Aşağı Kolıma ulusu (saxa Аллараа Халыма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon.
İnzibati mərkəzi şəhər tipli Çerski qəsəbəsidir.
Coğrafiyası
Ulus Saxanın şimal-şərqində, Kolıma ovalığında, Kolımanın sağ sahilində yerləşir. Şimaldan Şərqi Sibir dənizinin suları ilə yuyulur.
Böyük çaylar Kolıma, Alazeya, Bolşaya Çukoçya, Malaya Kuropatoçya. Çoxlu sayda göllərə sahibdir. Onlardan ən böyükləri: Nerpiçye, Çukoçye, Bolşoye Morskoe, İlirqıtkin. Ulus cənubdan Orta Kolıma, qərbdən Allayıaxa ulusu, şərqdən isə Çukotka Muxtar Dairəsi ilə sərhədlənir.
Aşağı Kolıma ulusu Saxanın mərkəzindən ən uzaq rayondur. Aşağı Kolıma ulusu sərhəd zonasıdır. Bəzi inzibati vahidlərə keçmək üçün bir sıra sənədlər əldə etmək lazım gəlir.
Sahənin əsas cazibəsi Pleystosen parkıdır. Park, ulusun inzibati mərkəzinə yaxın olmayan Kolımanın aşağı axarında yerləşir. Parkın əsas vəzifəsi ərazinin qədim ekoloji sisteminin dirçəldilməsidir.
Tarixi
Rayon 1930-cu ildə Qərbi Tundra rayonu adı ilə Çukotka muxtar dairəsinin bir hissəsi olaraq (mərkəzi Nijnekolımsk) meydana gəlir. 1931-ci ildə Yakutiya Muxtar Sovet Sosialist Respublikasına verilir.
Əhalisi
- Milli tərkib
Əhali arasında ruslar, o cümlədən poxodçular, həmçinin saxalarlar, çukçalar və yukagirlər üstünlük təşkil edir. Ulusda 4414 nəfər yaşayır (2002).
- Urbanizasiya
Ulus əhalisinin 59,56% -i şəhər şəraitində (Çerski q) yaşayır.
Yerli özünü idarəetmə
Aşağı Kolıma ulusu ərazisinə 1 şəhər və 3 kənd inzibati vahidliyinə ümumilikdə 13 yaşayış məntəqəsi daxildir[3][4].
Ulus ərazisinə daxil olan yaşayış mənttəqələri: Ambarçik q., Andruşkino k., Dve Viski k., Ermolovo q., Kolımskoye k., Krestovaya q., Mixalkinoi q., Nijekolıms q., Petuşki k., Poxodsk k., Timkino q., Çerski ş.t.q., Çukoçya q.
İqtisadiyyat
İqtisadiyyatda aparıcı yeri kənd təsərrüfatı (şimal maralı, maldarlıq) və ovçuluq (xəz və balıq) tutur. Kənd təsərrüfatı torpaqları 7.7 min ha-dır. Ulusda kommunal-klan daxil olmaqla dövlət təsərrüfatları, kəndli təsərrüfatları mövcuddur. Balıq fabriki və yerli müəssisələr vardır.
İstinadlar
|
---|
| İnzibati mərkəz: Yakutsk
| | |
---|
İnzibati-ərazi bölgüsü:
| |
---|
Məqalələr: | |
---|