Sara Martín VelayosEmbıryani Alcalá de Henares, Los Santos de la Humosa, Santorcaz, Corpa û VillalbillaSeate UTC+01.00Poste 28818Plaqe M Geokod 6359238Website www8.madrid.org/gema/goc/012Xerita Wikidata sera bıvurne Anchuelo, dewleta İspanya de, mıntıqaya Madridiyo otonom de, wılayetê Madridi miyan de yew belediyaya. ...