Diyarbəkir qətliamları (1894–1896)

Diyarbəkir qətliamları
Əsas münaqişə: Həmidiyyə qətliamları
Ümumi məlumatlar
37°55′ şm. e. 40°14′ ş. u.HGYO
Yeri
Tarix
  • 1894–1896
Hücum metodu kütləvi qətl
Ölü sayı 25,000
Törədən(lər) kürd nizamsızlar, Osmanlı səlahiyyətliləri

Diyarbəkir qətliamları — 1894–1896-cı illər arasında Osmanlı imperiyasının Diyarbəkir vilayətində etnik kürdlərtürklər tərəfindən törədilən qətliamlar. Hadisələr Həmidiyyə qətliamlarının bir hissəsi idi və vilayətin xristian əhalisini – əsasən erməniləriortodoks süryaniləri hədəf almışdır.

Qətliamlar əvvəlcə ermənilərə qarşı yönəldilmişdiş Osmanlı siyasətçiləri və din xadimləri dövləti parçalamaq istəkləri bəhanəsi ilə əhalini ermənilərə qarşı qızışdırmışdılar, lakin tezliklə qətliam Diyarbəkir vilayətinə və etnik aysor xristianların yaşadığı Tur-Abdin ətrafına keçdikdən sonra ümumi antixristian poqromuna çevrilmişdi. Dövrün hesabları 1894–1896-cı illər arasında öldürülən aysorların ümumi sayının təxminən 25,000 olduğunu göstərir.[1]

Zəmin

Kürdlərin Diyarbəkir vilayətinin kəndlərinə basqınları regionda baş verən aclıqdan sonrakı illərdə daha da güclənmişdi. Bunun ardınca kürdlərlə Mhəlləmi ərəbləri arasında şiddətli döyüşlər getmişdi. 1888-ci ilin avqustunda kürd ağaları Tur-Abdində yerləşən aysor kəndlərinə hücumlar edərək 18 nəfəri öldürmüş dülər. Patriarx IV İqnasi Pyotrun araşdırma tələbləri Babı-ali tərəfindən cavabsız qalmışdı.[2] 1889-cu ilin oktyabrında bir kürd basqını bir neçə aysor xristian kəndini hədəf almış, bu zaman qadın və uşaqlar da daxil olmaqla 40 kənd sakini öldürülmüşdür.[3] Bu hadisələr Diyarbəkir vilayətini sonrakı onillikdə xarakterizə edəcək qətliamların ilk əlamətləri idi.[4]

Həmidiyyə qətliamları 1894-cü ildə Bitlis vilayətinin Sason rayonunda 4,000-ə yaxın erməninin ənənəvi vergilər tələb edən kürd tayfalarına qarşı üsyan etməsi ilə baş tutmuşdur. Yerli hakimiyyət bunu sultan II Əbdülhəmidə böyük üsyan kimi bildirmişdir. Sultan cavab olaraq Həmidiyyə süvariləri və yerli kürd tayfalarının dəstəklədiyi Osmanlı ordusunu regiona göndərmişdir. Erməni üsyançıları ilə toqquşduqdan sonra kürdlər Sason və Talori regionlarında, MuşSilvan arasında yerləşən erməni kəndlərinə soxularaq sakinlərini qətlə yetirmiş və bir neçə xristian kəndini yandırmışdılar. Nəticədə 7,500-dən çox erməni həlak olmuş[5]Avropa dövlətlərinin müdaxiləsi Bitlis valisi Bəhri paşanın 1895-ci ilin yanvarında vəzifəsindən azad edilməsinə səbəb olmuşdur.[6] Britaniya, FransaRusiya Osmanlı yerli hökumətində islahatların Sasonda baş verən zorakılığın qarşısını almağa kömək edəcəyini düşünərək sultan II Əbdülhəmidə islahat layihəsi, kürdlər üzərində nəzarəti planlaşdırmaq və xristian vali köməkçilərinin təyin olunmasını təklif etmişdir. Sultan onların istəklərinə boyun əymək istəmirdi və 1895-ci ilin yaz–yay aylarında səmərəsiz danışıqlar ayları keçmişdir. 30 sentyabr 1895-ci ildə Konstantinopolda erməni Hnçak Partiyası tərəfindən islahatların tezliklə həyata keçirilməsini tələb edən etiraz aksiyasından sonra şəhərdəki xristian məhəllələri qəzəbli müsəlman kütlələrinin hücumuna məruz qalmış, şəhər xaosa sürüklənmişdir. Konstantinopolda baş tutan qətliamdan sonra digər regionlarda daha çox müsəlman-erməni qarşıdurması baş vermiş və həmişə müsəlmanlardan qat-qat çox xristianlar həlak olmuşdur.[7] Sultana Qərbin təzyiqləri artmış və o, nəhayət onların tələblərinə boyun əymişdir. 1895-ci ilin oktyabrında islahatlara dair bir fərman verilmişdir.[8]

