Belarus Həmkarlar İttifaqları Federasiyası (belar. Фэдэрацыя прафсаюзаў Беларусі) — Belarusun ən böyük milli həmkarlar ittifaqları birliyi.[1] Mərkəzi ofisi Minsk şəhərində yerləşir.
Belarus Həmkarlar İttifaqları Federasiyası 1990-cı ildə yaranmışdır.[1]
1991-1995-ci illər ərzində daha 7 həmkarlar ittifaqı yarandı və beləliklə, Federasiyanın ətrafında artıq 31 təşkilat birləşdi.[1] Bu təşkilatların xidmətində isə 31378 ilk, 454 şəhər, rayon həmkarlar ittifaqı komitəsi fəaliyyət göstərirdi.[1] Zaman keçdikcə onların hər biri yetərincə güclü nüfuza malik oldular, sıralarını genişləndirdilər.[1] Bəzi təşkilatlar artıq öz qəzetlərini də nəşr etməyə başladılar.[1]
Qurumun əsas məqsədi təşkilatların qüvvə və istiqamətini birləşdirmək, qarşıya qoyulan məsələləri kökündən həll etmək, ölkədə işçilərin hüquqlarını tam qorumaqdır.[1]
24 sahə təşkilatını özündə cəmləşdirir.[1] 4 milyon üzvü var (15.03.2011).[2]
Qurumun hazırkı rəhbəri Yuri Senkodir.[3]