Brandeys Universiteti [ˈbrændaɪs] — özəl Amerika tədqiqat universiteti[2]. Massaçusets ştatının Uolham şəhərinin cənub-qərb hissəsində, Bostondan 14 km qərbdə yerləşir. Universitetdə təxminən 3600 bakalavr tələbəsi və 2200 aspirant təhsil alır.[3] 2010-cu ildə ABŞ News and World Report universiteti ABŞ universitetləri arasında 34-cü yeri tutmuşdur.[4] Forbes jurnalı 2010-cu ildə universiteti ABŞ universitetləri və kollecləri arasında 57-ci yerə layiq görüb.[5]
Universitet 1948-ci ildə keçmiş Midlseks Universitetinin yerində kişi və qadınların birgə təhsili üçün dünyəvi bir qurum kimi yaradılmışdır. Universitet ABŞ-də məşhur yəhudi hüquqşünas Lui Brandeysin (1856-1941) adını daşıyır.
İstinadlar