İslahatların elan olunması Osmanlı imperiyasında onsuz da qızışmış atmosferi daha da kəskinləşdirmişdir. İmperiyada toqquşmalar və qətliamlar xəbəri yayıldıqca Diyarbəkir də bu hadisələrin bir hissəsi olmuş və müsəlman-xristian inamsızlığı yüksək səviyyəyə çatmışdır.[5] Ümumiyyətlə, müsəlmanlar Avropadan ilhamlanan islahatların nə demək olacağına dair təhrif olunmuş fikirlərə malik idilər. Diyarbəkirdə yaşayan müsəlmanlar Avropa dövlətlərinin himayəsi altında Ermənistan krallığının yaradılacağını və islam hakimiyyətinin sonunun yaxınlaşdığını düşünürdülər. Müsəlman mülki şəxslər külli miqdarda silah və sursat əldə etmişdilər. Sason və Muşda ermənilərə qarşı törədilən qətliamlarda mühüm rol oynamış nüfuzlu Zilan kürd şeyxi müsəlmanları xristianlara qarşı qızışdırırdı.[9][10] Diyarbəkirdən kənarda olan kürd tayfa liderlərinin qisas almaq üçün 10,000 kürd döyüşçüsü göndərəcəklərini vəd etdikləri barədə şayiələr yayılmışdı.[9] Sultana inamını itirmiş Diyarbəkirin müsəlman əyanları ona teleqrafla bildirmişdilər:[8]

" Ermənistan qanla zəbt edilib, ancaq qanla veriləcək. "

Diyarbəkir şəhərində

Əvvəlki hadisələr

4 oktyabr 1895-ci ildə Mardində xristian dükanlarını məhv edən yanğında rol aldığı iddiası ilə şəhər xristianları arasında çox bəyənilməyən məmur Mehmed Enis Paşa şəhərin valisi təyin edilmişdir. Vali xristian əyanlarını və icma rəhbərlərini Konstantinopola təyin olunduğu üçün təşəkkür teleqramları imzalamağa məcbur etməyə çalışırdı. Bu, ermənilərinaysorların sərt reaksiyasına səbəb olmuşdu. Erməni dükanları bağlanmış, insanlar öz kilsələrində etiraz aksiyası keçirmişdilər. Kütləvi aksiyaların bir hissəsi olaraq "üç gün üç gecə" fasiləsiz olaraq zəng çalınırdı. 1,200 nəfər tərəfindən imzalanan petisiya valini dəstəklədiklərinə etiraz olaraq Erməni Patriarxatına göndərilmişdir. Şəhərin aysor yepiskopu Fransa konsulluğuna sığınmağa məcbur qalmışdır. Etirazlar patriarxatdan cavab alınana qədər on gün davam etmişdir.[11]

Bu, müsəlmanlar arasında ciddi narazılığa səbəb olmuşdu. Ordu komandirinin xristian dükanlarının yandırılmasının qarşısını aldığı bildirilir. İslahatların elan edilməsi zorakılıq meyllərini daha da gücləndirmiş və müsəlmanların planlarına dair "məşum şayiələr" yayılmağa başlamışdır. Vali müsəlmanları xristianlara qarşı hər hansı hücumdan çəkinmələri ilə bağlı xəbərdarlıq etmiş, islamın qətli qadağan etdiyini xatırlatmışdır. Bununla belə, 31 oktyabrda onun vəzifəyə rəsmi başlaması zamanı heç bir xristian icmasının lideri iştirak etməmişdi.[11]

