"Battle Angel Alita" və ya Yaponiyada tanınan adı ilə "Gunnm" Yukito Kişiro tərəfindən çəkilmiş və yazılmış manqa seriyasıdır. Manqa seriyasının yayımlanması 15 dekabr 1990-cı ildə Shueisha nəşriyyatının "Business Jump" jurnalında başlamış, 1 aprel 1995-ci ildə isə başa çatmışdır. Bu müddət ərzində manqanın 53 fəsli çap olunmuşdur. Manqa Alita adlı (orijinal yapon versiyasında Qalli) yaddaşını itirmiş kiborq qızdan bəhs edir. Daysuke İdo adlı kibertibb mütəxəssisi tərəfindən tullantıların arasından tapılmış Alita əslində kim olduğunu və keçmişini öyrənməyə çalışır. Hadisələr XXVI əsrdə Tiferes (orijinal yapon versiyasında Salim) və Xarabalıq adlı uydurma şəhərlərdə cərəyan edir.
Shueisha nəşriyyatı manqanın fəsillərini tankobon cildlərdə toplamışdır. İlk cild 19 sentyabr 1991-ci ildə, sonuncu – 9-cu cild isə 19 iyul 1995-ci ildə buraxılmışdır. Yukito Kişiro manqanın davamı xarakteri daşıyan daha iki manqa seriyası yaratmışdır. Birincisi, "Battle Angel Alita: Last Order" manqa seriyası 18 noyabr 2000-ci ildən 28 yanvar 2014-cü ilə kimi nəşr olunmuşdur. Bu manqa 19 iyun 2010-cu ilə kimi Shueisha nəşriyyatının "Ultra Jump" jurnalında, qalan tarixlərdə isə Kodansha nəşriyyatının "Evening" jurnalında nəşr olunmuşdur. Manqanın 19 iyul 2001-ci ildən 23 aprel 2014-cü ilə kimi 19 cildi buraxılmışdır. İkincisi, "Battle Angel Alita: Mars Chronicle" 28 oktyabr 2014-cü ildən Kodansha nəşriyyatının "Evening" jurnalında yayımlanır və indiyə qədər 9 cildi buraxılmışdır.
Bunlarda əlavə, "Battle Angel Alita: Holy Night and Other Stories" (銃夢外伝, Ganmu Gaiden?) adlı başqa manqa 24 yanvar 1997-ci ildən 19 dekabr 2006-cı ilə kimi "Ultra Jump" jurnalında yayımlanmışdır. 19 dekabr 2007-ci ildə tək cild şəklində buraxılmışdır. Dörd qısa hekayədən ibarətdir: "Müqəddəs gecə", "Supersonik barmaqlar", "Evə qayıdış" və "Barjack rapsodiyası". "Gunnm: Complete Edition" adlı 6 cildlik xüsusi buraxılış Yaponiyada 23 dekabr 1998-ci ildə buraxılmışdır. B5 formatında buraxılmış buraxılış orijinal hekayəyə malik olsa da, "Battle Angel Alita: Last Order" hekayəsinin davamiyyəti üçün fərqli sonluqla başa çatır. Buraxılışa ilk eskizlər, zaman xətti və ilk 3 "Battle Angel Alita: Holy Night and Other Stories" hekayəsi daxildir. "Ashen Victor" adlı spin-off manqası isə 1995-ci ilin sentyabrından 1996-cı ilin iyuluna kimi Shueisha nəşriyyatının "Ultra Jump" jurnalında nəşr olunmuş və tək cildi buraxılmışdır.
Manqa seriyası əsasında 1993-cü ildə "Paslı mələk" və "Göz yaşı işarələri" adlı iki seriyadan ibarət OVA buraxılmışdır. 21 dekabr 2018-ci ildə Robert Rodrigesin rejissorluğu, Ceyms Kemeron və Con Landaunun prodüserliyi ilə çəkilən "Alita: Döyüş mələyi" adlı Hollivud film adaptasiyasının buraxılması planlaşdırılır.
Aşağıdakı fəsil hələ ki tankobon cildində toplanmayıb. O, "Comic Days" jurnalında 2024-ci ilin yanbarində nəşr olunub.