Corc Fen (ing.George Fan; d. 1978) — ABŞvideooyun dizayneri. O, hazırda "All Yes Good" indi oyun studiyasının yaradıcı direktoru kimi çalışır. Fen "Insaniquarium" (2001), "Plants vs. Zombies" (2009; eyniadlı videooyun franşizasının əsasını qoydu), "Octogeddon" (2018) və "Hardhat Wombat" (2023) oyunlarının dizayneri olmuşdur. O, oyun dizaynerliyinə başlamazdan öncə təhsil aldığı Berkli Kaliforniya Universitetini 2000-ci ildə informatika elmi dərəcəsi ilə bitirmişdir. Məzun olandan sonra karyerasına "Arcade Planet"in veb-saytı olan "Prizegames.com" üçün oyunlar hazırlamaqla başlamışdır. Nəhayət "Flying Bear Entertainment"i təsis etmiş və Müstəqil Oyunlar Festivalında[ing.] finalçı olmuş "Insaniquarium" oyununu yaratmışdır. Daha sonra "Blizzard Entertainment"də işləməyə başlamışdır. Eyni zamanda "PopCap Games[ing.]" üçün "Insaniquarium"u daha da inkişaf etdirmiş və 2004-cü ildə oyunun "Deluks" versiyasını təqdim etmişdir.
Daha sonra Fen "Blizzard"dan ayrılmış və "Plants vs. Zombies"i inkişaf etdirməyə başlamışdır. O, onu bir komanda ilə təmin edən "PopCap"ın daimi işçisi olmuşdur. 2009-cu ildə buraxıldıqdan sonra "Plants vs. Zombies" "PopCap"in ən çox satılan oyunu olmuşdur. "Electronic Arts" 2011-ci ildə "PopCap Games"ı satın almış və Fen EA-in 2012-ci ildə "Plants vs. Zombies 2" üçün "ödə və qazan oyunu" modelini tətbiq etmə ideyasına qarşı çıxdığı üçün işdən çıxarılmışdır. O, "Octogeddon"u inkişaf etdirməyə başlamış və oyunu 2012-ci ildə "Ludum Darer[ing.]" oyun müsabiqəsinə təqdim etmişdir. Fen Riç Verner və Kert Pfeffer ilə birlikdə "All Yes Good" adlı şirkət təsis etmiş və "Octogeddon"u buraxıldığı 2018-ci ilə qədər daha da inkişaf etdirmişdir. O, daha sonra 26 oktyabr 2023-cü ildə buraxılmış "Hardhat Wombat"i inkişaf etdirmişdir.
Fen ilk olaraq işə "Arcade Planet" şirkəti tərəfindən yaradılmış onlayn oyun portalı "Prizegames.com"[4] üçün Java videooyunları yaratmaqla başladı.[5] Fen veb-saytı "Chuck E. Cheese[ing.]"ın "onlayn versiyası" şəklində şərh etmişdir.[4] Onun tərtib etdiyi ilk videooyunu 2001-ci ildə buraxılmış "Wrath of the Gopher" adlı pazl oyunu idi.[6][7] O, "Destructoid"in baş redaktoru Kris Kartera demişdi ki, oyunu yaratmazdan əvvəl "Wrath of the Gopher"ın dizayneri olub-olmayacağından əmin deyildi.[4]
2001–2012: PopCap Games
Fen java oyunları ilə maraqlanarkən "PopCap Games"ı kəşf etdi və oyun kitabxanasını bəyəndi.[4] 2001-ci ildə Tayson Henderson ilə bərabər "FishTank" adlı bir "virtual ev heyvanı" növündə videooyunu üstündə çalışmaq məqsədilə Kaliforniyada "Flying Bear Entertainment"ı qurdu.[1] Fen "girilməsi asan, amma çox dərin bir şeyə açılan" bir oyun yaratmaq istədi.[8] "Flying Bear Entertainment" java əsaslı olan oyunu 31 avqust 2001-ci ildə "Insaniquarium" adı ilə ödənişsiz oyun kimi yayımladı.[7] O, oyunla 2002-ci ildə Müstəqil Oyunlar Festivalında[ing.] iştirak etmiş və finalist olmuşdur.[4] 2002 GDC[ing.]-da finalist stendində "PopCap Games" ona "Insaniquarium"u endirilə bilən bir oyun etmək üçün dəstək olmağı təklif etdi.[9] "Insaniquarium" "oyun dizaynında innovasiya" kateqoriyasında qalib gəldi.[10]