Qətliam

Qətliam Diyarbəkir şəhərində 1 noyabr 1895-ci ildə müsəlmanların günorta namazı zamanı naməlum şəxslərin şəhərin mərkəzindəki Ulu Məscidi qarşısında atəş açmasından sonra başlamışdır. Fransa konsulu Meyrye bir polisin əvvəlcə namaz əsnasında yoldan keçən bir kəldaniyə atəş açdığı, Osmanlı sənədlərində isə müsəlmanların namaz qılarkən aysorların atəş açmağa başladığı barədə xəbərlər almışdır.[12] Müsəlmanlar ətrafdakı ermənilərə hücum etməyə başlamışdır, lakin tezliklə zorakılıq bütün xristianlara qarşı çevrilmiş və bütün şəhərə yayılmışdır.[6] Daha sonra talanlar başlamış və onlara həm mülki şəxslər, həm də dövlət məmurları qoşulmuşdur. Bazarın bütün ərazisi yanmış, yanğın tezliklə nəzarətdən çıxmış və Erganidən tüstü görünən yüzlərlə mağaza və emalatxananı 55 km məsafədə məhv etmişdir. Kütlədən qaça bilməyən xristianlar güllələnmişdir.[12] İlk gündəki maliyyə itkiləri təxminən iki milyon türk funtu olaraq qiymətləndirilmişdir.[9]

Xristian məhəllələrinə hücumlar ertəsi gün səhər sistemli şəkildə başlamışdır. Evlər talan edilmiş və yandırılmışdır. Kişilər, qadınlar və oğlan uşaqları öldürülmüş, qız uşaqları qaçırılaraq məcburi olaraq dinlərini islama dəyişdirmişdilər. Fransanın vitse-konsulu yazmışdır ki, hakimiyyət "basqınlarında müsəlmanlarla xristianlar arasında fərq qoymayan kürd tayfalarının şəhərin kənarına gəlişindən qorxaraq" şəhərin qapılarını bağlamalı olmuşdu. Bəzi xristianlar müdafiə oluna bilən dar küçələrdə bir neçə silahla özlərini qoruya bilmişdilər. Şəhərdəki monastırda bütün məzhəblərdən 3,000-dən çox xristian toplanmışdı və 1,500-ə yaxını Fransa Konsulluğu tərəfindən qorunurdu.[13] Daha sonra Fransa Konsulluğu divarlara atəş açan izdiham tərəfindən hədəfə alınmışdır.[12]

Diyarbəkirdəki qətliamlar üçüncü günə qədər davam etmiş, lakin daha sonra valinin əmri ilə sona çatmış və silahla tutulan hər kəsin ağır cəza alacağını bəyan etmişdir. Halbuki, əmrdən əvvəl talanlarda hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etmişdilər. Şəhərdən kənarda kürdlərdən iştirak yox idi. Onlardan 2,500 nəfəri şəhər divarlarının kənarında toplanmış, lakin içəri keçə bilməmişdi.[14]

Şəhərdə ölənlərin sayı ilə bağlı müxtəlif təxminlər var. Vilayət hökumətinin rəsmi Osmanlı hesabatında 480 xristian və 130 müsəlman olaraq verilmişdir. Bununla belə, Meyrye 1,191 xristian (1,000 erməni və 150 aysor daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq) və 195 müsəlmanın öldüyünü bildirmişdir. Meyrye 2,000 nəfərin itkin düşdüyünü də əlavə etmiş, lakin gələn il Diyarbəkirə gələn Britaniya vitse-konsulu Hollvard, xristianlar arasında təqribən 1,000 nəfərin öldüyünü və bu hesablamada itkinlərin sağ qaldığını və hesaba alındığını ifadə etmişdir.[15] 155 qadın kürdlər tərəfindən qaçırılmışdır.[16]

Xristianların bir çoxu silah gücü ilə islamı qəbul edərək qətllərdən sağ çıxmışdılar. Bəzi məlumatlara görə, qətliamlar zamanı 25,000-ə yaxın erməni islam dinini qəbul etmişdir. Onların bir çoxu təqib dövrü başa çatdıqdan sonra xristianlığa qayıtmış və şəhərdən köçmüşdülər.[17]

Vilyam Eyncer Viqram bir neçə il sonra regiona səfər etmiş və dağıntıların izlərinin şahidi olmuşdur. Onun sözlərinə görə, Diyarbəkir şəhərinin aysorların yaşadığı rayonu hələ də tamamilə dağıdılmış erməni həmkarlarından daha az əziyyət çəkmişdi. O, həmçinin şəhər müsəlmanları arasında güclü antixristian hissləri müşahidə etmişdir.[18]

