Daniel (Danuş) Aleksandroviç Şahverdiyan (erm. Դանիել (Դանուշ) Ալեքսանդրի Շահվեդյան; 11 yanvar 1882[1], Aygehad, Borçalı qəzası[1] – 24 oktyabr 1941[1]) — Ermənistan bolşevik inqilabçısı, siyasətçisi, RSDF(b)P üzvü (1902), Ermənistan Sovet Sosialist Respublikasının prokuroru (1922–1923).[2]
Həyatı
Daniel Aleksandroviç Şahverdiyan 11 yanvar 1882-ci ildə Borçalı qəzasında yerləşən Aygehad kəndində anadan olmuşdur. Orta təhsilini Tiflisdə almışdır. 1911-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. Ermənistan Sosial Demokratları İttifaqının yaradılmasında, bolşevik "Kayt", "Mer xrev" və "Banvori kriv" qəzetlərinin nəşrində, RSDF(b)P Qafqaz təşkilatlarının 1-ci qurultayının işlərində iştirak etmişdir (1903). 1902-ci ildən inqilabi fəaliyyətlə məşğul olmuş, 1904-cü ildən partiya üzvü olmuşdur. 1921-ci və 1924–1928-ci illərdə SSRİ və SSRİ-nin Türkiyədəki ticarət nümayəndəsi olmuşdur. 1922–1923-cü illərdə Ermənistan SSR Xalq Ədliyyə Komitəsində Xalq Komitəsi sədrinin müavini olmuşdur. Repatriasiyanın təşkilində Şahvedyanın böyük əməyi var. 1928–1929-cu illərdə SSRİ Qızıl Xaç Cəmiyyətinin İngiltərə, Almaniya və Belçikadakı nümayəndəsi olmuşdur. 1928-ci ildən SSRİ Xalq Xarici Ticarət Komissarlığında işləmişdir.[3]
Daniel Şahverdiyan 24 oktyabr 1941-ci ildə Stalin repressiyalarının qurbanı olmuşdur. Ermənistana səfəri zamanı Anastas Mikoyan Daniel Şahverdiyanı edam etməkdən xilas etməyə çalışmış, lakin buna nail ola bilməmişdi.[4]
İstinadlar
Əlavə ədəbiyyat
- Ազատյան Հ. Գ., Դանուշ Շահվերդյան (Պրոֆեսիոնալ հեղափոխական. կյանքն ու գործունեությունը), Ե., 1975։