Yan Sze (ing. Bolo Yeung, kantonca:楊斯; 3 iyul 1946) — Çin və ABŞ aktyoru, döyüş ustasıdır.
Həyatı
Bolo Yen 3 iyul 1946-cı ildə Çin Xalq Respublikasının Quandun əyalətinin inzibati mərkəzi olan Quançjouda doğulmuşdur. 10 yaşı tamam olduqdan sonra bir çox çin vətəndaşları kimi kunq-fu sənəti lə məşğul olmağa başlayır. Döyüş sənətləri ilə bərabər Bolo Yen bodibildinqlə məşğul olur və bir müddət keçdikdən sonra 1970-ci ildə "Cənab Honq Konq" yarışmasının qalibi olur. Həmin ildən başlayaraq "Shaw Brothers Studio" kompaniyasının istehsal etdiyi filmlərdə pis obraz rolları alaraq, çəkilməyə başlayır. Bolo Yen bu studiyanı 1971-ci ildə tərk edir. "Winston" markalı siqaretin reklamında Bolo Yen Brüs Li ilə tanış olur və Brüs Li onu Əjdahanın çıxışı filmində dəvət edir.[1] 1974-cü ildə Türkiyə-Honkonq əməkdaşlığı sayəsində çəkilən və Cüneyt Arkının rol aldığı "Karateçilər İstanbulda" filmində Mister Yanq rolunu ifa edir. Ona ilk populyarlıq isə 1988-ci ildə Frenk Dyuksun həyatından bəhs edən döyüş filmi janrında çəkilən Qanlı idman filmində "Çonq Li" rolu gətirir. Filmdə baş rolu Jan-Klod Van Damm ifa edir. Bu filmdə Jan-Klod Van Damm Bolo Yen ilə tanış olmuş və onunla yenidən 1991-ci ildə çəkilən "İkiqat zərbə" filmində birlikdə çəkilir. Filmin ardınca Bolo Yen Kanadalı prodüser və aktyor Calal Merhinin döyüş janrında yaratdığı filmlərdə rol alır. Lakin Bolo Yen bu filmlərdə əvvəlki kimi populyarlıq qazana bilmir. Bolo Yen 2008-ci ildən etibarən filmlərdə az peyda olur və Bodibildinq Üzrə Milli Tayvey Assosiasiyasının meneceri vəzifəsində işləyir. Bolo Yen ailəlidir və üç övladı (2 oğlu Denni ilə Devid və qız övladı Debbra) vardır.
Seçilmiş filmoqrafiya
Maraqlı faktlar
- Bolo Yenin boyu 1,68 m-dir.[2]
- 2004-cü ildə yaradılan "Tekken 5" video oyununda Fen Vey personajı Bolo Yenin əsasında yaradılmışdır.[3]
İstinadlar
Xarici keçidlər
bh