Birinci Aşıqlı — Azərbaycan RespublikasınınBeyləqan rayonunun Birinci Aşıqlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun Birinci Aşıqlı kəndi Əlinəzərli Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Aşıqlı kənd Soveti yaradılmışdır.[2]
Mülahizələrə görə, kəndin adı keçmışdə Mil-Qarabağ düzlərində yaşamış xələc tayfasının Aşıqlı tirəsinin adı ilə bağlıdır. Birinci komponenti isə yaşayış məntəqəsinin adını digər kənd adlarından fərqləndirmək üçün əlavə edilmışdir.[3]
Toponimikası
Birinci Aşıqlı kəndi qədim tarixə malikdir, beləki yaşayış məskəni kimi adı "Dədə Qorqud" dastanında göstərilir.
Coğrafiyası və iqlimi
Kənd Yuxarı Qarabağ kanalından 4 km. aralı, Mil düzündədir.
Əhalisi
Kənd əhalisi azərbaycanlıların Tərəkəmə qolundan (türkmənlər) ibarətdir.