Eduard Züss

Edurard Züss
alm. Eduard Suess
Edrad Züss, 1869
Edrad Züss, 1869
Doğum tarixi
Doğum yeri London  Böyük Britaniya
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Vyana
Vətəndaşlığı  Avstriya
Elm sahəsi Geologiya
İş yeri
Alma-mater Vyana Universiteti
Təhsili
  • Vyana Texniki Universiteti[d]
Tanınır Biosfer , Qondvana , Tetis okeanı
Üzvlüyü
Mükafatları "Kopli" medalı Vollaston medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edurad Züss (alm. Eduard Suess‎; 20 avqust 1831, London — 26 aprel 1914, Vyana) — Avstriya geoloqu və ictimai xadimi. Züss Qondvana superqitəsi və Tetis okeanı haqqında nəzrəyənin banisi kimi tanınır. O, geologiya elminə Avrasiya, BaltikKanada qalxanları, Altaidlər, qədim Asiya təpələri, vadozyuvenil suları, SiAl (elemetlərin latın adlarından: silisiumalüminium), SiMa, terminlərini gətirdi.[3][4][5] Alim Ayın kraterlərin təbiəti haqqında orjinal mülahizələr söyləmişdir. E.Züss Yerin atmosfer, hidrosfer, litosfer qatları haqqında anlayışların tərifini verdi. Alimin qənaətinə görə, üzvü aləm "litosferin səthində müəyyən zona ilə — biosfer ilə" məhdudlaşır. Yarım əsrdən sonra Vladimir Vernadski bu anlayışa yeni məzmun gətirdi.

Həyatı

Eduard Züss orta qazanclı sahibkar ailəsində dünyaya gəlmişdir. Atası oğlunun Vyana politexnikumuna daxil olmasını arzulayırdı. 1834-cü ildə Züssün ailəsi Praqaya, 1845-ci ildə isə Vyanaya gəldi. Edurad Vyana politexnikumuna daxil olduqdan sonra həvəs göstərdiyi praktiki həndəsəni və mexanikanı öyrənməyə başladı. Politexnikumda oxuya — oxuya geologiya komitəsində və saray muzeyində işləməyə başlayır. Tələbəyə qazıntı molyuskalar kolleksiyasını qaydaya salmağı tapşırırlar. O, böyük həvəslə bu işə girişir və hətta onun nəticələri haqqında məruzə ilə çıxış edir.

Ona daha məsuliyyətli tapşırıq verilir: dağlarda tunellərin inşası üçün geloji planalma işləri aparmaq, Alp dağlarının qollarından birnin profilini tərtib etmək. Onun getdikcə geologiyaya həvəsi artırdı. Atası oğlunun arzularını bölüşmürdü. O, Eduardın özünün fabrikinin varsi qismində görmək istəyirdi. Hələ o vaxtlar Avstiryanın aparıcı geoloqları Züssün tədqiqatlarına yüksək qiymət verirdilər. Züss nadir işləmək qabiliyyətinə və qibtə ediləcək dözümlülük imkanlarına görə başqalarından fərqlənirdi. Züss 60 yaşında Norveçin adam ayağı dəyməmiş hissəsinə səyahət etmiş, 70 yaşında da işləmək qabiliyyətini və ruh yüksəkliyini tam saxlaya bilmişdi. Eduard Züss 1895-ci ildə İsveç Kral Elmlər Akademiyasının üzvü seçilimiş, London Geologiya Cəmiyyətinin Vollaston medalına layiq görülmüşdü. 1903-cü ildə London Kral Cəmiyyətinin Kopley medalını əldə edən Züss 1914-cü il 26 apreldə Vyanada vəfat etmişdi və Burqenland federal əyalətində dəfn olunmuşdur.

İctimayi fəaliyyəti

Züss elmlər doktoru dərəcəsi almamış Vyana Universitetində ekstraordinar (ştatdankənar) professor vəzifəsinə təyin edilir. O, 1857-ci ildən 1901-ci ilə qədər univerisitetdə müharizə oxuyur. Bir mühazirəçi kimi onun bənzəri yox idi. Züss mühazirələrini ilhamla oxuyur, nitqi aydın və bədii ifadələrlə zəngin idi. Bundan başqa Züss şəhərin su təminatı komissiyasının, eləcə də Landtaqın üzvü idi. 1873-cü ildə reyxsrata seçilmiş və dəfələrə aktiv solçu çıxşları ilə diqqəti cəl etmişdir.

Elmi fəaliyyəti

Vyana. Avstriya. Eduard Züssün büstü

Müəllimlik fəaliyyətinin əvəllərində Züss müxtəlif ölkələrin alimlərilə münasibətdə daha çox onların fikirlərini eşitməyə çalışır. Lakin 50-ci illərin sonlarında alim artıq yeni "baxış meydançasına" qalxmağa çalışır. Züssün geologiya elmini yeni pilləyə qaldırmaq arzusunu Obruçev belə izah edirdi:

"

...ayrı - ayrı yerlərin stratiqrafik etüdlərinin xaosundan Yerin ümumi tarixini şərh etmək yoluna qədəm qoymaq arzusu...

