Böyük Söyüdlü — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati-ərazi vahidi tərkibindəki Bala Söyüdlü kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.[1]
Tarixi
Bu kənd Böyük Söyüdlü kənd inzibati ərazi dairəsinin mərkəzidir. Rayon mərkəzindən 30 km cənubda, Qəbələ-Oğuz şose yolundan 15 km solda, Türyançayın sağ sahilindən 6 km aralıda, Daşüz silsiləsinin ətəyindədir. Dəniz səviyyəsindən hündürlüyü 500 metrdir.
Böyük Söyüdlü türk mənşəli etnotoponimdir. Uyğurların oğuz–türk qrupuna mənsub bir tayfası "söyüd" adlanmışdır. Kürdəmir, Gədəbəy, Cəbrayıl, Neftçala rayonları ərazisindəki Söyüdlü, Söyüdlər adlı kəndlər də həmin etnonim ilə əlaqədardır. Söyüd(t) tayfasının Oğuz rayonunda məskunlaşma tarixi məlum deyil. Kənd Böyük Söyüdlü və Bala Söyüdlü adlanan iki kənddən ibarət olmuşdur. İndi ancaq Böyük Söyüdlüdə əhali yaşayır. XIX əsrin əvvəllərində bu kəndə köçürülmüş rusların özləri ilə gətirdikləri adla, bəzən, Kirovka da adlandırılmışdır.
"Söyüd" etnonimi iki komponentdən ibarətdir: "söy" və "üd". "Söy" (soy) – kök, nəsil, tayfa, "üt-üd" (ət-ut-it) – cəmlik bildirir. "Söyüdlü" – "köklü", "ulu nəsildən olanlar" anlamına gəlir.
Toponimikası
Türyançayın sağ sahilindən 6 km. aralı, Daşüz silsiləsinin ətəyindədir. XIX əsrin əvvəllərinə aid sənədlərdə Söyüt formasında qeydə alınmışdır. XIX əsrin ortalarında həmin kənddən Bala Söyüdlü (hazırda mövcud deyil) adlı başqa bir yaşayış məntəqəsi yarandıqdan sonra əvvəlki kənd Böyük Söyüdlü adlandırılmışdır. Bəzi tədqiqatçıların fikrincə, toponim uyğurların soyat tayfasının adındandır.[2]
Mədəniyyəti
- Kənddə orta məktəb, uşaq bağçası, klub, kitabxana, poçt, 100 yerlik ATS, xəstəxana, ticarət və iaşə obyektləri var.
Əhalisi
İqtisadiyyatı
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|