Həmin vaxtı Fen "Blizzard Entertainment"də iş axtarırdı. Blizzard Fenə onlarla işləmədiyi vaxtlarda "Insaniquarium" üzərində işləməyə icazə verirdi.[9] O dövrdə Fen müstəqil video oyun dizayneri olduğu üçün bəzi musiqiləri bəstələməklə yanaşı, "Insaniquarium"un proqramlaşdırılması və dizaynının əksəriyyətini təkbaşına yerinə yetirməyə məcbur olmuşdur.[11] Yayımçısı "PopCap Games" olan "Insaniquarium" 2004-cü ildə "Insaniquarium: Deluxe"[a] adı ilə PC üçün təqdim edilmiş və kritik və mali uğurlarla qarşılanmışdır.[13] Oyunun 2006-cı ilə qədər PC-də 20 milyon nüsxəsi satılmış[14] və 13 aprel 2006-cı ildə ABŞ-də, 29 iyun 2006-cı ildə Avropada[15] "Glu Mobile" tərəfindən mobil telefon versiyası buraxılmışdır.[16] Oyun həmçinin 6 avqust 2008-ci ildə Palm OS və Windows Mobile telefonları və fərdi cib kompüterləri üçün təqdim edilmişdir.[17]
Fen iki il yarım Blizzardda çalışdı.[9] Bu müddət ərzində o, süni intelekt proqramlaşdırması və "Diablo III" üçün oyundakı düşmən personajların dizaynını tərtib etməklə vəzifələndirildi.[6][18] Fen "Insaniquarium"un təqdim olunmasından qısa bir vaxt sonra proqramçıdan daha çox dizayner olduğunun fərqinə vardı. O, Blizzardda dizayner olmağa çalışmış, ancaq digər işçiləri öz fikirlərinə inandırmaqda çətinlik çəkmişdir. Bu da onu daha kiçik komandalarda işləməsi seçimini etməsi qənaətinə götürmüşdür.[9]
Fen müstəqil oyun dizayneri olmaq üçün Blizzarddan bir illiyinə ayrılmışdır.[9] O, nəhayət sonda yeni bir oyun yaratmaq üçün "Insaniquarium" və "Warcraft III" proyektlərdən ilham almışdır.[19] O, iki ekranlı Nintendo DS üçün "Insaniquarium"un müdafiə yönümlü versiyasını yaratmağı düşünmüşdür.[9] Lakin o, "Warcraft III" qala müdafiəsi oyununu oynadıqdan sonra bitkilərin daha yaxşı müdafiə strukturları yaradıb-yarada bilməyəcəyi ilə maraqlanmağa başlamışdır. Beləcə qala müdafiəsi janrına yeni konseptlər gətirmək istəmiş və müdafiə strukturlarını görməzdən gələn və onlara məhəl qoymayan düşmənlər fikirləşmiş, bu da oyunda yol zolaqlarının istifadəsinə gətirib çıxartmışdır.[6][11] Öncədən "Insaniquarium"dakı yadplanetlilər olması planlanan düşmənlər oyunu digər bitki oyunlardan fərqli hala gətirmək üçün zombilərə dönüşdürülmüşdür.[6] Oyun əsərinin adı "Weedlings" olsa da, düşmənlərin yadplanetlilərdən zombilərə çevrilməsindən sonra adı dəyişdirilərək "Plants vs. Zombies" adlandırılmışdır.[6][9]