"

Züssün bir-birinin ardınca geologiyanın yeni problemlərinə həsr olunmuş əsərləri çap olundu. Yalnız 10 il ərzində- 1862–1872-ci il qədər 40-a qədər məqaləsi işıq üzü görmüşdür. Həmkarlarının heç də hamısı onun yaradıcılığınıtəqdir etmirdi. Bəzilərinin fikrinə görə, Züss tədqiqatçıdan daha çox ədəbiyyatçı idi. Hətta onu "geoşair" belə adlandıran var idi. Züss həqiqətən mürəkkəb elmi məsəlləri yığcam və aydın şərh etmək qabiliyyətinə malik idi. Onun akademik pillələrilə irəlləməsi onun necə elm adamı olmasının gözəl sübutudur: 1860-cı ildə Avstriya Elmlər Akademiyasının müxbir üzvü, 1867-ci ildə həqiqi üzvü seçilir. 1885-ci ildə akademiyanın katibi, səkkiz ildən sonra vitse-prezidenti olur. Dörd ildən sonra isə Züss prezident kürsüsünə yüksəlir. Dünya praktikasında elmlər akademiyasının prezidenti ilk dəfə geoloq olub. Züss bu məsul vəzifədə 1911-ci ilə qədər çalışmışdır. Bundan başqa alim dünyanın bütün akademiyalarının fəxri üzvü və bir çox elmi cəmiyyətlərin üzvü seçilmişdir.

Onillikər ərzində Züss özünün "şah" əsərini yazmaq üçün Almaniyaya, İtaliyayaİsveçrəyə səfər etmiş, toplanmış elmi məlumatlara özününküləri əlavə etmişdir. Nəhayət, 1875-ci ildə alimin "Alpların mənşəyi" adlı kitabı nəşr olundu. Bu kitab geoloqlarda dərhal dərin maraq oyatdı. Müasirlərinin rəyinə görə, kitabda dağəmələgəlmə mexanizmi yeni mövqedən şərh edilərək geologiyada yeni dövr açdı. Züss müxtəlif dağ sistemlərinin yaranması probleminə müxtəlif cür yanaşırdı. Beləliklə, yeni geologiya- regional tektonikanın əsası qoyuldu və nəticədə Alpların mənşəyi haqqında irəli sürülən nəzəriyyə hamı tərəfindən qəbul olundu. Züss hesab edirdi ki, yer qabığının müqayisə üsulu ilə öyrənilməsi planetin bütün səthinə şamil edilməlidir. Bu fundamental ideya tədqiqatçıları cəlb etdi.

1883-cü ildə Züss "Yerin siması" fundamental əsərinin nəşri üçün nəşiriyyatla müqavilə bağladı. Onun artıq 52 yaşı var idi və hiss edirdi ki, ya bu əzəmətli işdən imtina etməli, ya da qətiyyətlə sona çatdırmalıdır. Sonda Züss Yer planetinin simasını "möhtəşəm tablo" da təsvir etdi. Onun əsəri 4 cilddən ibarət olub: 1-ci cild 1883-cü, 4-cüsü isə 1909-cu ildə nəşr olundu. Hər bir cild bir neçə dəfə işıq üzü görmüşdür. 1-ci cilddə yer qabığının səth hissəsində baş verən hərəkətləri təhlil edilir, 2-ci cilddə dağ silsilələrinin quruluşundan və istiqamətlərindən danışılır. 3-cü cild Dünya okeanının səviyyəsinin dəyişmələrinə və tektonik hərəkətlərin nəticəsində səviyyənin ehtizazına həsr olunub. Nəhayət, sonuncu cilddə bərk və maye qatlarda baş verən hərəkətlərlə əlaqədar Yerin bütövlüklə siması təsvir edilmişdir.

Eduard Züss, müasirlərinin heç birinin görə bilmədiyi bir işin öhdəsindən gəldi: Obruçevin dediyi kimi o, Yerin quruluşuna və bu quruluşun formalaşmasının bu günə qədər olan vəziyyətinə aid bütün müşahidələrin yekununu həyata keçirdi. Züsün əsəri öz əhəmiyyətinə görə və müasirlərinə göstərdiyi təsirinə görə Aleksandr fon Humboldtun "Kosmos", Çarlz Darvinin "Növlərin mənşəyi", Çarlz Layelin "Geologiyanın prisnipləri" əsərlərilə bir sırada durur. Vladimir Obruçev yazırdı:

"

Züss təkcə Avropanın deyil, eləcə də dünyanın digər hissələrində yaşayıb yaratmış geoloqların müəllimi hesab etmək olar

"

Əsərləri

  • Über die Brachiopoden der Kössener Schichten (1854)
  • Der Boden der Stadt Wien (1862)
  • Die Entstehung der Alpen (1875)
  • Das Antlitz der Erde (1885–1909; üç cilddə)
  • Erinnerungen (1916)

İstifadə olunmuş ədəbiyyat

  • Обручев С. В. Творческое содружество: Переписка В. А. Обручева с Э. Зюссом [1]
  • Geologiya. Bakı. "Şərq-Qərb"2008.s. 74–75.

İstinadlar

  1. 1 2 NNDB (ing.). 2002.
  2. 1 2 https://www.academie-sciences.fr/fr/Liste-des-membres-depuis-la-creation-de-l-Academie-des-sciences/les-membres-du-passe-dont-le-nom-commence-par-s.html.
  3. "Stefan Wiederkehr. "Die eurasische Bewegung"". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-27.
  4. Карелия: энциклопедия: в 3 т. / гл. ред. А. Ф. Титов. Т. 3: Р — Я. — Петрозаводск:
  5. Eduard Suess, Das Antlitz der Erde (The Face of the Earth), vol. 1 (Leipzig, Germany: G. Freytag, 1885)s.768. Arxivləşdirilib 2021-12-31 at the Wayback Machine

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!