Diyarbakırın şərqində

Diyarbəkir şəhərində baş verən ilk qətliamlardan sonra regional qətliamlar 46 gün davam etmişdir. 3000 erməni və aysorun yaşadığı Səədiyyə kəndində türklər əvvəlcə kişiləri, sonra qadınları və nəhayət uşaqları qətlə yetirmişdilər. Bir qrup kənd sakini kilsəyə sığınmağa cəhd etmişdir, ıalom kürdlər kilsəni yandıraraq içəridəkiləri öldürmüşdülər. Yalnız üç nəfər cəsədlərin arasında gizlənərək sağ çıxmışdı. 3,000 nəfər qarışıq erməni, yakobinprotestant xristianların yaşadığı Məyafariqin şəhərində qətllərdən yalnız 15 nəfəri sağ qalmış, qalanları isə öldürülmüşdür.[19] Aysorların yaşadığı Qarabağ kəndi dağıdılmış və Qətərbəlldə 300 ailədən yalnız 4 nəfər sağ qalmışdı. Kəndlilərin əksəriyyəti topladıqları kilsədə diri-diri yandırılaraq öldürülmüşdür. Dövrün süryani katolik keşişi İsaak Armalet xəritədən tamamilə silinmiş daha 10 kəndi hesablamışdır. Onun hesablamalarına görə, bu hadisələr zamanı 4,000 nəfər həlak olmuşdur.[20]

Uğur Ümid Üngör Diyarbəkirin "ucqar kəndlərində" öldürülən ermənilərin sayını 800–900 nəfər kimi göstərmişdir.[21] Vilayət ərazisində qidalanma və sığınacaq ehtiyacı olan insanların ümumi sayı Meyrye tərəfindən 50,000 olaraq təxmin edilmiş, Hollvard daha sonra bu rəqəmi 20,000–30,000 (Mardin və Palu istisna olmaqla) olaraq dəyişdirmişdir. Hallvard Silvandakı evsizlərin sayını 10,000 olaraq müəyyən etmişdir.[22]

Tur-Abdində

Mardinin ən böyük şəhəri və sancağının mərkəzi olan eyniadlı şəhər Diyarbakırın digər sancaqlarında baş tutan qətliamlardan azad qalmışdı. Müsəlman əyanlarının çoxu öz maraqlarını qorumaqdan narahat idi və şəhərin tolerant imicini qorumaq istəyirdi.[23] Şəhər həm də müsəlmanların və xristianların məhəllələrinin bir-birinə qarışması, onları bir-birindən ayırmağı çətinləşdirməsi ilə səciyyələnirdi. Müsəlmanlar bilirdilər ki, kənar qüvvələrin daxil olması onun sakinlərinin heç bir fərq qoymadan qətliamına səbəb olacaq.[24] Kürdlər ilk növbədə 9 noyabrda dağıtdıqlarıƏyn-Sincə kəndindən gələrək şəhərə daxil olmuşdular. Yerli müsəlman qüvvəsi onların qarşısına çıxıb onları geri qovmuşdu. Qubernator daha sonra şəhərin müdafiəsini təşkil etmiş və həmçinin xristian əhalisi arasında silah paylamışdır. Kürdlərin sonradan şəhərə soxulmaq üçün iki cəhdi də uğursuzluqla nəticələnmişdi. Yalnız noyabrın sonunda Diyarbəkir valisi kilsələrin mühafizəsi haqqında əmr vermişdir, lakin atmosfer 1896-cı ilin yazına qədər gərgin olaraq qalmışdır.[25] Mardinli xristianların himayəsinə baxmayaraq, Tur-Abdində qonşu kəndlər fərqli aqibətlə üzləşmişdi. Təll-Ərmən kəndi tamamilə talan edilmiş və yandırılmış, kilsəsi qismən dağıdılmışdır. Təxminən 2,000 yakobindən ibarət əl-Külyə də məhv edilmiş və yandırılmışdır, 50-yə yaxın sakini öldürülmüşdür. Bənabil də hücuma məruz qalmış və məhv edilmişdir. Əl-Mənsuriyyə yaxınlıqdakı kəndlərdən dəstək aldıqdan sonra salamat qalmış,[26] yakobin patriarxının yaşadığı Kələət-Mərə kəndi kürdlərin hücumundan sonra boşaldılmışdır. Onun sakinləri Zəfəran monastırına sığınmışdılar. Onlar burada müdafiələrini təşkil etmiş və beş gün ərzində kürdlərin hücumlarına müqavimət göstərə bilmişdilər. Patriarx Armalet Osmanlı ordusunun rolu ilə bağlı iki fərqli versiya gətirmişdir. Birinci versiyada ordu kürdlərə monastıra hücum etməkdə kömək etmiş və 70 aysor öldürülmüşdür. Qubernator daha sonra mühasirəyə düşənləri müşayiət edən 30 əsgəri kəndlərinə göndərərək onları müdafiə etmişdir. Rəsmi narrativə uyğun gələn ikinci versiyada kürdlər təkbaşına monastıra hücum etmiş, hökumət mötəsərrif bir qüvvə göndərərək kürdlərə geri çəkilmə əmrini vermiş, bunu etmədikdə isə Osmanlı qüvvələri onlara hücum edərək 80 nəfəri öldürmüşdülər.[27]