Fen əvvəlcə "Plants vs. Zombies" üzərində müstəqil şəkildə işləmişdir.[20] "PopCap Games"a qoşulmasının ona ən yaxşı oyunu yaratmağa kömək edəcəyinə inandıqdan sonra şirkətin daimi işçisi olmağa qərar vermişdir.[9] "PopCap" Fenin də içində yer aldığı, sırası ilə proqramçı, rəssam və bəstəkar rollarını üstlənən Tod Sempl, Riç Verner və Laura Şiqiharadan ibarət bir komanda qurmuşdur. Fen həmçinin oyunun tyutorial personajı olan Devid Röhrlın adını daşıyan "Crazy Dave" (azərb. Çılğın Deyv) personajını da səsləndirəcəkdi.[11] "Plants vs Zombies"in ərsəyə gəlməsi üç il yarım vaxt çəkdi.[20] "Plants vs. Zombies", "Insaniquarium" və "Warcraft III"dan başqa, arkada oyunu "Tapper",[11] kart oyunu "Magic: the Gathering"[6] və "Swiss Family Robinson"[20] filmindən də ilham almışdır. İnkişafın kritik aspekti oyunun təsadüfi və sərt oyunlar arasında balanslaşdırılmış şəkildə dizayn edilməsi idi.[6][21][22]
"Plants vs. Zombies" 5 may 2009-cu ildə PC və Mac OS X üçün buraxılmışdır.[23] Oyun "Metacritic" tərəfindən ümumi 100 üstündən 87 bal alaraq tənqidçilərdən müsbət rəy almışdır.[24] Çox keçmədən PopCap Games tərəfindən inkişaf etdirilən ən çox satılan videooyun oldu.[25][26][27] PopCapın Asiya/Pasifik bölməsinin vitse-prezidenti Ceyms Qvertzman 2010 "GDC China" konfransında etdiyi bir təqdimatda oyunun beynəlxalq miqyasda 1,5 milyon nüsxəsinin satıldığını açıqlamışdır.[28] "Plants vs. Zombies" iOS, Xbox 360 və Nintendo DS da daxil olmaqla müxtəlif platformalara da daşınmışdır.[29]
Fenin PopCap üçün dizayn etdiyi ləğv edilən, yaxud elan edilməyən müxtəlif başqa başqa layihələri də var idi. Bunlardan biri "Yeti Train" adlı rol oyunu idi,[4] 2009-cu ildə PopCap tərəfindən bu oyunun ticarət markasının təqdim edilməsinin ardından[30] yeni bir franşiza halına gələcəyi söhbətləri dolaşdı, ancaq 2011-ci ilin martında PopCap SEO-su Devid Roberts yeni franşizalar yayımlama planlarının olmadığını qeyd etdi.[31] İstehsalda olan bir başqa oyun Full Contact Bingo idi.[32]
12 iyul 2011-ci ildə PopCap və aktivləri "Electronic Arts" (EA) tərəfindən 750 milyon dollara satın alınmışdır.[33] EA "Plants vs. Zombies"i böyük bir franşiza olaraq təsvir etmiş, sikvelindəfreemium modelindən istifadə etməyə başlamışdır, bu da Fenin "Plants vs. Zombies"ə olan marağını itirməsinə səbəb olmuşdur. "Kotaku"dan Ceyson Şrayerə görə, EA PopCapı əməliyyatlarla pulsuz oynanıla bilən oyunlar hazırlamağa istiqamətləndirdikdə "Fen artıq bura uyğun deyildi.".[32] 21 avqust 2012-ci ildə PopCapın 50 işçisi Sietl studiyasını tərk etmiş, və ya işdən çıxarılmışdır. Dublindəki studiyaları ilə birlikdə Şanxay və Fenin də o sıralar çalışdığı San-Mateo studiyaları da bağlanmışdır.[32][34] Fen bu müddət ərzində PopCapın idarə heyətinin aylarla davam edən müzakirələrindən sonra işdən çıxarılmışdır. Fenin EA-in "freemium" modelinə qarşı çıxdığına görə işdən qovulması ilə bağlı yayılan söylənti "The Binding of Isaac" və "Isaac and Super Meat Boy" videooyunlarının yaradıcısı Edmund Makmillenin bir açıqlamasına əsaslanmışdır. Fen bu fikrin doğru olub-olmaması barədə ictimaiyyətə açıqlama verməkdən imtina etmişdir.[32][35]
2012–hal-hazırda: PopCap Games-dan sonrası
