Elm və dünya əlaqələri üzrə Paquoş konfransı (ing. Pugwash Conferences on Science and World Affairs) — sülh, tərksilah və beynəlxalq təhlükəsizlik tərəfdarı olan, nüvə müharibəsinin qarşısının alınması üçün elmi əməkdaşlıq.
Paquoş hərəkatı 1955-ci ildə, o cümlədən Albert Eynşteyn, Frederik Jolio-Küri, Bertran Rassel, Maks Born, Leopold İnfeld, Persi Bricmen, Cozef Rotblat və Laynus Polinq daxil olmaqla 11 dünyaca şöhrətli alimlər arasında yaranmışdır. Hərəkat nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinə qarşı qurulan konfrans idi. 1957-ci il 7-10 iyul tarixində Amerikalı sənayeçi Sayrus İtonun dəstəyi ilə alimlərin ilk görüşü keçirilmişdir.
Əsas mərhələləri
1987-ci ildə Paquoş Beynəlxalq Tələbə və Gənclər hərəkatı yaradılmışdır. 2013-cü ildən etibarən Avropa ölkələrinin "AvroPaquoş" Paquoş komitələri birliyi fəaliyyət göstərir və beynəlxalq forumlar hər il müxtəlif ölkələrdə keçirilirdi.[1]
Paquoş hərəkat iştirakçılarının ideyalarının yayılması üçün dövri nəşrlər buraxılırdı:"Elm və dünya əlaqələri üzrə Paquoş konfransı"(1957-ci ildən etibarən hər il), "Paquoş Xəbər bülleteni" (1963-cü ildən), "Paquoş Nadir sənədlər" (2000-ci ildən), xüsusi monoqrafiyalar və hesabatlar.
1957-ci ildən 1967-ci ilədək Elm və dünya əlaqələri üzrə Paquoş komitəsinin sədri Bertran Rassel olmuşdur. 1967-ci ildə elm adamları Paquoş Hərəkatının prezidenti vəzifəsini təsis edənlər:
2017-ci ildə Sercio Duarte prezident seçildi.[2].
Paquoş konfransı
Birici konfrans
İlk Paquoşa konfransı 7-11 iyul 1957-ci il tarixində kanadalı ictimai xadim və milyarder Cayrus İtonun fəal dəstəyi ilə Paquoşda(Yeni Şotlandiya, Kanada) keçirilmişdir.
Konfransda 10 ölkədən 22 alim (ABŞ-dən 7ː German Moller, Leo Silard, Pol Doti, Ueltor Selov, Yevgeni Rabinoviç, Viktor Vayskopf, Devid Çevers; SSRİ-dən 3ː akademik Aleksandr Topçiyev, professor Aleksandr Kuzin, akademik Dimitri Skobeltsın; Yaponiyadan 3ː İvao Oqava, Sinitiro Tomonaqa, Xideki Yukava; Böyük Britaniyadan 2ː Cozef Rotblat, Sesil Frenk Pauell; Kanadadan 2ː Brok Corc, Con Foster; Avstraliyadanː Mark Olifant; Avstriyadanː Hans Tirrinq; Çindənː Çjoy Peyyuan; Fransadanː Antuan Lakassan; Polşadanː Marian Danış iştirak etmişdi. Əsasən, nüvə fizikləri idilər.
Təşkilati strukturu
Təşkilatın rəhbəri Prezident, ali icra orqanı — baş katibdir. Elmi və elmi-təşkilati məsələlər üzrə ali kollegial idarəetmə orqanı alimlərin Paquoşi hərəkatı Şurasıdır ki, onun üzvləri arasından inzibati-büdcə məsələlərinə cavabdeh olan İcraiyyə Komitəsi seçilir. Alimlər Paquoşa hərəkatı təşkilatının Şurası bu və ya digər məsələləri (elmi və inzibati) üzrə daimi və müvəqqəti kollegial orqanlar yarada bilərlər.
Paquoş hərəkatı Şurasının prezidenti, baş katibi və üzvlərinin seçilməsi sözdə "beşillik" baş tutur və ya mövcud Şuranın tərkibi, habelə müəyyən edilmiş qaydada qeydə alınmış və alimlərin Paquoş hərəkatına illik üzvlük haqqı ödəyən Milli Paquoş qruplarının (komitələrin, assosiasiyaların, cəmiyyətlərin) təqdimatı Paquoşa konfranslarında keçirilir.
Təşkilatın cari fəaliyyətini Elm və dünya əlaqələri üzrə Paquoş hərəkati Katibliyi və Londonda yerləşən Paquoş hərəkatının dörd daimi beynəlxalq qərargahı (1957-ci ildən fəaliyyət göstərir), Cenevrədə (1974-cü ildən), Romada (1988-ci ildən) və Vaşinqtonda (1997-ci ildən) həyata keçirir.
Konfrans ənənələri
- Konfransın bütün iştirakçıları şəxsi dəvət alırlar və heç bir ölkəni və ya təşkilatı təmsil etmirlər.
- Müzakirələr bağlı qapılar arxasında keçirilir, iclasın sonunda mətbuata qısa bir açıqlama verilir.
Konfrans siyahısı
Beynəlxalq tanınma
1995-ci ildə Paquoşa hərəkatı və onun təsisçilərindən olan Cozef Rotblatın da "dünya siyasətində nüvə silahının rolunun azaldılmasına yönəlmiş böyük nailiyyətlərə görə və bu növ silahların qadağan olunması istiqamətində uzun illər davam edən səylərinə görə" Nobel Sülh Mükafatı laureatlarında bərabər payı oldu.[3]
İstinadlar
Xarici keçidlər
Lüğətlər və ensiklopediyalar | |
---|
|