Tarixçilər Tur-Abdindən şərqdə yerləşən Cizrə şəhərinin qətliamlar zamanı sakit və təhlükəsiz qalması ilə razılaşırlar, lakin Midyat ətrafındakı kəndlər dağıdılma və qətllərdən xilas olmamışdı.[27][28] Dominikan keşişi Qallant 1896-cı ildə bu ərazilərdən keçmişdi deyə dağıdılma səhnələrinin şahidi olmuşdur.[29]

Mardin sancağının aysor əhalisi qətliamlardan sonra kəskin şəkildə azalmışdır. Birinci Dünya müharibəsindən əvvəlki hesablamalara görə, xristianlar onun 200,000 nəfərlik əhalisinin təxminən beşdə ikisini təşkil edirdi. Tur-Abdin "xristian adası" olmaqdan çıxmışdı, çünki xristianlar indi onun 45,000 nəfərlik əhalisinin təxminən 50%-ni təşkil edirdi.[30]

Mənbə

İstinadlar

  1. Angold, 2006. səh. 512
  2. de Courtois, 2004. səh. 94
  3. de Courtois, 2004. səh. 93
  4. de Courtois, 2004. səh. 95
  5. 1 2 de Courtois, 2004. səh. 100
  6. 1 2 de Courtois, 2004. səh. 101
  7. Selim Deringil. "The Armenian Question Is Finally Closed": Mass Conversions of Armenians in Anatolia during the Hamidian Massacres of 1895–1897, p351-352, in Comparative Studies in Society and History, 2009;51(2). Quote: "In Trabzon on 13 September 1895, the Muslim dead numbered eleven whereas the Armenians lost 182. In Erzurum on 23 October the ratio was five Muslim dead to fifty Armenians. In Bitlis, on 26 October, the toll is Muslims 38 dead and 135 wounded, Armenians 132 dead and 40 wounded. In Bayburt on 4 November, against eight dead and eleven wounded on the Muslim side, 170 Armenians died and thirty-five were wounded", and footnote 38: "The sheer discrepancy in the number of Muslim and Armenian dead could not be hidden even by those official documents carefully chosen to make the Turkish case..."
  8. 1 2 de Courtois, 2004. səh. 103
  9. 1 2 3 de Courtois, 2004. səh. 104
  10. de Courtois, 2004
  11. 1 2 Verheij, 2012. səh. 102–3
  12. 1 2 3 Verheij, 2012. səh. 104
  13. de Courtois, 2004. səh. 105
  14. Verheij, 2012. səh. 105
  15. Verheij, 2012. səh. 106
  16. Üngör, 2011. səh. 19
  17. Andrieu, Sémelin və Gensburger, 2010. səh. 212
  18. Wigram, 1922. səh. 34–35
  19. de Courtois, 2004. səh. 112
  20. de Courtois, 2004. səh. 113
  21. Üngör, 2011. səh. 19
  22. Verheij, 2012. səh. 107
  23. Joseph, 1983. səh. 91
  24. de Courtois, 2004. səh. 114
  25. de Courtois, 2004. səh. 116
  26. de Courtois, 2004. səh. 117
  27. 1 2 de Courtois, 2004. səh. 118
  28. de Courtois, 2004. səh. 119
  29. de Courtois, 2004. səh. 120
  30. Andrieu, Sémelin və Gensburger, 2010. səh. 386

Ədəbiyyat

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!