Fen 2012-ci ilin 21 avqustunda işdən çıxarıldığı üçün "PopCap Games"dan ayrıldıqdan sonra həmin ildə Ludum Dare[ing.] "Game Jam" üçün arkada tərzi döyüş oyunu "Octogeddon"u yaratmışdır.[36][37] Bu, inkişaf etdiricilərin müəyyən bir mövzu daxilində qısa müddətdə bir oyun yaratması ehtiyacı olan hakaton növü videooyun idi. Ludum Deyr üçün bu, 48 saat idi. 2012-ci ilin mövzusu "təkamül" idi; Fen oktapodun zamanla silah halına gətirilmiş üzvlər qazanmasını təmin edərək "Octogeddon"u bu temaya uyğun şəkildə dizayn etmişdir.[38] Oyun jamda müsbət reaksiyalarla qarşılanmış və Fenə oyun üzərində daha çox çalışması üçün ilham vermişdir.[37] O, "Plants vs. Zombies"in rəssamı Riç Verner və oyunun Xbox 360 portunun proqramçısı Kert Pfeffer ilə birlikdə müstəqil videooyun şirkəti "All Yes Good"u təsis etmişdir.[39]
Fen "Octogeddon" üzərində dizayner, Verner rəssam, Preffer də proqramlaşdırıcı kimi çalışmışdır.[40] Oyunun saundtrekini Cimmi Hinson təmin etmişdir.[4] "Octogeddon" 8 fevral 2018-ci ildə rəqəmsal videooyun paylama platforması "Steam"də təqdim edilmişdir.[41] Oyun "Metacritic"də 100 üzərindən 82 bal alaraq müsbət qarşılanmışdır.[42] Oyunun 16 may 2019-cu ildə "Nintendo Switch" videooyun konsolu versiyası yayımlanmışdır.[43] Fen hazırda şirkətin yaradıcı direktoru kimi çalışır.[44]
↑"Insaniquarium"un oyun təlimatında buraxılış tarixi 1 sentyabr 2004 olaraq qeyd olunur.[12] Buna baxmayaraq, "Flying Bear Entertainment"ın rəsmi veb-saytı "Insaniquarium"un 30 avqust 2004-də Microsoft Windows və 16 oktyabr 2004-də Mac OS X üçün yayımlanacağını elan etmişdir.[7]
↑"Deluks" versiyası 2004-cü ildə buraxılmışdır.[7][12]
↑"Flying Bear Entertainment" 2002 GDC-dan[ing.] sonra, "PopCap Games"ın iştirakından əvvəl yayımçı idi.[9]
↑2012-ci ildə buraxılmasına baxmayaraq,[50] Fen yalnız 2002-2004-cü illərdə Blizzardda çalışmışdır.[9]
Видається за доцільне перенесення цього файлу до Вікісховища у категорію: Chernihiv. Перенесення зображень до ВікісховищаЗверніть увагу, що в Україні відсутня свобода панорамної зйомки, а отже для перенесення фотографії із зображенням пам'ятника, будівлі, меморіальної дош
Як Ґрінч украв Різдво!англ. Dr. Seuss' How the Grinch Stole Christmas! Жанр мультфільм, комедіяРежисер Чак ДжонсБен ВашманПродюсер Чак ДжонсСценарист Доктор СюзНа основі Як Ґрінч украв Різдво!Оповідач Борис КарлоффУ головних ролях Борис КарлоффОператор Нік ВейсКомпозитор Альберт ГаазіКі
Danza de la Muerte[1] A la dança mortal venid los nascidosque en el mundo soes de qualquier estado;el que non quisiere a fuerça de amidosfacerle e venir muy toste parado.Pues ya el freire vos ha predicadoque todos vayáis fazer penitencia,el que non quisiere poner diligenciapor mi non puede ser mas esperado La Baja Edad Media es el último período de la Edad Media. En la península ibérica, como en el resto de Europa, estuvo marcada por la crisis de los siglos XIV y XV. A finales d...
