Elçin Musaoğlu 11 iyul1966-cı ildə Bakıda anadan olub. M.A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1983-1990), Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb (1989-1990).
Fəaliyyəti
"Azərbaycanfilm" kinostudiyasında (1990), Akademstudioda (1992), "Azərbaycantelefilm" YB-də (1994-2004) çalışıb. 2005-ci ildən Ritm Prodakşnda çalışır. "Sinema Evi" Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür. 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur.
Ad və mükafatlar
Gənclər Nazirliyinin "İlin ən yaxşı kinorejissoru" (1999)
"Şüşə oyuncaqlar" filminə görə Əl Cəzirə Beynəlxalq Televiziya filmləri festivalında "Golden Award mükafatı" (2006)
"40-cı qapı" filminə görə 42-ci Beynəlxalq Hyuston Film festivalında "Gold Remi Award.Foreign"(Ən yaxşı xarici film) mükafatı (2009)
"40-cı qapı" filminə görə 11-ci Beynəlxalq Bakı Şərq-Qərb Film Festivalında "Ən parlaq debüt"mükafatı (2009)
"40-cı qapı" filminə görə 19-cu Beynəlxalq Cottbus Film Festivalında "The International Film Guide Inspiration Award" və "Prize of the Ecumenical Jury with a Special Mention" mükafatları (2009)
"40-cı qapı" filminə görə Monteneqro TV və Film Festivalında "The award for best photography", "The award for best directing" və "Silver olive" mükafatları (2009)
"40-cı qapı" filminə görə Tiburon Beynəlxalq Film Festivalında (ABŞ) "Federico Fellini Award" mükafatı[1] (2010)
↑“40-cı qapı” Amerikada" “ən yaxşı ssenari” mükafatını qazanıb: [Rejissor Elçin Musaoğlunun quruluşunda hazırlanan eyni adlı film “New York Eurasisian Film Festival”ında] //Mədəniyyət.- 2010.- 19 noyabr.- S. 6.