Miller San Dieqoda anadan olsa da, Koloradoda böyüyüb. 1991-ci ildə orta məktəbi qurtarıb. Atasının təkidinə baxmayaraq, o hərbiyə getməyərək Oberlin Musiqi Konservatoriyasına daxil olur. 1995-ci ildə Konservatoriyanı mükəmməl qiymətlərlə və vokal və opera ifaçısı olaraq bitirir. 1996 −1997-ci illərdə Miller Pittsburq Opera Mərkəzinin üzvü idi.
1997-ci ildə Vaşinqtondakı çıxışından sonra diqqət mərkəzinə düşən Millər artıq 6 may 1998-ci ildə Ağ EvdəBill Klinton qarşısında çıxış edir. Bundan sonrakı illərdə də onun çoxlu uğurlu çıxışları davam edib.
2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu. Qrupda ondan başqa fransız pop musiqiçi Sebastien İzambard, ispaniyalı bariton Karlos Marin və isveçrəli tenor Urs Büler yer alırlar.
Qrupun ilk albomu İl Divo adlanır. Albom 2004-cü ilin noyabrında işıq üzü gördü və bir ildən də az bir vaxtda beş milyondan çox satış həyata keçirildi. İkinci albom — Ankora 7 noyabr 2005-ci ildə Birləşmiş Krallıqda, üçüncü albom Siempre isə 21 noyabr 2006-cı ildə ABŞ-də, 27 noyabr 2006-cı ildə isə beynəlxalq satışa çıxarıldı.