41-ci ABŞ prezidentiCorc Herbert Volker Buş bir çox dəfə brokkolidən nifrət etdiyi barədə şərhlər vermişdir. Buşun prezidentliyi dövründə brokkoli haqqında ilk şərhi 1990-cı ilin martına aiddir. Bu zaman Buş Şəxsi Menecment Ofisinin işçilərinə "brokkoli ilə" ödəniş edilməsi barədə zarafat etmişdir.[1] Bundan qısa müddət sonra U.S. News and World Report jurnalistlərindən biri Buşun Air Force One üçün brokkolini qadağan etməsi barədə hekayə paylaşmışdır.[2] Buna cavab olara ABŞ-dəki brokkoli fermerləri Ağ evə brokkoli daşıyan bir çox yük maşını göndərməyə qərar vermişdirlər.
Şərhlərinə görə "brokkoli səsləri"ni itirməsi barədə suala cavab verərkən[1] Buş aşağıdakı fikirləri səsləndirmişdir:[3]
Mən brokkoli xoşlamıram. Balaca uşaq olarkən də sevmirdim və anam mənə brokkoli yeməyə məcbur edirdi. İndi isə ABŞ prezidentiyəm və daha brokkoli yemək istəmirəm!... Barbara brokkoli sevir. Hətta məni yeməyə də məcbur edib. Özü çox vaxt brokkoli yeyir. Odur ki, gedib Vaşinqtondan gələn brokkoli karvanını qarşılaya bilər.[4]
Birləşmiş Təzə Meyvə və Tərəvəz Assosiasiyanın prezidenti olan Corc Danlop birinci xanım Barbara Buşa bir buket brokkoli və 10 tonluq brokkoli ehtiyatı bağışlamışdır.[5][6] Bir neçə gün sonra Buş Polşa baş naziri Tadeuş Mazovetski üçün nahar təşkil etmiş və jurnalistlər menyuda brokkolinin olmadığını qeyd etmişdilər. 10 tonluq brokkoli ehtiyatının böyük qismi Kapital Sahə Qida Bankına bağışlanılmışdır.[6][7]
Araşdırmalar göstərir ki, Buş prezidentliyi dövründə brokkolini sevməməsi barədə 70 dəfə şərh vermişdir.[1] Onun brokkoli şərhləri amerikalıların çoxuna xitab etmirdi, çünki brokkoli ABŞ-də getdikcə populyarlaşırdı və "80-ci illərin tərəvəzi" hesab olunurdu.[8]
Buşun antibrokkoli şərhləri ABŞ-dəki fermer icmasının xoşuna gəlmirdi[9] və Buşun yemək vərdişləri haqqında debatlara səbəb olmuşdur. Xüsusilə, sağlam olmayan qidaları sevməsi və kobud yemək vərdişləri tənqid olunurdu.[10][11] Uşaqlarına tərəvəz yedizdirmək istəyən bir çox valideyn prezidentin şərhlərindən narahat olmuşdur.[12]Qalxanabənzər vəzindəki xəstəliyinə (daha sonra Bazedov xəstəliyi olduğu açıqlanıb[13]) görə bir çox amerikalı onun daha çox brokkoli yeməli olduğunu yazırdı.[14]
Buş prezidentlik postunu tərk etdikdən sonra brokkoli nifrəti haqqında Twitter şəbəkəsində yazmağa davam etmişdir.[16] 1992-ci ildə demokratik namizədlər Bill Klinton və Albert Qorun həyat yoldaşları olan Hillari Klinton və Tipper Qor "Gəlin yenə Ağ evə brokkoli gətirək" kampaniyası başlatmışdır.[17][18]
2001-ci ildə Corc H. V. Buşun oğlu, 43-cü ABŞ prezidenti Corc V. BuşMeksika səfəri zamanı brokkolini bəyənməməsi barədə etdiyi jest az qalsın diplomatik insidentə səbəb olacaqdı. Dövrün Meksika prezidentiVisente Foks brokkoli yetişdiricisi idi və ölkədə böyük brokkoli ferması var idi.[19][20]
"Brokkoli arqumenti" ABŞ-də sağlamlıq islahatına qarşı olanlar üçün simvol olmuşdur.[21] Buna dair ilk misal 2009-cu ildə CNS News-un "Obama və Konqres sizə brokkoli almağı əmr edəcək?" başlıqlı köşə yazısı olmuşdur.[22][23] Keçmiş mühafizəkar Ali məhkəmə jürisi Antonin Skala da "brokkoli arqumenti"nə istinad edərək 2012-ci ildəki antiobama şərhində bunları demişdir: "Hər kəs əvvəl-axır yemək almalıdır. Odur ki, sən insanları brokkoli almağa məcbur edə bilərsən".[23]
44-cü ABŞ prezidenti Barak Obama 2013-cü ildə uşaqlar üçün köklük əleyhinə tədbirdə ən sevdiyi tərəvəzin brokkoli olduğunu demişdir. Bu şərh dərhal Corc. H. V. Buşla müqayisə olunmuş[24] və ABC News jurnalisti Li Neporent brokkolini "siyasi tərəvəz" adlandırmışdır.[25] Lakin bir çox şəxs bu şərhin doğruluğu sorğulamışdır;[18]Comedy Central bir tvitdə "Obama uşaqlara ən sevdiyi tərəvəzin brokkoli olduğunu deyir və onun ən sevdiyi məşğuliyyət uşaqlara yalan danışmaqdır" sözlərini qeyd etmişdir. Obama prezidentlik kampaniyası müddətində burger və hotdoq kimi sağlam olmayan qidaları yeyərkən görüntülənmişdi.[20][26]
Corc. V. Buş 2018-ci ildə atasının dəfn mərasimi zamanı atasının brokkoli nifrəti barədə də danışmışdır.[27]