Charly Coombes & The New Breed[1] - Musiqi (rock-n-roll) qrupudur.
Qrup 2009-cu ildə Oksfordda liderləri Çarli Kombes olan dörd gənc tərəfindən "köhnə ruhun və yeni musiqinin vəhdəti" şüarı ilə yaradılmışdır. 2009-cu ildə qrup Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıqnda müxtəlif səhnələrdə çıxış etmişlər. 2011-ci ildə Braziliya turneləri isə onların məhşurlaşmasına gətirib çıxarmışdır.[2] Qısa müddət ərzində bir zamanların ən yaxşı oyunlarından biri hesab edilən Dream League Soccer seriyasının ilkin versiyasında (2011-2016-cı il üçün nəzərdə tutulan; v2.07) qrupun musiqilərinin çalınması üçün təklif gəlir və qrup təklifi qəbul edir, qrupun populyarlığı daha da artır. Qrup tarixi ərzində 3 albom buraxır: "Wawes", "Panic" və "Noise Control". Sonradan qrup köhnə stabilliyini qoruya bilmir, satışlar sıfıra yaxınlaşır, nəhayət qrup yekdil qərarla dağılır. Qrupun rəsmi internet səhifəsi də bu minvalla tarixin tozlu səhifələrinin arasında itib batır.[3]
Çarli Kombes Deyv Eşvort Cek Rouz
- Hell Below
- Jungles & Tides
- God Knows
- Broken Glass
- Panic in Between the Sheets
- For the Pain
Çarli Kombes (Charly Coombes) - baş vokalist, gitarist (akustik),
Deyv Eşvort (Dave Ashworth) - vokalist, gitarist,
Cek Rouz (Jake Ross) - basçı, vokalist,
Reynaldo Migliavacca - nağaraçı[4]