«Dəmirdən adam» (çin. 仇連環, Çou Lyanxuan; ing. Man of Iron / Warrior of Steel) — 1972-ci ildə Çjan Çe və Pao Syueli tərəfindən çəkilən Honkonq döyüş filmi. Filmin sikveli həmin il çəkilən Şantundan döyüşçüdür.[2].
Süjet
Şanxay rayonlarından biri iki dənə cinayətkar dəstə tərəfindən idarə olunur. Həmin dəstələrdən birinin rəhbəri Çen Baoqen, digərinin rəhbəri isə Yuy Çjenxendir. Bir gün, Yuy Çjenxenin oğlu Yuy Syaokay kart oyununda məğlub olur və bütün pulunu öz cinayətkar dəstəsinə sahib olan Çou Lyanxuana uduzur. Buna qəzəblənən Yuy yoldaşlarını bu problemi həll etmək üçün Çounun yanına yollayır, ancaq onlar müvəffəqiyyətsiz olurlar. Həmin gün, Çou Syaoka Şen Çzyuyfan adlı bir qıza aşiq olur. Eyni zamanda, digər cinayətkar dəstənin rəhbəri Çen Baoqen rəqibinin başqa cinayətkar dəstələrlə olan münaqişəsindən faydalanmaq üçün qaranlıqda qalır. Yuyun və Çounun cinayətkar dəstələri gərginliyin azalması üçün bir-birlərinə güzəştə gedirlər, ancaq bu da bir işə yaramır. Film Çen Baoqen və Çou Lyanxuanın cinayətkar dəstələrinin arasında baş verən bir döyüşlə sona çatır.
Rollarda
İstinadlar
Xarici keçidlər