19 yanvar 1943 tarixində Port Arthur, Texasda işləyən bir ailənin ilk uşağı olaraq dünyaya gəldi. Bir neftayırma zavodu qəsəbəsində böyüyən Janis, yeni tanış olduğu hər kəs tərəfindən qeyri-adi biri olaraq xarakterizə edilirdi. Gənclik illərində sənətçi şəxsiyyətini kəşf edən ailəsi, ona bu sahədə özünü inkişaf etdirməsi üçün dəstək verdi. 14 yaşındə cəmiyyət tərəfindən qeyri-adiliyinə görə qəbul edilməyən Janis, özünü musiqinin və sənətin içində gizlətməyə qərar verdi. 18 yaşında, Texasdakı bir çox yerli klubda səhnəyə çıxmağa başladı. Daha sonra blues musiqisinə olan talantının tükəndiyini düşünərək, Lamar State College of Technology kollecinə daxil oldu. 1963-cü ildə məktəbi buraxdı və musiqi karyerası üzərində işləməyə qərar verdi.
Kaliforniya Həyatı
1963-cü ildə avtostopla gəldiyi Kaliforniya Dream'ində hippi hərəkatınə daxil oldu. Qısa zaman içində San Francisco və Venice çimərliyindəki kafe və klubların imtiyazlı bir sənətçisi halına gəldi. Kaliforniyada keçirdiyi iki ilin ardından özünü idarəni böyük ölçüdə itirən Janis, spirt və amfetamin istifadə etməyə başladı. Bu gedişi dayandırmaq üçün Port Arthur'a geri dönərək, yarımçıq qoyduğu məktəbinə yenidən daxil oldu. Məktəbdə çox müvəffəqiyyətli olmasına baxmayaraq, bu istiqamətdə inkişaf edən həyatından heç vaxt məmnun olmadı.
Big Brother and the Holding Company dövrü: 1966–1968
Janis, kiçik qəsəbə həyatına uyğunlaşa bilməyəcəyini anlayan kimi Kaliforniya'ya geri döndü. Burada, dostu və meneceri olan Chet Holmes tərəfindən Big Brother and the Holding Company adlı bir qrupda solist olması təklif edildi. Bu qrupla işə başlayan Janis, 1967-ci ildə səhnəyə çıxdıqları Monterey Beynəlxalq Pop Festivalında, blues klassiki olan "Ball and Chain" ilə izləyənləri ovsunlayaraq, qrupun diqqət mərkəzində olmasını təmin etdi. Bu performans sonrasında aldıqları albom təklifini geri çevirməyən qrup, 1968-ci ildə ilk albomunu buraxdı.
1968-ci ildə, qrupun menecerliyini öhdəsinə götürən Albert Grossman, Kolumbiya Records val şirkətiylə bir razılaşma imzalamağı bacardı və eyni il qrupun "Cheap Thrills" albomu bu şirkətin etiketi ilə nəşr olundu. Bu albomda, "Piece of My Heart", "Ball and Chain" və "Turtle Blues" kimi klassikləşmiş blues mahnılarının canlı versiyaları da var idi. Bu albomun müvəffəqiyyəti sayəsində səkkiz həftə siyahılarda üst sıralarda qalmağı bacaran qrupun adı artıq "Janis Joplin with Big Brother and the Holding Company" olaraq bilinməyə başlamışdı.
Arxa arxaya gələn böyük müvəffəqiyyətlər, qrupun narkotik və spirtlə olan bağlılığını daha da artırdı, tez-tez bahalı narkotiklərlə edilən məclislər qrupun performansına və iş əlaqələrinə pis istiqamətdə təsir etdi. 1968-ci ilin sonunda, Big Brother and the Holding Company son performansını reallaşdırdıqdan sonra dağıldı.
Solo fəaliyyət: 1969–1970
Sonrakı il karyerasına tək başına davam etmək qərarı alan Joplin, 1969-cu ilin İyun ayında baş tutan "Woodstock" festivalında səhnəyə çıxaraq yenidən böyük bir rəğbət qazandı. Blues'in yanında caz musiqisinə də hər zaman marağı olan Joplin, həmin il "The Cozmic Blues Band"i qurdu və "I Got Them All' Kozmic Blues Again Mama!" albomunu buraxdı.
Qazandığı müvəffəqiyyətlərlə birlikdə artan stressini basdırmaq istəyən Joplin, heroin istifadə etməyə başladı və istifadə etdiyi digər narkotiklərin və spirtin miqdarını gün keçdikcə artırdı. 1969-cu ilin sonunda bu gedişatının doğru olmadığının fərqinə vararaq bütün asılılıqlarına son verdi və yeni bir başlanğıc etmək üçün "The Full Tilt Boogie Bant" adlı qrupu qurdu.
Ölümü
1970-ci il 4 oktyabr günü Joplin səsyazma studiyasında, səs yazmaq üçün lazım olanda, onun yoxa çıxması prodüser Pol A. Rothchild'i narahat etdi. Booge'nin yol meneceri prodüserə Joplinin getdiyi son yeri bildirdi və Rothchild ora gedən zaman hotelin qarşısında Janisin Porsche 356C model avtomobilini gördü. Hotelə daxil olub otağın qapısınə açan zaman çarpayının yanında, döşəmədə Joplinin ölü bədənini gördü. Rəsmi ölüm səbəbi istifadə etdiyi heroinin normaldan artıq dozası və spirtli içki ilə qarışması idi, amma Janisin günlüyünə baxan zaman dərin bir depresiya içində olduğu və hoteldə olan müddətdə, söz vermələrinə baxmayaraq dostlarının onun ziyarətinə gəlməməsi, insanlarda intihar şübhəsi yaratdı. Bunlara baxmayaraq Janis artıq ölmüşdü və klub 27-nin növbəti üzvünə çevrilmişdi.
Onun bədəni Los-Ancelesdəki Westwood Village Mortuary də yandırıldı və külü təyyarədən Stinson sahili boyu Sakit Okeana töküldü.
Ölümünün ardından buraxılan albomunda olan "Me and Bobby McGee" və "Mersedes Benz" kimi mahnıları ilə həftələrlə siyahılarda üst sıralarda qaldı
Janis Joplin, yaşadığı zamanda olduğu kimi indiki vaxtda da, gəlmiş keçmiş ən yaxşı qadın blues müğənnilərindən biri olaraq qəbul edilməkdədir.