Beştalı (Salyan)

Beştalı
39°34′ şm. e. 49°01′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Salyan rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Beştalı xəritədə
Beştalı
Beştalı

BeştalıAzərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Yerli əhali arasında Yaxa (sahil) Beştəli də adlandırılır. XIX əsrə aid sənədlərdə Ərəb Beştalu və ya Beştalu kimi qeydə alınan bu yaşayış məntəqəsinin Ərəb Balaoğlan və Ərəb Qardaşbəyli kəndlərinin camaatı tərəfindən salınması haqqında məlumat vardır. 1933-cü ildə Beştalı Salyan kimi qeydə alınmışdır. Oykonimin beş və talı ("tala" sözünün variantı) sözlərindən düzəldiyi və "beş tala" mənasını ifadə etdiyi ehtimal olunur. Türk dillərində tal və tala sözlərinin "düz", "kəndir", "qat, lay, mərtəbə" mənalarında işlənməsi də məlumdur.[1]

Coğrafiyası və iqlimi

Kür çayının sağ sahilində düzənlikdə yerləşir. Çayın sahilində Tuğay meşəsi vardır. Qonşu kəndlər CənganKür Qaraqaşlı kəndləridir.

Din

Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.[2]

İstinadlar

  1. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.88.
  2. MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!