Babam və mən qısametrajlı sənədli filmi rejissor Aydın Dadaşov[1] tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycan mədəniyyətinə görkəmli sənətkarlar vermiş Mansurovlar nəslinə həsr olunmuşdur.
Film Azərbaycan mədəniyyətinə görkəmli sənətkarlar vermiş Mansurovlar nəslinə həsr olunmuşdur.[1]
Ekran əsəri fotolar üzərində qurulub. Filmdə Məşədi Süleyman bəy Mansurov və qardaşı Mirzə Mansur Mansurovun səyahət zamanı başına gələn hadisələr yer alır. Eldar Mansurovun nəql etdiyi hadisələr həmin dövrün fotoları ilə canlandırılır.[1]
Ssenarist: Aydın Dadaşov Rejissor: Aydın Dadaşov Operator: Elşən Əliyev, Rüfət Süleymanov, Sərdar Vəliyev
Azərbaycan filmlərinin siyahısı 2012-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı