Batumi Beynəlxalq Hava Limanı (gürc. ბათუმის საერთაშორისო აეროპორტი) (IATA: BUSS, ICAO: UGSB) — Gürcüstanda, Batumi şəhərindən 2 km cənubda yerləşən beynəlxalq hava limanı. Hava limanı Türkiyənin Hopa şəhərindən 20 km şimal-şərqdə, Gürcüstan və şimal-şərq üçün daxili və beynəlxalq hava limanı kimi xidmət göstərir.
Haqqında
Batumi Gürcüstanda fəaliyyət göstərən üç beynəlxalq hava limanından biridir. Yeni hava limanı terminalı 26 may 2007-ci ildən fəaliyyət göstərir. Ümumi sahəsi 4,256 kvadratmetr olmaqla, ildə 600 min sərnişin qəbul edə bilir.[1]
Batumi Beynəlxalq Hava Limanı 2007-ci ildə TAV Airports Holding tərəfindən həyata keçirilən təmirdən bu yana sərnişin sayının əhəmiyyətli bir artım göstərdiyini qeyd etdi. 2011-ci ildə hava limanında bir əvvəlki ilə görə 51% artımla 134 min sərnişin qəbul edildi.[2]
İstinadlar