Đối với phiên bản cấu hình thấp hơn của Toyota Vios, xem Toyota Limo. Toyota ViosToyota Yaris Ativ Premium Luxury 2022Nhà chế tạoToyotaCũng gọi làToyota Yaris SedanToyota BeltaSản xuất2002-nayLắp đặtChachoengsao, Thái LanKanegasaki, Iwate (Kanto Auto Works), Nhật Bản Santa Rosa, Laguna, Philippines[1]Tianjin, Trung Quốc Jhongli, Đài Loan(Kuozui Motors)Shah Alam, Selangor, MalaysiaPhiên bảntiền nhiệmToyota SolunaToyota TercelPhân loạ...
El Hombre de Vitruvio, reinterpretación de las proporciones ideales de los textos clásicos elaborada por Leonardo da Vinci La anatomía es una ciencia, rama de la biología, que estudia la estructura de los seres vivos,[1] es decir, la forma, topografía, ubicación, disposición y relación entre sí de los órganos que lo componen. Se puede clasificar en anatomía descriptiva, funcional y quirúrgica. La anatomía se basa ante todo en el examen descriptivo de los organismos vivos, ...
For the album by Steve Beresford, John Zorn, Tonie Marshall and David Toop, see Deadly Weapons (album). 1974 American filmDeadly WeaponsFilm posterDirected byDoris WishmanWritten by“J.J. Kendall”(Judith Kushner)Produced byDoris WishmanStarringZsa Zsa (Chesty Morgan)Harry ReemesCinematographyJuan FernándezC. Davis SmithEdited byLou BurdiDistributed byHallmark ReleasingRelease date April 1974 (1974-04) Running time75 minutesCountryUnited StatesLanguageEnglish Deadly Weapons is a ...
El Juventud Pinulteca FC o simplemente Juventud Pinulteca, es un equipo de fútbol guatemalteco originario del municipio de San José Pinula y juega en la Primera División de Guatemala. Fue fundado en el 2011 y disputa sus partidos como local en el Estadio San Miguel. Entre sus logros está el campeonato de la Segunda División de Guatemala[1] y haber obtenido el ascenso a la Primera División en el año 2021.[2]Juventud Pinulteca F.C. Datos generalesNombre Juventud Pinulteca F...
1991 book by Hakim Bey (Peter Lamborn Wilson) Part of a series onAnarchism History Outline Schools of thought Feminist Green Primitivist Social ecology Total liberation Individualist Egoist Free-market Naturist Philosophical Mutualism Postcolonial African Black Queer Religious Christian Jewish Social Collectivist Parecon Communist Magonism Without adjectives Methodology Agorism Illegalism Insurrectionary Communization Expropriative Pacifist Platformism Especifismo Relationship Syndicalist Syn...
Population Density of Ontario in 2016 Ontario, one of the 13 provinces and territories of Canada, is located in east-central Canada. It is Canada's most populous province by a large margin, accounting for nearly 40 per cent of all Canadians, and is the second-largest province in total area. Ontario is fourth-largest in total area when the territories of the Northwest Territories and Nunavut are included. It is home to the nation's capital city, Ottawa, and the nation's most populous city, Tor...
The list of shipwrecks in 1940 includes ships sunk, foundered, grounded, or otherwise lost during July 1940. This is a dynamic list and may never be able to satisfy particular standards for completeness. You can help by adding missing items with reliable sources. July 1940 MonTueWedThuFriSatSun 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 Unknown date References 1 July For the loss of Avelona Star on this day, see the entry for 30 June 1940 List of shipw...
