RAH-66 Comanche, Amerika Ordusu üçün hazırlanmış Boeing/Sikorsky ilə ortaq olaraq 4 yanvar 1996-cı ildə sınaq uçuşunu yerinə yetirən bir hücum/patrul helikopteridir. AH-64 Apacheni əvəz edəcəyi gözlənilirdi. Radarda görsənməyəcək bir texnologiya ilə təchiz edilmişdi. Lakin, yüksək xərcinə görə, proqram 2004-cü ildə ləğv edildi. Bu günə qədər 2 prototip istehsal edilmişdir. 14 metr uzunluğundadır və 3.37 metr hündürlükdədir. Onun maksimal sürəti 324 km-dir. Dolu yanacaqla 485 km mənzilə sahibdir. Amerikalıların fikrincə, ABŞ-nin F-22 ilə İraq müharibəsindən sonrakı ən böyük israfçılığı olacaqdı. Xüsusi texnologiyaya sahib olmasına baxmayaraq, AH-64 Apachelər bu helikopterin radarlarda tutulmamaqdan başqa demək olar ki, bütün xüsusiyyətlərinə malik idi.