Bulun ulusu (saxa Булуҥ улууһа) — Rusiya Federasiyası, Saxa Respublikası tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Tiksi şəhər tipli qəsəbəsidir.
Coğrafiya
Rayonun sahəsi 235.1 min km²-dir.
Yakutiyanın şimalında Lena, Olenok və Omoloy çaylarının aşağı axınlarında yerləşir. Respublikanın Arktik qurşaqda yerləşən ulusları qrupuna aiddir. Ulusun ərazisinə Yeni Sibir adaları daxildir.
Şərqdə Ust-Yana və Verxoyansk ulusları, cənubda Even-Bıtantay və Jiqan, qərbdə Olenok və şimal-qərbdə Anabar ulusları ilə sərhədlənir. Şimal və şimal-şərqdə Laptevlər dənizi, Yeni Sibir adalarının şərqindən isə Şərqi Sibir dənizinin suları ilə yuyulur. Ulus Saxa Respublikasının ən böyük uluslarından biridir.
- Təbii şərait
Relyefə görə ulusun ərazisi iki hissəyə bölünür. Qərb hissəsi (Lenanın sol sahili) geniş alçaq düzənliklərlə xarakterizə olunan Şimali Sibir ovalığında yerləşir. Çekanovski və Pronçişev, eləcə də Kıstık yaylası fərqlənir. Şərq hissədə (Lenanın sağ sahili) dağlıq bir relyef üstünlük təşkil edir: Verxoyansk dağ sisteminin bir hissəsi olan Tuora-Sis silsiləsi, Orulgan və Xaraulax silsilələri. Ulusun şərq sərhəddinə yaxın, Omoloy çay hövzəsində çox sayda göl olan bir ovalıq vardır.
Ulus ərazisindən axan böyük çaylar: Lena, Olenok, Omoloy və Xara-Ulax. Laptevlər dənizinə axan Lena çayı dənizə töküldüyü yerdə 3 milyon hektar olan deltanı meydana gətirir.
Tarix
Ulus 1930-cu il dekabrın 10-da Bulun dairəsinin ləğvi və onun əsasında dörd milli bölgənin yaradılması barədə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə təşkil olundu. Bulun rayonunun mərkəzi Kyusyur kəndi idi.
1957-ci ildə mərkəz Tiksiyə köçürüldü.
Əhali
Əhali sıxlığı 0,05 nəfər / km².
- Urbanizasiya
Şəhər şəraitində (Tiksi qəsəbəsi) rayonda əhalinin 54,41% -i yaşayır.
- Milli tərkib
2002-ci il siyahıyaalınmasına əsasən: yakutlar — 2271 nəfər (23,23%), ruslar — 3500 nəfər (35,81%), evenklər — 2345 nəfər (23,99%), ukraynalılar — 663 nəfər (6.78%), evenlər — 607 nəfər (6,21%) və digər millətlər — 389 nəfər (3,98%).
İqtisadiyyat
Rayonun əsas iqtisadiyyat sahəsi kənd təsərrüfatıdır. Hansı ki, maralçılıq, balıqçılıq və xəz ticarəti ilə təmsil olunur. Ulusda respublikada olan maralların sayının 7,6 % cəmləşmişdir. Rayonda sovxozlar, kəndli təsərrüfatları, qəbilə icmaları vardır.
- Nəqliyyat
Tiksi Şimal Dəniz yolu üzərində yerləşən bir hava limanı və bir dəniz limanına sahib qəsəbədir.
Lenadakı çay limanları — Siktyax, Kyusyur və Tit-Arı; Olenka üzərində — Ust-Olenok və Taymılır.
Poleontologiya
Horbusuonka çayının (Olenok çayının bir qolu) ərazisində unikal Prekambriya geoloji çatları mövcuddur. Burada 500 milyon il əvvəl Yer üzündə yaşayan bənzərsiz qalıqlar aşkar edilmişdir[2][3][4].
.
Mənbə
İstinadlar
|
---|
| İnzibati mərkəz: Yakutsk
| | |
---|
İnzibati-ərazi bölgüsü:
| |
---|
Məqalələr: | |
---|