Cənubi Koreyada idman
Cənubi Koreya idman növləri ilə məşhurluğunu daha da artırmışdır. Cənubi Koreyanın məşhur idman növlərinə Futbol, Beyzbol, Basketbol, Voleybol, Buz Xokkeyi, Oxçuluq, Qolf, Hentbol, Stolüstü Tenis, Kriket və s. aiddir. Bunlardan əlavə koreyalıların özünəməxsus idman növləri də mövcuddur. Bunlara Tekvando, Cheongdo So Ssa-eum (Boğa Güləşi), Chajon-nori, Chang-gi (Şahmat), Hapkido, Hwa-t'u (Get-dayan), Jul T'agi (İpdə Yerimə), Paduk kimi idman növləri aiddir.
Tekvando
Taekvondo Koreyada təxminən 2000 ildir istifadə olunan bir özünüqoruma sənətidir. Tekvando sözünün mənası "ayaq və ya yumruq yolu"dur. Digər özünüqoruma sənətləriylə (çinlilərin Kung-fu, yaponların Karate və koreyalıların hapkido və dangsudo) bənzərlikləri olan bu idman qollarla və ayaqlarla edilən güclü vuruşların üstünə quruludur. Taekwondo ustaları isə etdikləri akrobatik hərəkətlərlə qırdıqları qalın taxta ve kərpiclərlə havada iki hədəfə birdən vurmaqlarıyla insanları cəlb etməktədirlər.
Taekwondo digər özünüqoruma sənətlərində olduğu kimi özəlliklə vücudun ve ağlın inkişafı ve kontrolu üstünə diqqət mərkəzində saxlamışdır ve bu onun digər ölkələrə də yayılmasını asanlaşdırmışdır. Təxminən 30 milyon insan 140 fərqli ölkədə bu idmanı etməktədir.
Taekwondo onuncu Asiya Oyunlarında oyun programına alınmış ve bu oyunlarda koreyalı idmançılar sekkiz qızıl madalyonun yeddisini alaraq bu mövzuda nə qədər usta olduqlarını göstərmişlərdir. 1988 və 1992 yaz olimpiyatlarında göstəri üçün edilən taekwondo Sidney'dəki 2000 yaz olimpiyatlarında madalyon verilən bir idman növü olaraq müəyyənləşmişdir. 1940'ların sonuna doğru tanınmağa başlayan tekvando xüsusilə prezident Syngman Rhee'nin Koreyada beynəlxalq bir idman yaratmaq isteyi ve əzmi ilə olduqca tanınmışdır. Günümüzdə hər yerdə rastlanan bu idman növünün adı köhnə bir Koreya müharibəsi sənəti olan taekkyon'dan gəlmişdir.
Cheongdo So Ssa-eum (Boğa Güləşi)
Koreyada edilən bu boğa güləşi İspanya'da arenalarda edilən güləşdən fərqlidir. İspanya'da arenada bir insan olarkən burada iki boğa döyüşdürülür. Bu iki boğa bir-biriləri ilə döyüşərək bir digərini geri çəkilməyə məcbur edir və ilk geri çəkilən məğlub olur.
Chajon-nori
Taşralı xalqı bir araya gətirən bir oyundur. Bu oyunda grup taxtadan və düyü saplarından edilən gəmini çiyinlərinə alırlar, hər grubun lideri gəminin üstünə minər və gəmilər çarpışdırılar. Lideri gəmidən düşən və ya gəmisi yerə dəyən grup oyunda məğlub olur.
Chang-gi (Şahmat)
Bildiyimiz Şahmat oyununa oxşayır. Taxtası, daşları və qaydaları bir az fərqlidir. Stratejik bir oyundur. Qaydaları tez öyrənilir, ancaq yaxşı bir oyunçu olmaq uzun vaxt alır.
Hapkido
Taekwondo qədər məşhur olmayan, bir növ özünümüdafiə idmanıdır. Təxminən 1300 il əvvəl Üç Krallıq dövründə ortaya çıxan bu idman Yapon Akido idmanı ilə olduqca çox oxşarlıqlar özündə daşıyır.
Hwa-tu (Get-dayan)
Koreyaya getdikdə qatarda, parkda, restoranlarda, barlarda, demək olarki hər yerdə bu kartları görəbilər ya da oyun haqqında bir şeylər eşidə bilərsiniz. 2 ya da 3 nəfərin oynadığı bu oyunda yerdəki kartları alıb xal qazanırsınız. Koreyada adətən pul ilə oynanır və bu adətən 10 ya da 100 won ortaya qoyulur.
Jul Tagi (İpdə yerimə)
Burada adam ipin bir ucundan diger ucuna yeriyir, yeriyərkən hoppanırlar, salto atarlar, akrobatik nümayişlər edərlər və eyni zamanda ətrafdaki izləyənlərə zarafatlar edərlər.
Paduk
Yaponların Go dedikləri bu oyun Koreyada olduqcaa yayğındır. 19x19 kvadrat bir döşəmə üstündə oynanılır. Hər oyunçu öz daşlarıyla rəqib oyunçunun daşlarının ətrafını çevirməyə və taxtada ən çox ərazini almağa çalışır. Ən çox daş alan və ən çox hissə alan tərəf oyunu qazanır. Bu oyun TV şovlarında, televizorlarda və kompyuterlərdə olduqca çox böyük maraqla oynanmaqdadır.