Chip Chrome & the Mono-Tones — amerikan rok qrupu The Neighbourhood-un dördüncü studiya albomu. 25 sentyabr 2020-ci ildə Columbia Records tərəfindən buraxılıb.[1]
Alternativ rok janrlı mahnılarına görə tanınan The Nbhd bu yeni albomunda təzəlik edərək futuristik elektro-fank üslubunu sınayıb.[2] Bu, onların konsept albomudur. Qrupun frontmeni Cessi Ruterford Ziggy Stardust və "Disko topu"nu xatırladan alter eqosu olan Chip Chrome-a dönüşüb – albomdakı mahnıların mərkəzində bu personaj dayanır.[3]
Cessi Ruterford müsahibəsində demişdir: