Ekvador qadın milli voleybol komandası — Ekvadorun ən güclü qadın voleybolçularının toplaşdığı komanda. Cənubi Amerikanın bu ölkəsində voleybola marağın az olması və milli komandalarının zəif çıxışı düz mütənasibdir. Belə ki, milli komanda seçmə mərhələsi belə olmayan Cənubi Amerika Çempionatına yalnız bir dəfə qatılmışdır. 1977-ci ildə tarixindəki ilk və son ən böyük turnirinə qatılan Ekvador millisinin Peruda keçirilən turnirdə nəticəsi də ürəkaçan olmamışdır. Onlar səkkiz komanadanın içində səkkizinci yəni, sonuncu yeri tutmuşlar.
Ölkə milli komandasına özlərinin Federación Ecuatoriana de Voleibol adlandırdığı federasiya yəni, Ekvador Voleybol Federasiyası nəzarət edir. Hər halda federasiya gələcəkdə milli komandanın ən azından beynəlxalq turnirlərdə iştirakı üçün plan üzrə işləməlidir.