Avstriya Elmlər Akademiyası (alm. Österreichische Akademie der Wissenschaften) — Avstriyanın milli elmi təşkilatı.
1713-cü ildə Qotfrid Leybnits London Kral Cəmiyyətindən və Fransa Akademiyasından ilhamlanaraq oxşar təşkilatın yaradılmasını təklif etmişdi, lakin yalnız 14 may 1847-ci ildə Vyanada İmperator Elmlər Akademiyası açılmışdır. 1918-ci ildə Elmlər Akademiyası, 1947-ci ildə isə Avstriya Elmlər Akademiyası adlandırılmışdır.[1][2]
İstinadlar
Xarici keçidlər