Corc Kelli (28 aprel 1905[1] – 6 mart 1967[1]) — amerika psixoloqu.
Fəaliyyəti
Şəxsiyyətin eksperimental nəzəriyyələri ilə məşğul olub. Şəxsiyyətin konstruktorlar konsepsiyası da xüsusi yer tutur. Onun fikrincə şəxsiyyətin psixi proseslərinin təşkili onun gələcək hadisələri qabaqcadan necə sezməsindən, düşünməsindən asılıdır. Bu fərziyyələrin təsdiq olunmaması sisteminin çox və ya az dərəcədə yenidən təşkil edilməsinə gətirib çıxarır ki, bu da gələcək haqqında sonrakı xəbərvermənin adekvatlığını yüksəltməyə səbəb olur. Kelli bir sıra konkret psixoloji metodikalara tətbiq oluna bilən "repertuar şəbəkə" metodiki prinsipini işləyib hazırlamışdır. Hal-hazırda bundan klinik və təlim psixologiyasında müvəffəqiyyətlə istifadə olunur.
Mənbə
- Ümumi psixologiya. Prof. S. İ. Seyidov və prof. M. Ə. Həmzəyevin elmi redaktorluğu ilə.
İstinadlar
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|