This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: National Lampoon The 199th Birthday Book – news · newspapers · books · scholar · JSTOR (May 2022) (Learn how and when to remove this template message) 1975 book from the National Lampoon magazine National Lampoon The 199th Birthday Book AuthorTony Hendra (edito...
American politician Kevin ChamblissMember of the Florida House of Representativesfrom the 117th districtIncumbentAssumed office November 3, 2020Preceded byKionne McGhee Personal detailsBorn (1981-06-08) June 8, 1981 (age 42)Columbus, Mississippi, U.S.Political partyDemocraticSpouseLeah ChamblissChildren4EducationJackson State University (BS) Kevin D. Chambliss (born June 8, 1981) is an American politician serving as a member of the Florida House of Representatives from th...
86th season of La Liga Football league seasonLa LigaSeason2016–17Dates20 August 2016 – 21 May 2017ChampionsReal Madrid33rd titleRelegatedSporting GijónOsasunaGranadaChampions LeagueReal MadridBarcelonaAtlético MadridSevillaEuropa LeagueVillarrealReal SociedadAthletic BilbaoMatches played380Goals scored1,118 (2.94 per match)Top goalscorerLionel Messi(37 goals)Best goalkeeperJan Oblak(0.72 goals/match)Biggest home winAtlético Madrid 7–1 Granada(15 October 2016)Barcelona 7–1 Osas...
Overview of the events of 1965 in architecture List of years in architecture (table) … 1955 1956 1957 1958 1959 1960 1961 1962 1963 1964 1965 1966 1967 1968 1969 1970 1971 1972 1973 1974 1975 … Buildings and structures Art Archaeology Architecture Literature Music Philosophy Science +... The year 1965 in architecture involved some significant architectural events and new buildings. Events Reconstruction of Skopje in Yugoslavia planned by Kenzō Tange and team.[1] Buildings and str...
Japanese speed skater and cyclist For the rugby player, see 2002 Women's Rugby World Cup squads § Japan. Maki TabataPersonal informationBorn (1974-11-09) 9 November 1974 (age 49)Mukawa, Hokkaido, JapanTeam informationDisciplineSpeed skatingTrack cycling Medal record Representing Japan Women's speed skating Olympic Games 2010 Vancouver Team pursuit World Championships 2001 Salt Lake City 1500 m 2003 Berlin 1500 m 2000 Milwaukee Allround 2000 Nagano 3000 m 2001 Salt Lake City 5...
1932 film Two Happy HeartsMelnati and De Sica in a film sceneDirected byBaldassarre NegroniWritten byRaffaello MatarazzoAldo VerganoStarringVittorio De SicaCinematographyAnchise BrizziEdited byBaldassarre NegroniRelease date 1932 (1932) Running time78 minutesCountryItalyLanguageItalian Two Happy Hearts (Italian: Due cuori felici) is a 1932 Italian white-telephones comedy film directed by Baldassarre Negroni and starring Vittorio De Sica. It is known for its modernist set designs.[1...
Laocoön and his Sons in the Vatican Museums which conserve part of the cultural heritage of the Church The Pontifical Commission for the Cultural Heritage of the Church (Latin: Pontificia Commissio de Patrimonio Artis et Historiae conservando) was an institution within the Roman Curia of the Catholic Church that presided over the guardianship of the historical and artistic patrimony of the entire Church - that is to say, works of art, historical documents, books, and everything kept in eccle...
Halaman ini berisi artikel tentang politikus. Untuk musisi, lihat Perry Farrell. Peretz BernsteinLahir12 Juni 1890Tempat lahirMeiningen, JermanTahun aliyah1936Meninggal dunia21 Maret 1971(1971-03-21) (umur 80)Knesset1, 2, 3, 4, 5Faksi yang diwakili di Knesset1949–1961General Zionists1961–1965Partai Liberal1965GahalJabatan menteri1948–1949Menteri Perdagangan & Industri1952–1955Menteri Perdagangan & Industri Peretz Bernstein (Ibrani: פרץ ברנשטיין, nama lahir Shlo...