Buquruslan — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir
Tarixi
1748 ildə Buquruslan (bura da yerləşən başqırd kəndinin adından) qəsəbə kimi salınmışdır. Ufa canişinliyinin (1781/82–1796), Orenburq(1796–1850) və Samara (1850–1928) quberniyalarının qəza şəhəri olmuşdur. 1822-ci ildə yanğın nəticəsində tamamilə məhv olmuş şəhər tezliklə bərpa edilmişdir. 1888-ci ildə Samara–Ufa dəmiryol xəttinin işə düşməsi Buquruslanın inkişafını sürətləndirmişdir. Vətəndaş müharibəsi (1917–22) dövründə 1918-ci ilin iyun–oktyabr aylarında Çexoslovakiya korpusunun hərbi hissələri tərəfindən tutulmuşdu. Buquruslan dairəsinin (1928–30), Buquruslan rayonunun (1928 ildən), Orenburq vilayətinin (1934 ildən; 1938–57 illərdə Çkalov vilayəti)mərkəzi olmuşdur. 1937-ci ildən Buquruslanda neftin sənaye hasilatına başlanılmışdır.[2]
Coğrafiyası və iqlimi
Uralönüdə, Moçeqay çayının Böyük Kinel çayına (Volqa hövzəsi) töküldüyü yerin yaxınlığındadır.[2]
Əhalisi
Əhalisi 50,0 min (2014).[2]
Memarlığı
Orenburq Dövlət Universitetinin filialı, Mülki aviasiya təyyarəçilik məktəbi (1940); Tarix-diyarşünaslıq muzeyi (1930-cu ildə açılmışdır), M.V. Frunzenin ev-muzeyi, N.V. Qoqol adına bələdiyyə dram teatrı (1900) var. Buquruslan Volqa-Ural neftli-qazlı əyalətinin neft-qaz sənayesi mərkəzlərindən biridir. “Buquruslanneft” (“Orenburqneft”in filialı; neft hasilatı), “Radiator” zavodu (avtomobil kirşələri, radiatorlar və s.) aparıcı müəssisələrdir.[2]
Şəkilləri
Xarici keçidlər
Həmçinin bax
|
---|
| İnzibati mərkəz: Orenburq
| | |
---|
İnzibati-ərazi bölgüsü:
| |
---|
Məqalələr: | |
---|
İstinadlar
- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ 1 2 3 4 Buquruslan// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 63