Billi Ayliş: Dünya bir az bulanıqdır (ing. Billie Eilish: The World's a Little Blurry) — Ar Cey Katlerin rejissorluğu ilə çəkilmiş ABŞ istehsalı sənədli film.[1][2] Filmdə Billi Aylişin 2016-cı ildə "Ocean Eyes" mahnısı sayəsində məşhurlaşması və debüt studiya albomu "When We All Fall Asleep, Where Do We Go?" üzərində edilən səsyazma proseslərinə yer verilib.[3] Film 26 fevral 2021-ci ildə Neon tərəfindən seçilmiş kinoteatrlarda və Apple TV+da nümayiş olunub.[4][5]